birliklər sözü azərbaycan dilində

birliklər

Yazılış

  • birliklər • 96.3934%
  • Birliklər • 3.6066%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təbii birliklər
Təbii birliklər Meşə, çəmən, bataqlıqda olan canlılar qrup halında birgə yaşamağa uyğunlaşmışlar. Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlılar qrupu təbii birliklər əmələ gətirir. Təbii birliklərdə canlı orqanizmlər birbiri ilə və cansız təbiət amillərilə (torpaq, su və s.) əlaqədədirlər. === Ekoloji sistem === Təbii birliklər və onları əhatə edən mühit vahid sistem – ekoloji sistem adlanır. İstənilən ekoloji sistemdə əsas yeri üzvi maddə “istehsalçıları” olan yaşıl bitkilər tutur. Ekoloji sistemlərdə bir orqanizm digəri ilə qidalandığı üçün bunlar arasında müəyyən əlaqə – qida zənciri yaranır. ==== Sadə qida zəncirləri ==== Sadə qida zəncirləri, adətən, bir-biri ilə birləşərək mürəkkəb şəbəkə əmələ gətirir. Təbii birlikləri təşkil edən canlılar arasında birgə yaşamağı təmin edən müxtəlif münasibətlər formalaşır: Rəqabət münasibətləri. Oxşar həyat tərzi keçirən eyni və ya müxtəlif növə mənsub olan fərdlər arasında gedən mübarizə rəqabət adlanır. Rəqabətə dözə bilməyənlər isə məhv olurlar.
Azərbaycanda seçki blokları və siyasi birliklər
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSSRİ dönəmində seçki blokları yaranmışdır. 1991-ci il Azərbaycan SSR Ali Sovetinin XII çağırışı üçün Azərbaycan Xalq Cəbhəsi və müstəqillik tərəfdarları Demokratiya Bloku şəklində seçkilərə qoşulmaq istəsə də mümkün olmamışdır. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 1998 Azərbaycan prezident seçkiləri === Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat və ya SİDSUH 1998-ci ilin prezident seçkisi ərəfəsində, 26 oktyabr 1998-ci il tarixində Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının patronajlığı, başqa müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə yaradılıb, lakin Cəbhə və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədilər, nəticədə qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur. === 2003 Azərbaycan prezident seçkiləri === ==== Bizim Azərbaycan ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Türkman Briqadaları (Xalq Səfərbərlik Birlikləri)
Türkman Briqadaları (türk. Türkmen Tugayları, ərəb. الحشد التركماني‎) — İraq Silahlı Qüvvələrinin Xalq Səfərbərlik Birliklərinin parçası olan və İraq türkmanlarından ibarət hərbi briqada. Hərbi briqada 2014-cü ildə təsis edilmişdir. Komandiri Səid Yılmaz Nəcardır. Qrupun komandiri Səid Yılmaz Nəcər Türkiyəyönlü qrup İraq Türkmən Cəbhəsinin vahid türkmən milislərinin yaradılması təkliflərini rədd edib. Nəcar bu təklifi rədd etməsinin səbəbini qrupun həm şiə, həm də sünni türkmənlərdən ibarət olması, İraq Türkmən Cəbhəsinin isə sırf sünni olması ilə əlaqələndirib.25 sentyabr 2016-cı il tarixində 16-cı briqada Türkman Briqadalarının Həvicə hücum əməliyyatında iştirak edəcəklərini açıqlamışdır.
Xalq Qoruma Birlikləri
Xalq Müdafiə Birlikləri və ya Xalq Qoruma Dəstələri (kürd. Yekîneyên Parastina Gel, qısaca: YPG; ərəb. وحدات حماية الشعب‎, Wihdat Himayah ash-Sha'ab) — Kürd Ali Komitəsinin rəsmi silahlı birləşməsi. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır. == Tarixi == 2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və "Kürd Ali Komitəsi" tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb. 2012-ci ilin dekabr ayının xəbərlərinə görə YPG 8 briqada və 10 min döyüşçüdən ibarətdir. 2013-cü ilin yaz aylarının sonlarına yaxın isə bu rəqəmin 15 minə çatdığı bildirilir. YPG-də kişilərlə yanaşı qadınlar da vuruşur; 2013-cü ilin fevral ayında Əfrin şəhərində 150 nəfərdən ibarət ilk qadın batalyonu yaradılıb. == Suriya vətəndaş müharibəsindəki yeri == 2003-cü ildə kürd muxtariyyəti tələbi ilə qurulan Demokratik Birlik Partiyasının (PYD) de-fakto silahlı qanadı sayılan YPG hal-hazırda Suriyanın Hələb mühafazasının Əfrin, Kobani, Cinderis şəhərlərini, Haseke mühafazasının Amude, Derik, Efrin bölgələrini, Əl Dərbasiyə, RəsulaynAfr şəhərləri ilə Tirbesipiye qəsəbəsini öz nəzarəti altında saxlayır. 23 may 2013-cü il tarixində Demokratik Birlik Partiyasının (PYD) sədri Salih Müslim Suriya neftinin 60%-nin kürdlərin yaşadığı ərazidə yerləşdiyini və kürd nəzarətində olduğunu bildirdi.6 iyun 2013-cü il tarixində isə Demokratik Birlik Partiyası rəsmi nümayəndə heyəti və o cümlədən YPG sədri ilə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri arasında görüş baş tutdu və görüşdən sonra PYD sədri Salih Müslim görüşün uğurlu keçdiyini bildirdi.
İspaniyanın muxtar birlikləri
Muxtar birliklər (isp. comunidad autónoma) - İspaniya Konstitusiyasına görə qurulmuş, İspaniya Krallığının yüksək səviyyəli siyasi qurumlarıdır. Konstitusiyanın ikinci maddəsi "bölgələr və millətlər"in muxtariyyət haqqını qəbul edir, həmçinin "İspan millətinin ayrılmaz birliyini" elan edir. Hazırda İspaniyanın tərkibində 17 muxtar birlik və 2 muxtar şəhər (Seuta və Melilya) vardır. Muxtar qurumların öz nizamnamələri var və onların hökumətləri mərkəzi hökumətlə hakimiyyəti paylaşır. Öz növbəsində, muxtar qurumlar 52 əyalətə bölünür.
Xalq Müdafiə Birlikləri
Xalq Müdafiə Birlikləri və ya Xalq Qoruma Dəstələri (kürd. Yekîneyên Parastina Gel, qısaca: YPG; ərəb. وحدات حماية الشعب‎, Wihdat Himayah ash-Sha'ab) — Kürd Ali Komitəsinin rəsmi silahlı birləşməsi. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır. == Tarixi == 2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və "Kürd Ali Komitəsi" tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb. 2012-ci ilin dekabr ayının xəbərlərinə görə YPG 8 briqada və 10 min döyüşçüdən ibarətdir. 2013-cü ilin yaz aylarının sonlarına yaxın isə bu rəqəmin 15 minə çatdığı bildirilir. YPG-də kişilərlə yanaşı qadınlar da vuruşur; 2013-cü ilin fevral ayında Əfrin şəhərində 150 nəfərdən ibarət ilk qadın batalyonu yaradılıb. == Suriya vətəndaş müharibəsindəki yeri == 2003-cü ildə kürd muxtariyyəti tələbi ilə qurulan Demokratik Birlik Partiyasının (PYD) de-fakto silahlı qanadı sayılan YPG hal-hazırda Suriyanın Hələb mühafazasının Əfrin, Kobani, Cinderis şəhərlərini, Haseke mühafazasının Amude, Derik, Efrin bölgələrini, Əl Dərbasiyə, RəsulaynAfr şəhərləri ilə Tirbesipiye qəsəbəsini öz nəzarəti altında saxlayır. 23 may 2013-cü il tarixində Demokratik Birlik Partiyasının (PYD) sədri Salih Müslim Suriya neftinin 60%-nin kürdlərin yaşadığı ərazidə yerləşdiyini və kürd nəzarətində olduğunu bildirdi.6 iyun 2013-cü il tarixində isə Demokratik Birlik Partiyası rəsmi nümayəndə heyəti və o cümlədən YPG sədri ilə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri arasında görüş baş tutdu və görüşdən sonra PYD sədri Salih Müslim görüşün uğurlu keçdiyini bildirdi.
Qadın Müdafiə Birlikləri
YPJ və ya Qadın Müdafiə Birlikləri (kürd. Yekîneyên Parastina Jin, ərəb. وحدات حماية المرأة‎) — YPG- nin (Xalq Müdafiə Birlikləri) qadın qolu. 2012-ci ildə YPG- nin qadın briqadası olaraq yaradılmışdır. 2014-cü ildə 18-40 yaş arası sayları 7000-dən çox könüllü döyüşçü kadrlara çatdı. YPJ-nin ideya vəhdətini təşkil edən fikirlərin əsasını təşkil edən doktrinalardan biri də jineologiyadır . İraq Şam İslam Dövlətinin yezidi soyqırımına qarşı mübarizə aparıb . YPJ “Zeytun budağı” və “Sülh bulağı” əməliyyatlarında Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu ilə toqquşmalarda iştirak edib. == Təşkilatın tarixi == Qadınlar 2011-ci ildən, sonradan adı 2012-ci ildə YPG olaraq dəyişdiriləcək qarışıq cinslərdən ibarət YXG-nin qurulduğu vaxtdan bəri Suriya Kürd Müqaviməti mübarizəsində iştirak edir. YPJ 4 aprel 2013-cü ildə möhkəm qadın təşkilatı olaraq quruldu, onun ilk batalyonu Jindiresdə quruldu və daha sonra fəaliyyətini Kobani və Cəzirə kantonlarında genişləndirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.20 dəfə / 1 mln.
2002 ••••••••••••• 6.85
2003 •••••••••• 5.12
2004 ••••••••••• 5.73
2005 ••••••••••••••• 7.42
2006 •••••• 2.70
2007 •••••••••••• 5.92
2008 ••••••••••••• 6.58
2009 ••••••••••••• 6.40
2010 •••••• 2.81
2011 •••• 1.80
2012 •••• 1.89
2013 ••••••••• 4.67
2014 ••••••• 3.60
2015 •••••••••• 4.93
2016 •••••••••••••••••••• 10.59
2017 ••••••••••• 5.69
2018 ••••••••••••••••••• 9.59
2019 ••••••••••••••••••• 10.01
2020 ••••••••••••• 6.50

"birliklər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#birliklər nədir? #birliklər sözünün mənası #birliklər nə deməkdir? #birliklər sözünün izahı #birliklər sözünün yazılışı #birliklər necə yazılır? #birliklər sözünün düzgün yazılışı #birliklər leksik mənası #birliklər sözünün sinonimi #birliklər sözünün yaxın mənalı sözlər #birliklər sözünün əks mənası #birliklər sözünün etimologiyası #birliklər sözünün orfoqrafiyası #birliklər rusca #birliklər inglisça #birliklər fransızca #birliklər sözünün istifadəsi #sözlük