Bion sözü azərbaycan dilində

Bion

Yazılış

  • Bion • 87.5000%
  • bion • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bion (peyk)
Bion peyki , (həmçinin biocosmos adlandırılır). Onlar Kosmos peyklərinin bir hissəsi olub, Sovet (indiki Rusiya) Biopeyklər sırasına daxildir. == Bion kosmik proqramı == Sovet biopeyk proqramı 1960-cı ildə Kosmos 110 adı ilə başlamışdır və 1973-cü ildə Kosmos605 ilə davam etmişdir. Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmik müəssisələr sahəsində əməkdaşlıq 1971-ci ildə ABŞ və Sovet İttifaqının Elm və Tətbiq Sazişinin (kosmik tədqiqat əməkdaşlığına dair razılaşma daxil edildi) imzalanması ilə başlanmışdır. 1969-cı ildə U.S biopeyk layihəsinin ləğvindən bir neçə il sonra, Sovet İttifaqı ilk dəfə 1974-cü ildə ABŞ-nin təcrübələrini Kosmos biopeykində keçirilməsini təklif etdi. Bu təklif 1975-ci ildə ABŞ-Sovet araşdırmasının Kosmos 782 missiyasının başlanması zamanı həyata keçirildi. Bion kosmik gəmisi Zenit peykinə əsaslanırdı və 1973-cü ildə başlaması ilə insanlara radiasiya təsiri problemlərinə əsas diqqət yetirildi. Başlanğıc proqrama Kosmos 110, 605, 690, 782, əlavə olaraq Zenit-2M kəşfiyyat peykləri üzərində uçan Nauka modulları daxildir. Nauka modulunda 90 kq-lıq avadanlıq ola bilərdi.Sovet / Rus Bion proqramı, ABŞ tədqiqatçılarını, Fundamental Kosmos Biologiya və biotibbi eksperimentlərin kosmosa buraxılması üçün bir platforma ilə təmin etdi. 1966-cı ildə başlanan Bion proqramı, yerə yaxın orbitdə bir biopeykdə primatlar, gəmiricilər, həşəratlar, hüceyrələr və bitkilər istifadə edərək bioloji təcrübələrin aparıldığı bir sıra missiyalardan ibarət idi.
BioNTech
BioNTech SE , Almaniyada yerləşən xalqa açıq bir biyoteknoloji şirkətidir. Müxtəlif xəstəliklərin müalicəsi üçün xəstəyə bir yanaşma ilə aktiv immunoterapiya istehsal edir. Xərçəng immunoterapiyası üçün mRNA əsaslı dərmanlar, yoluxucu xəstəliklər üçün peyvəndlər və nadir xəstəliklər üçün protein tərapisi hazırlanır. 2008-ci ildə Alman-Mainz şəhərində Türk-Alman alimlər Uğur Şahin və Özlem Türeci tərəfindən qurulmuşdur. 2018-ci ilin avqust ayında qripin qarşısının alınması üçün mRNA əsaslı vaksinlərin hazırlanması üçün Pfizer ilə əməkdaşlıq etdi. 2019-cu ildə Bill & Melinda Gates Fondu ilə HİV və vərəm peyvəndi araşdırmaları üçün bir razılığa gəldi. 2020-ci ildə SARS-CoV-2 virusuna qarşı COVID-19 peyvəndi istehsal etmək üçün Pfizer və Fosun ilə ortaq şəkildə peyvənd işlərinə başladı. BNT162b2 peyvənd işləri hazırda 3-cü mərhələdədir. === Covid-19 Tədqiqatları === 2020-ci ildə koronavirus pandemiyası ilə şirkət, SARS-Cov-2 peyvəndi hazırlamaq üçün əczaçılıq nəhəngi Pfizer ilə razılaşdı. Açıqlamaya görə, inkişaf etdirilmiş peyvəndin uğur nisbəti %95 -dir.
Bionad
Bionad — müxtəlif otlardan hazırlanmış şirin qazlaşdırılmış alqokolsuz içkidir. Bionad istehsalı ilk dəfə 1995-ci ildə Almaniyada Diter Laypold tərəfindən başladılmışdır. Bionadın hazırlanmasında su, arpa və təbii aromatizatorlardan istifadə olunur. Bionad şüşə butulkalarında 0,33 litr, plastik butulkalarda isə 0,5 litr həcmində istehsal edilir.
Biondi dağdağanı
Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.
Bionika
Bionika (yun. βίον — həyat elementi, hərfi tərcümə — yaşayan) — canlı təbiətin təşkilinin, xüsusiyyətlərinin və strukturunun texniki qurğularda və sistemlərdə tətbiqi haqqında elmdir. Mövcuddur: bioloji bionika. Bioloji sistemlərdə gedən prosesləri ğyrənir; nəzəri bionika. Bu proseslərin riyazi modellərini yaradır; texniki bionika. Nəzəri bionikanın modellərini mühəndis vəzifələrinin həllinə tətbiq edir. == Ədəbiyyat == Моделирование в биологии, пер. с англ., под ред. Н. А. Бернштейна, М., 1963. Парин В. В. и Баевский Р. М., Кибернетика в медицине и физиологии, М., 1963.
Pfizer–BioNTech COVID-19 vaksini
ComiRNAty brendi altında satılan Pfizer–BioNTech COVID-19 peyvəndi (INN: tozinaran), Almaniyanın BioNTech biotexnologiya şirkəti tərəfindən hazırlanmış və onun hazırlanmasında klinik sınaqlar, logistika və istehsal dəstəyi üçün Amerika şirkəti Pfizer ilə əməkdaşlıq edən mRNT əsaslı COVID-19 peyvəndidir. Peyvənd əzələdaxili inyeksiya yolu ilə verilir. O, lipid nanohissəcikləri ilə əhatə olunmuş SARS-CoV-2-nin tam uzunluqlu sünbül zülalının mutasiya edilmiş formasını kodlayan nukleozidlə dəyişdirilmiş mRNT-dən (modRNT) ibarətdir. İlkin tövsiyədə peyvəndin 21 gün ara ilə iki dozada verilməli olduğu bildirilmişdi, lakin sonradan bu interval ABŞ-da 42 günə, Kanadada isə dörd aya qədər uzadıldı.
Celtis biondii
Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.69
2016 ••••••••••• 0.35

"bion" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bion nədir? #bion sözünün mənası #bion nə deməkdir? #bion sözünün izahı #bion sözünün yazılışı #bion necə yazılır? #bion sözünün düzgün yazılışı #bion leksik mənası #bion sözünün sinonimi #bion sözünün yaxın mənalı sözlər #bion sözünün əks mənası #bion sözünün etimologiyası #bion sözünün orfoqrafiyası #bion rusca #bion inglisça #bion fransızca #bion sözünün istifadəsi #sözlük