biotibbi sözü azərbaycan dilində

biotibbi

Yazılış

  • biotibbi • 66.6667%
  • Biotibbi • 31.1111%
  • BioTibbi • 2.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biotibbi elektrodlar
Elektrodlar-dedikdə, dövrəni bioloji sistemə birləşdirən xüsusi formalı keçiricilər nəzərdə tutulur. == Biopotensial qeydedicilər == Biopotensialların qeydə alınması texniki prosesdir, diaqnostika üçün çox vacib informasiya daşıyıcısıdır, çünki biopotensial orqanların və toxumaların normal funksional vəziyyətini çox dəqiq əks etdirir. Elektrofizioloji tədqiqatlarda orqanizmdə və ya bioobyektdə baş verən prosesləri xarakterizə edən bioelektrik siqnallarının alınması üçün biotibbi elektrodlardan geniş istifadə olunur. Alınan fizioloji informasiyanın həcmi və dəqiqliyi hiss olunacaq dərəcədə onların düzgün seçilməsi və tətbiqindən asılıdır. Diaqnotika zamanı elektrodlardan həm elektrik siqnallarını ötürmək məqsədilə, həm də xarici elektromaqnit təsirini bioobyektə çatdırmaq məqsədilə istifadə olunur. Elektrodları qızıl (Au), platin (Pt), civə (Hg), gümüş (Ag), paslanmayan polad, iridium xəlitələri və.s - dən hazırlayırlar. == Növləri == Elektrik prosesləri haqqında məlumat almaq üçün əsasən iki növ elektroddan istifadə edilir: −dəriüstü (səthi)-insan orqanizminə daxil edilməyən elektrodlar (qeyri-invaziv elektrodlar); −dərialtı (iynəli)-insan orqanizminə daxil olan elektrodlar (invaziv üsulda istifadə olunan elektrodlar). == Elektrodların qoşulma sxemləri == Elektrodların yerləşməsi nöqteyi nəzərdən əsasən 2 üsuldan istifadə edilir: Birqütblü (unipolyar) üsul- bu üsulda birinci elektrod tədqiq olunan aktiv zonada yerləşir, ikinci elektrod isə bioelektrik aktivliyi sıfra bərabər olan zonada yerləşir. Bəzi hallarda bu elektroda indeferent elektrodu deyilir və adətən bu elektrod tədqiq olunan zonadan nisbətən uzaq məsafədə yerləşir. Misal üçün, elektroensofaloqrafiya üsulunda indeferent elektrodu qulaq və ya burun nöqtəsi ilə birləşir.
Biotibbi mühəndislik
Biotibbi mühəndislik mühəndisliyin texnika və biliklərini istifadə edərək diaqnoz və müalicə üçün yeni üsullar və mövcud üsulların inkişafı, qüsurlu bədən hissələri dəstəklənməsi və zəruri hallarda dəyişdirilməsini təmin edən bir texniki sahə kimi təsvir edilə bilər. == İnkişafı == Biotibbi mühəndislik 1950-ci illərin əvvəllərində çiçəklənməyə başlayan və 1970-ci ildən sonra çox sürətlə inkişaf edən fənlərarası bir mövzudur. Mövzunun geniş əhatəli, sağlamlıqla əlaqədar olması və müxtəlif fənlərlə əlaqəli olması bir çox müxtəlif mütəxəssislərin diqqətini cəlb etmişdir və bu vəziyyət, mövzunun sürətli inkişafını təmin etmişdir. Onun inkişafı zamanı müxtəlif təyinatlı müzakirələr aparılmış və Amerika Elmlər Akademiyası (1971) mövzunun təbiəti ilə bağlı olması haqqında bir məqalə dərc etmiş və bu ixtisası üç əsas kateqoriyanı ayırmışdır. == Kateqoriyaları == Biomühəndislik: bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının və baxışlarının tətbiqi; Tibbi mühəndislik: Biologiya və tibbdə istifadə edilən cihazların, materialların, diaqnoz və müalicə sxemləri, süni orqanların və digər vasitələrin inkişafında mühəndislik texnikalarının və fikirlərin istifadəsi; Kliniki mühəndislik: müxtəlif təşkilatların (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, metodlarının və metodlarının tətbiqi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 •••••••••••••••••••• 1.35
2005 ••••••••••• 0.67
2008 •••••••• 0.49
2009 •••••••• 0.48
2010 •••••• 0.36
2011 •••••• 0.34
2012 •• 0.09
2016 •••••• 0.35
2017 •••••••• 0.49
2018 ••••••••• 0.60
2020 •••••••••••••• 0.93

Oxşar sözlər

#biotibbi nədir? #biotibbi sözünün mənası #biotibbi nə deməkdir? #biotibbi sözünün izahı #biotibbi sözünün yazılışı #biotibbi necə yazılır? #biotibbi sözünün düzgün yazılışı #biotibbi leksik mənası #biotibbi sözünün sinonimi #biotibbi sözünün yaxın mənalı sözlər #biotibbi sözünün əks mənası #biotibbi sözünün etimologiyası #biotibbi sözünün orfoqrafiyası #biotibbi rusca #biotibbi inglisça #biotibbi fransızca #biotibbi sözünün istifadəsi #sözlük