birinci-üçüncü sözü azərbaycan dilində

birinci-üçüncü

Yazılış

  • birinci-üçüncü • 98.1132%
  • Birinci-üçüncü • 1.8868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Üçüncü Ağalı
Üçüncü Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir.28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Üçüncü Mahmudlu
Üçüncü Mahmudlu – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. == Coğrafiyası == Kənd Quruçayın sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
Üçüncü Milli
Üçüncü Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən Üçüncü Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Üçüncü Milli kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Yaşayış məntəqəsini XIX əsrin ortalarında Dərələyəz mahalının Milli kəndindən (kürd nəsillərindən birinin adı) köçüb gəlmiş kürd ailələri salmışlar. Oykonimin birinci komponenti kəndi rayondakı eyniadli iki kənddən (Birinci Milli, İkinci Milli) fərqləndirməyə xidmət edir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Üçüncü Qarakilsə
Üçüncü Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 30 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Sıra bildirən «üçüncü» sözü ilə Qarakilsə oykonimi əsasında əmələ gəlmişdir. Üçüncü fərqləndirici əlamət bildirən sözdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraşen (Dərəkənd) qoyulmuşdur.
Üçüncü Reyx
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Üçüncü Tala
Üçüncü Tala (əvvəlki adı:Dombabinə) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Üçüncü Tala kənd inzibati-ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Dombabinə kənd inzibati-ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılmış və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == Din == Kənddə Dombabinə kənd məscidi dini icması fəaliyyət göstərir.
Üçüncü Zobucuq
Üçüncü Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Üçüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Üçüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Üçüncü Zobucuq qəsəbəsində 2020-ci ilin fevralına olan məlumata görə 1662 nəfər yaşayır. Qəsəbədə 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır. == İqtisadiyyatı == Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2019-2020-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 745 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Qəsəbədə kitabxana fəaliyyət göstərir.
Üçüncü aktyor
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 == Tarix == Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır.
Üçüncü minillik
3-cü minillik — qriqorian təqvimi ilə bizim eranın 1 yanvar 2001-ci ildən 31 dekabr 3000-ci ilədək olan zaman.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üçüncü Şrek
Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. == Məzmun == Kral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur. Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.
Feminizmin üçüncü dalğası
Feminizmin üçüncü dalğası — dəqiq tarixi çərçivəsi mübahisələrə səbəb olan, lakin ümumiyyətlə 1990-cı illərin əvvəllərindən 2010-cu illərin əvvəllərinə aid olan bir neçə feminist fəaliyyət və tədqiqat formasının müəyyən olunduğu bir termin. "Üçüncü dalğa feminizmi" termini Rebekka Volker tərəfindən 1992-ci ildə yazılmış bir essedir. Təxminən 2013-cü ildən növbəti mərhələ — feminizmin dördüncü dalğası baş verdi. == Ümumi xüsusiyyətləri == Üçüncü dalğa feministləri, stereotiplərdə, medianın təsvirində və qadınların təyinatında daha çox dəyişikliyə ehtiyac olduğunu düşünürlər. Üçüncü dalğa ideologiyası cinsiyyət və seksuallığın post-strukturist şərhinə yönəlmişdir. Üçüncü dalğanın feminist nəzəriyyələri arasında queer nəzəriyyəsi, antiratsizm, wumanizm, postkolonial nəzəriyyə, ekzistensializm, transsenditalizm, postmodernizm, transmilli, kiberfeminizm, ekofeminizm, individualist feminizm, brahmanizm, transseksual məsələlər və s. == Tarixi == Feminizmin üçüncü dalğası 1990-cı illərdə ikinci feminizm dalğasının çatışmazlıqlarına və mövcud feminist təşəbbüslərə qarşı reaksiya olaraq başladı. Üçüncü dalğa, ikinci dalğanın feminizminin şiddət qurbanları üçün sığınacaqların yaradılması, qadınlara qarşı şiddət probleminin ictimai səviyyədə tanınması, kontrasepsiya və abortdan istifadə, gender araşdırmaları, və s. Üçüncü dalğa feminizminin artması Bell Huks və Odri Lord kimi zənci feministlərin fəaliyyəti ilə çox əlaqəlidir. Irq məsələlərini feminizm sahəsinə inteqrasiya etmək üçün çalışdılar .
Termodinamikanın üçüncü qanunu
Termodinamikanın üçüncü qanunu və ya Termodinamikanın üçüncü başlanğıcı - temperaturun tam sıfra yaxınlaşan zaman entropiyanın vəziyyətini təyin edən fiziki prinsipdir. == Tarixi == İlk dəfə Termodinamikanın üçüncü qanunu alman kimyaçı alimi Valter Herman Nernst (1864-1941) tərəfindən yaradılmışdır. Termodinamikanın üçüncü qanununun Maks Plank tərəfindən verilən şərhində deyilir: "mütləq sıfır temperaturda sistemin ola biləcəyi bütün tarazlıq hallarında entropiya dəyişməz qalır" lim T → 0 K [ S ( T , x 2 ) − S ( T , x 1 ) ] = 0 {\displaystyle \lim \limits _{T\to \,0\,K}\left[S(T,x_{2})-S(T,x_{1})\right]=0} və ya lim T → 0 K ( ∂ S ∂ x ) T = 0 , {\displaystyle \lim \limits _{T\to \,0\,K}\left({\frac {\partial S}{\partial x}}\right)_{T}=0,} burada x {\displaystyle x} — müxtəlif termodinamik parametrdir. Termodinamikanın üçüncü qanunu Nernst tərəfindən empirik üsulla müəyyənləşdirilmişdir. Bu səbəbdən bir çox ədəbiyyatlarda bu qanun "Nernstin istilik teoremi" adlandırılır.
Üçüncü Efes Məclisi
Üçüncü Efes Şurası 475-ci ildə Anadolunun Efes şəhərində keçirilmişdir. İsgəndəriyyə Papası II Timoteyin sədrliyi ilə keçirilən iclasda Peter Fuller, sonra Antakiyanın Patriarxı və Efes Exarxı Paul da iştirak etmişdir. Bu, Xalkidon kilsə məclisini və xüsusilə Leonun kitabını qınayan İmperatorluq boyunca 500–700 yepiskop tərəfindən imzalanmış İmperator Baziliskusun son bir ensiklini təsdiqlədi. Bu məclis, beləliklə Xalkidonun Şərq Pravoslavlığı üçün ən əhəmiyyətli sinodik qınaqlarından birini təşkil edir. Bəzi Xalkidonların, Qeyri-Xalkidonların Eutychesin səhv təlimlərini qəbul etdikləri barədə ittihamlarına cavab olaraq, Üçüncü Efes iştirakçıları Məsihin insanlığına xələl gətirən bütün təlimləri anatematizasiya etmişdilər, lakin Eutyches haqqında heç bir açıq söz demədən bunu etdilər. Bundan əlavə, məclis, Trakya, Pont və Asiya üzərindəki Konstantinopol Patriarxiyasına səlahiyyət verərək Xalkidonda güzəştə gedilən Efes Kilsəsinin (Asiya sivil yeparxiyasına uyğun olaraq) tam muxtariyyətini bərpa etdi.
Üçüncü Fransa Respublikası
Üçüncü Fransa Respublikası (fr. Troisième République) — Fransa tarixinin 4 sentyabr 1870-ci ildən 10 iyul 1940-cı ilə qədər əhatə edən dövrü. == Tarixi == === Yaranması === 1870-ci ilin iyul ayının 19-da Fransa Prussiyaya müharibə elan etdi. Müharibənin başlanmasına səbəb İspaniya taxt-tacı uğrunda mübarizə, bəhanə isə Ems depeşesi (depeşe-təcili teleqram deməkdir) idi. Otto Bismark tərəfindən təhrif olunmuş formada hazırlanan bu depeşedə III Napoleon demək olar ki, alçaldılmışdı. Hərbi əməliyyatların gedişində Vaysenburq və digər döyüşlər Fransa komandanlığının məğlubiyyəti ilə başa çatmış oldu. Qravelot və Sen-pri döyüşlərində isə Fransanın marşal Bazenin başçılıq etdiyi ikinci böyük ordusu Mets qalasında mühasirəyə alındı. Qalada mühasirədə olanlara kömək məqsədi ilə Üçüncü Napoleonun da tərkibində olduğu növbəti bir ordu buraya yürüş etdi. Lakin bu hücum da uğursuz nəticələndi və ordu Sedan ətrafına çəkilməli oldu. 1 sentyabr 1870-ci ildə Sedan ətrafında on doqquzuncu əsrin ən böyük artilleriya döyüşü baş verdi.
Üçüncü Səlib yürüşü
Üçüncü Səlib yürüşü, 1189-1192-ci illər arasında baş vermiş Səlib yürüşüdür.Səlahəddin Əyyubi Qüdsü Səlibçilərdən aldıqdan sonra Avropada yeni bir Səlib yürüşü təşkil edildi. Üçüncü Səlib yürüşü (1189-1192) Böyük xristian liderlərinin (İngiltərə, Fransa və Müqəddəs Roma İmperiyası) 1187-ci ildə Səlahəddin tərəfindən Qüdsü zəbt etməsindən sonra müqəddəs torpağı yenidən alma cəhdi idi. Akre və Yaffa'nın ən əhəmiyyətli şəhərlərini geri alması və Səlahəddin fəthlərinin əksəriyyətini geri alması qismən müvəffəq oldu, lakin Səlib yürüşünün və dini diqqətinin əsas hədəfi olan Qüdsü geri ala bilmədi.Alman imperatoru təxminən yüz min nəfərlik ordusu ilə Anadoluya girdi. Gözlənilməz bir müdafiə ilə qarşılaşan və ağır itkilər verən Alman imperatoru I Fridrix Barbarossa Silifkedə boğulduqda ordusu dağıldı. Dəniz yolu ilə hərəkət edən Fransız və İngilis səlibçiləri Səlahəddin Əyyubini məğlub edə bilməyib geri döndülər.Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatmışdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru Fridrix Barbarossa 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı. 1190-cı ildə isə Fransa kralı II Filip Avqust və İngiltərə kralı I (Şir ürəkli) Riçard yola çıxdı. İki kral birlikdə Akkanı 1191-ci ildə ələ keçirdi.
Üçüncü Ur sülaləsi
Üçüncü Ur sülaləsi, Mesopotamiyanı təqribən 100 il idarə edən xanədandır. Qısa bir dönəm boyunca (təqribən 100 il, e.ə.2100-e.ə.2000) bölgədə bir siyasi güc olmuşdur. Xanədan qısaca III Ur kimi də adlandırılır. == Tarixi == Akkadların zəifləməsi ilə III Ur sülaləsinin yüksəliş dövrü başlamışdır.
Üçüncü Xarkov döyüşü
Üçüncü Xarkov döyüşü — yazın gəlişi vaxtlarında (19 fevral-29 mart 1943-cü il) ərazinin cənub cəbhəsində-Xarkov və Voronej bölgəsində döyüşlər gedirdi. Qanlı döyüşlər nəticəsində alman qoşunları sovet hücumunu məğlub edərək, Xarkov və Belqorod şəhərlərini işğal etdilər. Alman komandiri Erix fon Manşteyn metodları hələ də bir çox hərbi akademiyada müdafiə nümunəsi olaraq öyrənilir. == Sovet komandasının planları == Sovet komandanlığının ideyası Xarkov — Zaporojye istiqamətində kütləvi tank hücumu etmək idi. Xarkov sənaye bölgəsini işğal etmək planının uğurlu olması, Donbassda hücum üçün əlverişli şərait yaratmağa və cənub-qərb istiqamətində strateji təşəbbüsü həyata keçirməyə imkan yaradardı. Hücumda 38, 60 və 40-cı orduları, həm də ayrı 18-ci tüfəng korpusu və Voronej cəbhəsinin 2-ci hava ordusu iştirak edirdi. Qoşunlar 3-cü tank ordusu, həmçinin 7-ci süvari alayı, üç tüfəng diviziyası, bir raket artilleriya diviziyası və düşmənlə müqayisədə əhəmiyyətli dərəcədə üstünlüyə nail olan Ali Komandanlığın ehtiyatından olan digər bölmələr tərəfindən gücləndirildi. Görkəmli sovet komandirləri Georgi Jukov və Aleksandr Vasilevski Ali Komandanlığın nümayəndələri kimi əməliyyatın hazırlanmasında iştirak etmişlər. Əməliyyat Xarkovdakı alayı birləşdirməklə "Ulduz" kodu adı altında qoşunlara qarşı mövqeyli bir hücum etmək planı idi. == Başlanması == 1943-cü ilin əvvəlində Alman Ordusu böyük bir böhranla üzləşdi.
Üçüncü baş qəhrəman
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 == Tarix == Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır.
Üçüncü dünya müharibəsi
== Zəmin == III Dünya Müharibəsi, dünya ölkələri arasındakı III qlobal konflikt. Müharibəyə dönəmin böyük gücləri olan Rusiya, Amerika, Çin və Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Fələstin və Türkiyə kimi dünya ölkələrinin böyük bir hissəsinin qatılması gözlənilir. Müharibə dövründə əsasən 2 blokun (NATO Üzv. və əvvəlki SSRİ üzvü olan dövlətlər) qarşılaşması gözlənilir. Bundan əlavə ərəb dünyasında da böyük dəyişikliklər təxmin edilir. 50-dən çox ölkədən gələn 180 milyondan çox şəxsin birbaşa qatıldığı bu topyekun müharibədə insanlığı nəyin gözlədiyi dəqiq deyil. 130-155 milyon təxmini ölümlə nəticələnəcəyi düşünülür. II Dünya Müharibəsi insanlıq tarixindəki ən ölümcül müharibə idi və üçüncü müharibədə də əvvəlkinin ən azı iki, hətta üç qatı qədər insan tələfatı gözlənilir. == Hekayəsi == Üçüncü dünya müharibəsi — dünyanın müxtəlif yerlərində baş verən konfliktlərin dəhşətli yeni müharibəyə səbəb olacağını bildirmək üçün istifadə olunan siyasi termin. Ən çox önə sürülən senariyə görə, superqüvvələr - Amerika Birləşmiş Ştatları(ABŞ) və Sovet Sosialist Respublikaları İttifaqı(SSRİ artıq süqut edib) arasında baş verəcək nüvə müharibəsidir və bu mövzuda bir çox kitab, film, televiziya layihələri, video oyunlar hazırlanmışdır.
Üçüncü dərəcəli kapitan
Üçüncü dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə mayor rütbəsidir.
Üçüncü dərəcəli starşina
Üçüncü dərəcəli starşina — Donanmada baş dənizçidən daha yüksək, ikinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Üçüncü koalisiya müharibəsi
Üçüncü koalisiya müharibəsi — bir tərəfdən Fransa, İspaniya, Bavariya və İtaliya, digər tərəfdən Avstriya, Rusiya, Böyük Britaniya, İsveç və Neapol krallığı və digərlərinin daxil olduğu üçüncü antifransız koalisiya arasında 1805-ci ildə baş vermiş müharibə. == Tarixi == 1804-ci ildə imperator Napoleon Bonapart ona qarşı bütün bu koalisiyaların başında İngiltərənin dayandığını bilirdi. Böyük bir donanma və güclü bir ordu təşkil edərək İngiltərəni zəbt etmək və bu problemi həll etməyi planlaşdırırdı. Lakin Napoleon bu planı təxirə salmalı oldu. Çünki 1805-ci ildə Fransaya qarşı növbəti koalisiya yaradılmaqda idi. 1805-ci ildə Rusiya və Böyük Britaniya üçüncü koalisiyanın əsasını qoymuş Peterburq ittifaq müqaviləsi imzalamışdı. Məqsəd Fransanı 1792-ci il sərhədlərinə qaytarmaq idi. Həmin il Böyük Britaniya, Avstriya, Rusiya, Neopolitan krallığı və İsveç Fransaya və onun müttəfiqi İspaniyaya qarşı üçüncü koalisiya yaratdılar. Prussiya III Koalisiyaya qoşulmur. Əksinə Bavariya, Vittenberq və Baden Bonapartın müttəfiqinə çevrilirlər.
Üçüncü nəsil kompüter

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2012 ••••••• 0.17
2014 ••••••• 0.17
2016 •••••••••••••• 0.35
2020 •••••••••••••••••••• 0.53

Oxşar sözlər

#birinci-üçüncü nədir? #birinci-üçüncü sözünün mənası #birinci-üçüncü nə deməkdir? #birinci-üçüncü sözünün izahı #birinci-üçüncü sözünün yazılışı #birinci-üçüncü necə yazılır? #birinci-üçüncü sözünün düzgün yazılışı #birinci-üçüncü leksik mənası #birinci-üçüncü sözünün sinonimi #birinci-üçüncü sözünün yaxın mənalı sözlər #birinci-üçüncü sözünün əks mənası #birinci-üçüncü sözünün etimologiyası #birinci-üçüncü sözünün orfoqrafiyası #birinci-üçüncü rusca #birinci-üçüncü inglisça #birinci-üçüncü fransızca #birinci-üçüncü sözünün istifadəsi #sözlük