birlikdə sözü azərbaycan dilində

birlikdə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • birlikdə • 98.8396%
  • Birlikdə • 1.1289%
  • BİRLİKDƏ • 0.0315%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Birlikdə qalaq (televiziya serialı)
Birlikdə qalaq —Edmonds Kofer tərəfindən yaradılmış Amerika romantik komediya serialıdır. 11 yanvar 2011-ci ildə Qara Əyləncə Televiziyasında premyerası olmuşdur. Serialın adı Al Grinin 1972-ci ildə eyni adlı mahnısına istinad edir. Serialın premyerası 4,4 milyon tamaşaçı çəkdi. Başlanğıcda Ruh Qidası ulduzu Malinda Vilyams baş rola çəkildi. Açıqlanmayan səbəblərdən onu Nadin Ellis əvəz etdi. Kristal, Karles və Kitanın əmisi oğlunu canlandıran aktyor heyətinə yeni aktyor heyəti üzvü Kila Pratt qoşuldu. 13 aprel 2012-ci ildə şounun üçüncü mövsüm üçün yeniləndiyi məlum oldu. Üçüncü sezonun premyerası 26 mart 2013-cü ildə baş tutdu. == Konspekt == Gəlin Birlikdə qalaq, mətbəxini təmir etmək üçün işə götürdüyü podratçı Çarliz Vitmor ilə (Bert Belasko) nişanlı olan pediatr Steysi Lorensin (Nadin Ellis) hekayəsidir.
Biz birlikdə qalib gələcəyik (film, 2011)
Biz birlikdə qalib gələcəyik qısametrajlı sənədli filmi rejissor Yefim Abramov tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub. == Məzmun == Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 233.94 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 438.55
2003 •••••••••••••• 298.02
2004 •••••••••••••• 299.82
2005 •••••••••••••• 302.98
2006 ••••••••••••• 272.09
2007 •••••••••••••• 287.33
2008 ••••••••••• 219.74
2009 ••••••••• 194.22
2010 •••••••••• 209.69
2011 •••••••••• 218.17
2012 ••••••••••• 223.38
2013 ••••••••••••• 273.95
2014 •••••••••••••• 286.59
2015 •••••••• 165.70
2016 ••••••••• 178.23
2017 •••••••• 171.37
2018 •••••••••• 203.16
2019 ••••••••••• 228.11
2020 ••••••••••••••• 328.34

birlikdə sözünün leksik mənası və izahı

  • 1 zərf Bir yerdə, bərabər, birgə, başqası ilə bir olaraq, şərikli, əlbir surətdə, elliklə. Birlikdə çalışmaq. İşi birlikdə görmək. Məsələni birlikdə həll etmək. – Mənim yeganə arzum sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir. M.S.Ordubadi. Azca gəzmək üçün axşamüstü Firidun Qəhrəmani ilə birlikdə küçəyə çıxmışdı. M.İbrahimov. Sənəm atası ilə birlikdə çuvalları … arabaya yığdı. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / birlikdə

birlikdə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 BİRLİKDƏ [Nəbi:] Həcər, yadındamı, hər baharda biz; Birlikdə çıxardıq dağa ikimiz (S.Rüstəm); BAHƏM Xəlil ağa Hüseyn bahəm varid oldular İran torpağına (Ə.Haqverdiyev); BƏRABƏR Şeirdir, nəğmədir şairə bəzək; Gəl, ey ilhamım, gəl, bərabər gəzək (S.Rüstəm); BİLİTTİFAQ Xah sultan, xah dərvişü gəda bilittifaq; Özlərin qılmış giriftari-qəmü dərdü fəraq (M.P.Vaqif); BİR YERDƏ O gün fəhlə yoldaşları axşama kimi Həmidlə bir yerdə yeyib-içdilər, söhbet elədilər... (H.Abbaszadə); BİRGƏ Gənclik kitabının yarpaqlarını; İki il onunla birgə çevirdin (M.Müşfiq); ƏLBİR Şıxbabalı kəndində .. kommunistlər bəylərin izinə düşüb onlann Muradbəyli bəyləri ilə əlbir fəaliyyətləri üzərində ciddi nəzarət qoyurdular (Ə.Vəliyev); QOŞA Gəl mənimlə gəzək qoşa; Hər yan otdur başdan-başa (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / birlikdə

birlikdə sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BİRLİKDƏ – AYRILIQDA Mənim yeganə arzum sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir (M.S.Ordubadi); Ayrılıqda görülən işlər səmərəsiz olur. BİRLİKDƏ – TƏKLİKDƏ Sənin ilə mənim dərdimiz bəlli; Birlikdə taparıq bəlkə təsəlli… (Ə.Cavad); Təklikdə çaylaq daşıyam; Məni qoymayın təklənəm! (M.Araz).

    Azərbaycan dilinin antonimlər lüğəti / birlikdə

birlikdə sözünün rus dilinə tərcüməsi

  • 1 вместе, совместно, сообща, вкупе

    Azərbaycanca-rusca lüğət / birlikdə
  • 2 нареч. 1. совместно, вместе, сообща. Birlikdə işləmək работать вместе, сообща, birlikdə müzakirə etmək обсудить совместно 2. дружно, сплочённо. Birlikdə mahnı oxumaq дружно петь ◊ birlikdə vaxt keçirmək делить время вместе с кем-л., проводить время вместе с кем-л.; bununla birlikdə вместе с тем, наряду с этим

    Azərbaycanca-rusca lüğət / birlikdə

birlikdə sözünün inglis dilinə tərcüməsi

birlikdə sözünün fransız dilinə tərcüməsi

birlikdə sözünün ləzgi dilinə tərcüməsi

birlikdə sözünün türk dilinə tərcüməsi

"birlikdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#birlikdə nədir? #birlikdə sözünün mənası #birlikdə nə deməkdir? #birlikdə sözünün izahı #birlikdə sözünün yazılışı #birlikdə necə yazılır? #birlikdə sözünün düzgün yazılışı #birlikdə leksik mənası #birlikdə sözünün sinonimi #birlikdə sözünün yaxın mənalı sözlər #birlikdə sözünün əks mənası #birlikdə sözünün etimologiyası #birlikdə sözünün orfoqrafiyası #birlikdə rusca #birlikdə inglisça #birlikdə fransızca #birlikdə sözünün istifadəsi #sözlük