biomühəndislik sözü azərbaycan dilində

biomühəndislik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biomühəndislik • 79.1667%
  • Biomühəndislik • 20.8333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biomühəndislik
Biomühəndislik - bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının və baxışlarının tətbiqi == Tədqiqat sahələri == Sahədəki aparılan tədqiqatların əsas məqsədi bədən funksiyalarının daha yaxşı başa düşülməsidir. Canlıları əmələ gətirən orqanlar müxtəlif funksiyalarını modelləşdirərək bəzi biosiqnallar əldə olunur. Bədən daxilində baş verən müxtəlif hadisələrin aydın ola bilməsi üçün bu siqnalların mənbəyi olan fizioloji quruluşun yaxşı bilinməsi vacibdir. Bundan əlavə siqnal dəyişmələrinin və bir-birləriylə olan əlaqələrin də araşdırılması lazımdır. Bu sahədəki işlərə aşağıdakı nümunələr verilə bilər: Bioloji orqanların fiziki strukturu və onların canlı orqanizmlərlə əlaqəsi haqqında əsas tədqiqatlar; Ürək, əzələ və beyin tərəfindən yaranan elektrik siqnalları üzərində aparılan tədqiqatlar; Orqan və hüceyrə səviyyəsində insana aid tənzimləmə və nəzarət sistemlərinin araşdırılması; Radiasiya müalicəsinin planlaşdırılması; Ürək-damar (ürək və qan dövranı sistemi), tənəffüs, həzm və endokrin sistemlərin modelləşdirilməsi və stimulyasiyası; Beyin funksiyalarının başa düşülməsi mövzusunda fundamental tədqiqatlar.

biomühəndislik sözünün leksik mənası və izahı

  • 1 is. [yun. βίνο "həyat" + lat. ingenium "anadangəlmə qabiliyyət"] Mühəndislik prinsiplərinin biologiya və tibb elmlərinə tətbiq edilməsi ilə məşğul olan elmi-texniki sahə. Fizika-kimya biologiyası, biofizika, gen mühəndisliyi və kompüter texnologiyası elmlərinin birləşməsindən əmələ gəlmişdir.

    Yeni sözlər və yeni mənalar lüğəti / biomühəndislik

Oxşar sözlər

#biomühəndislik nədir? #biomühəndislik sözünün mənası #biomühəndislik nə deməkdir? #biomühəndislik sözünün izahı #biomühəndislik sözünün yazılışı #biomühəndislik necə yazılır? #biomühəndislik sözünün düzgün yazılışı #biomühəndislik leksik mənası #biomühəndislik sözünün sinonimi #biomühəndislik sözünün yaxın mənalı sözlər #biomühəndislik sözünün əks mənası #biomühəndislik sözünün etimologiyası #biomühəndislik sözünün orfoqrafiyası #biomühəndislik rusca #biomühəndislik inglisça #biomühəndislik fransızca #biomühəndislik sözünün istifadəsi #sözlük