bioti sözü azərbaycan dilində

bioti

Yazılış

  • bioti • 50.0000%
  • Bioti • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biotibbi elektrodlar
Elektrodlar-dedikdə, dövrəni bioloji sistemə birləşdirən xüsusi formalı keçiricilər nəzərdə tutulur. == Biopotensial qeydedicilər == Biopotensialların qeydə alınması texniki prosesdir, diaqnostika üçün çox vacib informasiya daşıyıcısıdır, çünki biopotensial orqanların və toxumaların normal funksional vəziyyətini çox dəqiq əks etdirir. Elektrofizioloji tədqiqatlarda orqanizmdə və ya bioobyektdə baş verən prosesləri xarakterizə edən bioelektrik siqnallarının alınması üçün biotibbi elektrodlardan geniş istifadə olunur. Alınan fizioloji informasiyanın həcmi və dəqiqliyi hiss olunacaq dərəcədə onların düzgün seçilməsi və tətbiqindən asılıdır. Diaqnotika zamanı elektrodlardan həm elektrik siqnallarını ötürmək məqsədilə, həm də xarici elektromaqnit təsirini bioobyektə çatdırmaq məqsədilə istifadə olunur. Elektrodları qızıl (Au), platin (Pt), civə (Hg), gümüş (Ag), paslanmayan polad, iridium xəlitələri və.s - dən hazırlayırlar. == Növləri == Elektrik prosesləri haqqında məlumat almaq üçün əsasən iki növ elektroddan istifadə edilir: −dəriüstü (səthi)-insan orqanizminə daxil edilməyən elektrodlar (qeyri-invaziv elektrodlar); −dərialtı (iynəli)-insan orqanizminə daxil olan elektrodlar (invaziv üsulda istifadə olunan elektrodlar). == Elektrodların qoşulma sxemləri == Elektrodların yerləşməsi nöqteyi nəzərdən əsasən 2 üsuldan istifadə edilir: Birqütblü (unipolyar) üsul- bu üsulda birinci elektrod tədqiq olunan aktiv zonada yerləşir, ikinci elektrod isə bioelektrik aktivliyi sıfra bərabər olan zonada yerləşir. Bəzi hallarda bu elektroda indeferent elektrodu deyilir və adətən bu elektrod tədqiq olunan zonadan nisbətən uzaq məsafədə yerləşir. Misal üçün, elektroensofaloqrafiya üsulunda indeferent elektrodu qulaq və ya burun nöqtəsi ilə birləşir.
Biotibbi mühəndislik
Biotibbi mühəndislik mühəndisliyin texnika və biliklərini istifadə edərək diaqnoz və müalicə üçün yeni üsullar və mövcud üsulların inkişafı, qüsurlu bədən hissələri dəstəklənməsi və zəruri hallarda dəyişdirilməsini təmin edən bir texniki sahə kimi təsvir edilə bilər. == İnkişafı == Biotibbi mühəndislik 1950-ci illərin əvvəllərində çiçəklənməyə başlayan və 1970-ci ildən sonra çox sürətlə inkişaf edən fənlərarası bir mövzudur. Mövzunun geniş əhatəli, sağlamlıqla əlaqədar olması və müxtəlif fənlərlə əlaqəli olması bir çox müxtəlif mütəxəssislərin diqqətini cəlb etmişdir və bu vəziyyət, mövzunun sürətli inkişafını təmin etmişdir. Onun inkişafı zamanı müxtəlif təyinatlı müzakirələr aparılmış və Amerika Elmlər Akademiyası (1971) mövzunun təbiəti ilə bağlı olması haqqında bir məqalə dərc etmiş və bu ixtisası üç əsas kateqoriyanı ayırmışdır. == Kateqoriyaları == Biomühəndislik: bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının və baxışlarının tətbiqi; Tibbi mühəndislik: Biologiya və tibbdə istifadə edilən cihazların, materialların, diaqnoz və müalicə sxemləri, süni orqanların və digər vasitələrin inkişafında mühəndislik texnikalarının və fikirlərin istifadəsi; Kliniki mühəndislik: müxtəlif təşkilatların (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, metodlarının və metodlarının tətbiqi.
Biotik faktorlar
Biotik faktorlar — orqanizmə ətraf mühitdən təsir edən canlı varlıqlar, yəni növdaxili və növlərarası əlaqələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biotip
Biotip — populyasiyanın daxilində yaxın genetik qohumluğa görə birləşən fərdlərin müvəqqəti qrupu, belə qrupları bir və ya bir neçə gen fərqləndirir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biotit
Biotit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn == Növ müxtəliflikləri == Lepidomelan (eyni zamanda Fe2+ və Fe3+ ilə zəngin), manqanofillit (18 %-dək MnO), natro (~ 5 % Na2O) - və titanobiotitlər ( ~13 % TiO2), kalsiumlu ( ~14 % CaO) və ceziumlu ( ~3 % Cs2O) biotitlər, hendriksit (23 %-dək ZnO) və b. == Xassələri == Rəng – qara, tünd-qəhvəyi, tünd-qonur, tünd-yaşıl, nazik lövhəciklərdə tüstülü; Mineralın cizgisinin rəngi – ağ, boz, qəhvəyi; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,70-3,12; Sərtlik – 2,5-3; Ayrılma – {001} üzrə mükəmməl, {110} və {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – asanlıqla nazik elastik vərəqlərə ayrılır; Başqa xassələr – istiliyə davamlıdır; elektroizolyatordur; Morfologiya – kristallar: nadir hallarda; lövhə - və sütunvari, piramidal; İkiləşmə: mika qanunu üzrə; Mineral aqreqatları: pulcuq- və vərəqvari, sıx kütlələr, hərdənbir druzalar. == Mənşəyi və yayılması == Turş və orta intruziv süxurların süxur əmələgətirən mineralıdır. Mineralın vulkanogen əmələgəlmələri əsasən turş lavalarda müşahidə edilir. Biotitin iri yığınlarına peqmatitlərdə rast gəlinir: burada o, tez-tez çox iri (bəzən 7 m2) kristallar əmələ gətirir. Bəzi metamorfik süxurların–qneyslərin, kristallik şistlərin və roqoviklərin səciyyəvi mineralıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, çöl şpatları, nefelin, muskovit, qranat, kianit, jedrit, andaluzit, kordiyerit, hipersten və b. Mineralın tapıldığı yerlər: Skandinaviya; Qrenlandiya; İlmen və Vişnyovıye dağları (Rusiya) və b. Azərbaycanda turş və orta intruziv əmələgəlmələrdə, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və s.
Həyat Elmləri və Biotibb (Jurnal)
Həyat Elmləri və Biotibb — Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis olunmuş beynəlxalq elmi-tədqiqat jurnalıdır. == Tarixi == Həyat Elmləri və Biotibb Jurnalı (əvvəlki adı - AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur.. Jurnal 1945-2019-cu illərdə “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” adı altında nəşr olunmuş və indiyə kimi 73 cildi capdan çıxmışdır. Jurnalın hazırkı adı AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/8 saylı qərarı ilə, redaksiya heyəti isə AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14/1 saylı qərarı ilə təsdiq edilmişdir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25 dekabr 2019-cu il tarixində 4280 saylı qərarla qeydiyyata alınmışdır. Jurnalın məqsədi müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. elm sahələrinin müxtəlif aspektlərinə aid resenziya olunan orijinal tədqiqat məqalələrini, elmi məruzələri, icmalları elmi nəşrlər üçün dünyada qəbul edilmiş prinsip və qaydalara uyğun şəkildə dərc etməkdir. Jurnal yalnız ingilis dilində yazılmış məqalələri çapa qəbul edir.
Həyat Elmləri və Biotibb Jurnalı
Həyat Elmləri və Biotibb — Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis olunmuş beynəlxalq elmi-tədqiqat jurnalıdır. == Tarixi == Həyat Elmləri və Biotibb Jurnalı (əvvəlki adı - AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur.. Jurnal 1945-2019-cu illərdə “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” adı altında nəşr olunmuş və indiyə kimi 73 cildi capdan çıxmışdır. Jurnalın hazırkı adı AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/8 saylı qərarı ilə, redaksiya heyəti isə AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14/1 saylı qərarı ilə təsdiq edilmişdir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25 dekabr 2019-cu il tarixində 4280 saylı qərarla qeydiyyata alınmışdır. Jurnalın məqsədi müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. elm sahələrinin müxtəlif aspektlərinə aid resenziya olunan orijinal tədqiqat məqalələrini, elmi məruzələri, icmalları elmi nəşrlər üçün dünyada qəbul edilmiş prinsip və qaydalara uyğun şəkildə dərc etməkdir. Jurnal yalnız ingilis dilində yazılmış məqalələri çapa qəbul edir.

"bioti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bioti nədir? #bioti sözünün mənası #bioti nə deməkdir? #bioti sözünün izahı #bioti sözünün yazılışı #bioti necə yazılır? #bioti sözünün düzgün yazılışı #bioti leksik mənası #bioti sözünün sinonimi #bioti sözünün yaxın mənalı sözlər #bioti sözünün əks mənası #bioti sözünün etimologiyası #bioti sözünün orfoqrafiyası #bioti rusca #bioti inglisça #bioti fransızca #bioti sözünün istifadəsi #sözlük