birləşmək sözü azərbaycan dilində

birləşmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • birləşmək • 97.6774%
  • Birləşmək • 1.8065%
  • BİRLƏŞMƏK • 0.5161%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Birləşmək azadlığı
Birləşmək azadlığı — insanın birləşmələrə qovuşmaq və ya tərk etmək azadlığı və birləşmələrin öz üzvlərinin marağlarına əsasən birgə hərəkət azadlığı və birləşmələrin müəyyən kriteriyalara əsasən üzvləri qəbul etmək ya etməmək azadlığı. Birləşmə azadlığı insanların ən əsas hüquqlardan biridir. Hər bir fərdin təşkilatlanmaqda, formal olaraq və ya qeyri-rəsmi olaraq qruplar qurmaqda və sərbəst iştirak etməkdə sərbəst olmasını təmin edir. Ümumdünya insan hüquqları bəyannaməsinin 20-ci maddədə, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddədə və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 22-ci maddədə əks olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.53 dəfə / 1 mln.
2003 •••••••••••••• 4.72
2004 •••••• 2.02
2005 •••••••• 2.70
2006 •••••• 2.03
2007 •••••• 1.90
2008 •••••• 1.95
2009 •••••••••• 3.20
2010 •••••••••• 3.18
2011 •••••• 1.89
2012 ••••• 1.55
2013 ••••••••••••••• 5.11
2014 •••••••••••••••••••• 7.04
2015 •••• 1.36
2016 •••••••• 2.78
2017 ••• 0.98
2018 •••••• 1.95
2019 ••••• 1.53
2020 ••••• 1.72

birləşmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir araya toplaşaraq, bir-birinə qarışaraq bir küll halına gəlmək. Nümayişçilər meydanda birləşəcəklər. Hissələr çayın sahilində birləşdi. Qoşunlar hücum etmək üçün birləşdilər. 2. İttifaq bağlamaq, həmrəy olmaq, bir araya toplaşmaq, öz qüvvələrini birləşdirmək. Bütün dünya zəhmətkeşləri sülh uğrunda mübarizə üçün birləşmişlər. 3. Qovuşmaq, bir-birinə qarışmaq, bitişmək. İki yolun birləşdiyi nöqtə. Körpünün sahil ilə birləşdiyi yer. Yolların birləşdiyi yerdə üç atlıya rast gəldik. 4. Əlaqələnmək, aralarında rabitə əmələ gəlmək, bağlanmaq. // məc. Evlənmək, həyatlarını bir-birinə bağlamaq. 5. Uyğun olmaq, uyuşmaq, uyğunlaşmaq, razılaşmaq, fikrə şərik olmaq. Mübahisə edənlər bir məsələdə birləşdilər.

    Azərbaycan dilinin izahlı lüğəti / birləşmək

birləşmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

birləşmək sözünün rus dilinə tərcüməsi

  • 1 соединяться, объединяться, совокупляться, сливаться, примыкать, сплачиваться, присоединяться, совмещаться

    Azərbaycanca-rusca lüğət / birləşmək
  • 2 глаг. 1. kimlə, nə ilə соединяться, соединиться. Bütün ölkələrin demokratları, birləşin! Демократы всех стран, соединяйтесь! 2. kimlə, nə ilə объединяться, объединиться, сплачиваться, сплотиться. Lider ətrafında sıx birləşmək теснее сплотиться вокруг лидера 3. kimə, nəyə присоединяться, присоединиться 4. сочетаться 5. группироваться, сгруппироваться 6. сходиться, сойтись с кем-л.

    Azərbaycanca-rusca lüğət / birləşmək

birləşmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to join, to unite; Bütün ölkələrin gəncləri, birləşin! The youth of all lands, unite! 2. to unite (with), to join hands (with); 3. to combine; Partiyalar birləşib The parties have combined

    Azərbaycanca-ingiliscə lüğət / birləşmək

birləşmək sözünün fransız dilinə tərcüməsi

birləşmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. сад хьун, галкӀун, кӀватӀал тир гьалдиз атун; 2. рейсад хьун, са чкадал кӀватӀ хьун, къуватар сад авун; 3. ккӀун, сад-садак акахьун (мес. рекьер, вацӀар); 4. алакъалу хьун, авсиятда хьун; // пер. кьисметар сад авун, эвленмиш хьун; 5. сад хьун, сад-садав туькӀуьн (кьун), рази хьун; шерик хьун (мес. садан теклифдал, фикирдал).

    Azərbaycanca-ləzgicə lüğəti / birləşmək

birləşmək sözünün türk dilinə tərcüməsi

"birləşmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#birləşmək nədir? #birləşmək sözünün mənası #birləşmək nə deməkdir? #birləşmək sözünün izahı #birləşmək sözünün yazılışı #birləşmək necə yazılır? #birləşmək sözünün düzgün yazılışı #birləşmək leksik mənası #birləşmək sözünün sinonimi #birləşmək sözünün yaxın mənalı sözlər #birləşmək sözünün əks mənası #birləşmək sözünün etimologiyası #birləşmək sözünün orfoqrafiyası #birləşmək rusca #birləşmək inglisça #birləşmək fransızca #birləşmək sözünün istifadəsi #sözlük