biosfer sözü azərbaycan dilində

biosfer

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biosfer • 70.3571%
  • Biosfer • 28.9286%
  • BİOSFER • 0.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biosfer
Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir. Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir. Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir.Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir. Buraya Biosphere 2 və BIOS-3 kimi süni biosferlər və potensial olaraq digər planetlər və ya aylardakı biosferlər daxildir.
Biosfer qoruğu (Bakı)
Biosfer qoruğu - 1974-cü ildə "UNESCO"-nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır. Bakı Biosfer rezervatının yaradılmasında Azərbaycan Respublikasının dövlət başçısı Heydər Əliyevin uzaqgörən siyasəti rol oynadı. Bu işdə ona akademik Həsən Əliyevin böyük köməyi oldu. Azərbaycanın təbii gözəllikləri bir çox qoruq və yasaqlıqlarda qorunur. Biosfer rezervatı ərazisindəki bitki nümunələrinin zənginliyi ilə fərqlənir.
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
İnsan və biosfer
İnsan və biosfera (MAB; ing. Man and biosphera) — Beynəlxalq elmi tədqiqat insan və biosfera proqramı. 1970-ci ildə qəbul olunmuşdur. Bir sıra mühüm bioloji və ekoloji məsəslələri araşdırır. == Məqsəd == Elm, təhsil və ekoloji baxımdan dünya səviyyəsində əhəmiyyət daşıyan az rast gəlinən canlı növləri və həyat məkanı nümunələrini saxlayan, təbii peyzajlara aid beynəlxalq bir qoruma sahəsi növüdür. YUNESKO-nun İnsan və biosfer (MAB) proqramı altında təsis edilən və qoruma ilə inkişaf arasındakı əlaqəni ortaya qoymağı məqsəd qoyan qoruma sahələri olub, qlobal bir şəbəkə vasitəsiylə bağlanan bir bioloji ehtiyat sahələr ardıcıllığını meydana gətirərlər. == Ədəbiyyat == Bioloji terminlər lüğəti. — Bakı, "MBM" nəşriyyatı ,2005,260 səh.
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi - davamlı inkişaf prinsipinin əməli tətbiqi formalarından biri, yəni mühafizə olunan ərazilərin elə tipidir ki, qoruqlardan və milli parklardan fərqli olaraq ətraf mühitin mühafizəsi ilə yanaşı ekoloji cəhətdən ciddi məhdudlaşdırılmış təsərrüfat fəaliyyəti də nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrində artıq 553 biosfer rezervat fəliyyət göstərir ki, bunlar da əslində insanın ətraf mühitlə yeni qarşılıqlı əlaqələrinin həyata keçirildiyi “adacıqlardır”. Biosfer rezervatların bəşəriyyətin gələcək inkişafı üçün böyük əhəmiyyəti ilə əlaqədar dünyanın müxtəlif ölkələrində bu məsələyə həsr olunmuş elmi-praktiki forumlar keçirilir.
Şimali Vidzeme Biosfer Qoruğu
Şimali Vidzeme Biosfer Qoruğu (latış. Ziemeļvidzemes biosfēras rezervāts‎) — Vidzemenin tarixi bölgəsində yerləşən, Latviyadakı yeganə qorunan təbii bölgə. Estoniya ilə sərhəd boyunca uzanırQoruğa bir çox müxtəlif təbii və yarı təbii yerlər daxildir. İbtidai və ənənəvi landşaftların geniş ərazilərini əhatə edir. Əraziyə 25 təbiət qoruq, bir təbiət parkı və iki dəniz qorunan ərazisi daxildir. Şimali Vidzeme Biosfer Qoruğunun quru ərazisinin yarıdan çoxu meşələr və bataqlıqlar ilə örtülmüşdür. Buradakı 28 qorunan ərazidən 20-si meşələrin və bataqlıqların qorunması üçün nəzərdə tutulub. Şimali Vidzeme Biosfer Qoruğu ecazkar təbii dəyərləri ilə turistlər üçün cəlbedicidir. Buna mənzərəli Burtnieks gölündən tutmuş 95 kilometrlik məsafədə uzanan və Baltik dənizində bitən Salaca çayını göstərmək olar. == Tarixi == 1990-cı ildə Latviya hökuməti mövcud biosfer qoruğunun sərhədləri daxilində Şimal Vidzeme Regional Ətraf Mühitin Mühafizəsi Kompleksini qurdu.
“İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB)
== “İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB) == Təbii sərvətləri idarə etmək problemi ilə əlaqədar aparılan fundamental tədqiqatların koordinasiyası üzrə dövlətarası proqram (MFB). Ümumittifaq bioloji proqramının davamı olaraq YUNESKO-nun Baş konfransının 16-cı sessiyasında qəbul olunmuşdur. 1984-cü ilə qədər bu proqramda 90-a qədər dövlət iştirak etmişdir. MAB-ın əsas vəzifəsi – dünyanın müxtəlif rayonlarında insanın biosferdə gedən proseslərə t əsirini öyrənmək üçün kompleks çoxillik tədqiqatlar aparmaq, həmçinin bu proseslərin dəyişilməsinin insanın özünə təsirini öyrənməkdir. Proqrama 14 layihə daxil edilmişdir. Bu layihələr yerin əsas biomlarına (meşə, tundra, savanna, çöl, səhra və s.), bütövlükdə ətraf mühitə insanın çoxtərəfli təsirinin (torpaqdan istifadə, mühəndis texniki işlər, energiyadan istifadə və s.) öyrənilməsinə həsr edilmişdir. Bu layihələr çərçivəsində 1000-ə yaxın «çöl» layihələri”, o cümlədən meşə ekosistemlərinə havanın çirklənməsinin təsirinin öyrənilməsi, yeni suvarma sistemlərinin fəaliyyəti yerlərdə ətraf mühitin müxtəlif komponentlərinin dəyişilməsi üzərində müşahidə aparılması, resursların çoxtərəfli qiymətləndirilməsi ilə əlaqədar tədqiqatların yerinə yetirilməsi, müxtəlif dağ sistemlərində turizmin inkişafının təsirinin öyrənilməsi məsələləri işlənib hazırlanır. Biosfer qoruqlarının yaradılması da MAB-ın diqqət mərkəzindədir. == Xarici keçidlər == Təbiət və insan Arxivləşdirilib 2017-07-06 at the Wayback Machine YUNESKO üzrə “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin əsərlərinin illik nəşri oxuculara təqdim olunmuşdur.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı- böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində qeyri-üzvi maddədən canlı maddənin yaranması və parçalanma zamanı üzvi birləşmələrə çevrilməsindən ibarətdir. == Ümumi məlumat == Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir. Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır. Yer kürəsində bu enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80° ş.en.) üç dəfə çoxdur. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur və s.Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır. O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı tsikli sayılır.
İnsan və biosfera
İnsan və biosfera (MAB; ing. Man and biosphera) — Beynəlxalq elmi tədqiqat insan və biosfera proqramı. 1970-ci ildə qəbul olunmuşdur. Bir sıra mühüm bioloji və ekoloji məsəslələri araşdırır. == Məqsəd == Elm, təhsil və ekoloji baxımdan dünya səviyyəsində əhəmiyyət daşıyan az rast gəlinən canlı növləri və həyat məkanı nümunələrini saxlayan, təbii peyzajlara aid beynəlxalq bir qoruma sahəsi növüdür. YUNESKO-nun İnsan və biosfer (MAB) proqramı altında təsis edilən və qoruma ilə inkişaf arasındakı əlaqəni ortaya qoymağı məqsəd qoyan qoruma sahələri olub, qlobal bir şəbəkə vasitəsiylə bağlanan bir bioloji ehtiyat sahələr ardıcıllığını meydana gətirərlər. == Ədəbiyyat == Bioloji terminlər lüğəti. — Bakı, "MBM" nəşriyyatı ,2005,260 səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2007 ••• 0.42
2009 0.16
2010 ••• 0.45
2011 •••••••• 1.37
2012 ••••• 0.77
2013 ••• 0.44
2014 0.17
2015 ••••••• 1.19
2016 •••• 0.52
2017 •• 0.33
2018 •• 0.30
2019 ••••• 0.70
2020 •••••••••••••••••••• 3.45

biosfer sözünün leksik mənası və izahı

biosfer sözünün etimologiyası

biosfer sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. биосфера (вся область распространения жизни на земном шаре). Biosfer elementləri элементы биосферы, biosferin mühafizəsi охрана биосферы

    Azərbaycanca-rusca lüğət / biosfer

biosfer sözünün inglis dilinə tərcüməsi

biosfer sözünün fransız dilinə tərcüməsi

biosfer sözünün ləzgi dilinə tərcüməsi

"biosfer" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#biosfer nədir? #biosfer sözünün mənası #biosfer nə deməkdir? #biosfer sözünün izahı #biosfer sözünün yazılışı #biosfer necə yazılır? #biosfer sözünün düzgün yazılışı #biosfer leksik mənası #biosfer sözünün sinonimi #biosfer sözünün yaxın mənalı sözlər #biosfer sözünün əks mənası #biosfer sözünün etimologiyası #biosfer sözünün orfoqrafiyası #biosfer rusca #biosfer inglisça #biosfer fransızca #biosfer sözünün istifadəsi #sözlük