birə sözü azərbaycan dilində

birə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • birə • 98.0634%
  • Birə • 1.9366%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. == Quruluşu == Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. == Yayılması == Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. == Nəsilvermə və İnkişafı == Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.
Birəbittən fəsiləsi
Birəbittənlər
Birəbittənlər (lat. Troglodytidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Yayılması == Gödək quyruğu olan kiçik, hərəkətli meşə həşəratyeyən quşlarıdır. Əksər növlərin rəngi qəhvəyi-şabalıdıdır. Su sərçələrinə yaxındırlar. Amerika mənşəli fəsiləyə daxil olan 63 növ başlıca olaraq Yeni dünyada yaşayır. Yalnız 3 cins köhnə dünyada təmsil olunmuşdur. Qafqazda yeganə növünə – adi birəbittənə (lat. Troglodytes troglodytes) rast gəlinir. Arealı Şimali Amerikanın mülayim qurşağını, Avropanı, Palearktikanın cənub və şərq sərhədlərini əhatə edir.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Birəndiq (Ərdəbil)
Birəndiq - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Şahrud bölgəsinin Xuruşrüstəm kəndistanında, Həşçin qəsəbəsindən 22 km., cənub-şərqdə, Xalxal-Miyanə avtomobil yolunun 39,5 kilometrliyindədir.
Birəotu
Birəotu (lat. Pyrethrum) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Pyrethrum arrasanicum (C. Winkl.) O. Fedtsch. & B. Fedtsch. Pyrethrum baranovii Krasch. & Poljakov Pyrethrum bornmuelleri Hausskn. & Bornm. Pyrethrum breviradiatum Ledeb. Pyrethrum ceratophylloides Ten. Pyrethrum changaicum Krasch.
Cənub çuğundur birəciyi
Cənub çuğundur birəciyi (lat. Chaetocnema breviuscula) — Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Quruluşu == Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Yayılması == Kələm aqrosenozlarında geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Abşeron, Dağlıq Qarabağ, Lənkəran-Astara zonalarında yayılmışdır. == Zərər vurması == Çuğundur əkilən təsərrüfatlar üçün qorxulu zərərvericidir. Onları əsasən kələm, turp, şəkər çuğunduru bitkilərinin üzərində görmək olar. Birəciklər aprelin əvvəllərində alaq otlarının, sonra isə mədəni bitkilərin üzərində görünür.
Dalmat birəotu
Dalmat birəotu, Sinerariyarpaq birəotu (lat. Pyrethrum cinerarifolium) - birəotu cinsinə aid bitki növü.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Daphnia pulex və ya Su birəsi
Adi subirəsi (lat. Daphnia pulex) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ. == Morfoloji quruluşu == Dişi fərdin uzunluğu 1,4–4,0, erkəyinki isə 0,9–1,5 mm -dir. Dişi fərdin çanağı oval formada olub, yan tilləri yoxdur, quyruq iynəsi qismən uzundur. Çanağın arxa hissəsi və quyruq iynəsi tikanlı çıxıntılarla örtülmü.dür. Baş qıs lateral til ilə təchiz olunmuşdur. Baş zirehi çanağa söykənir və çıxıq əmələ gətirir. Rostrum uzanmış və itidir. Ön antenaları qısa olub, rostrumun qurtaracağına çatır.
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Komarov birəotu
Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu - NT == Qısa morfoloji təsviri == Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.
Koçi birəotu
Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qara xaççiçək birəciyi
== Quruluşu == Rəngi qara və ya metal parıltısına bənzəyir. Uzunluğu 2–3 mm-dir. Bu birəciklər nəmliyi az olan yerlərdə yaşayırlar. == Yayılması == Başqa birəciklərə nisbətən onlar respublikamızda geniş yayılmışdılar və daha çox zərər verirlər. Respublikanın Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır. == Qışlaması == Azərbaycan şəraitində onlar erkən fevralın axırı və martın əvvələrində qışlamadan çıxırlar. == Qidalanması == Qışlamadan çıxandan sonra əvvəlcə alaq otları, sonra isə mədəni bitkilərlə qidalanırlar. əlavə qidalanma hava şəraitindən asılı olaraq bir aya qədər davam edir. == Nəsilvermə == əlavə qidalanmadan sonra yumurtaqoyma və cütləşmə başlayır. Bu proses aprelin ikinci yarısından may ayına qədər davam edir.
Qızyarpaq birəotu
Qızyarpaq birәotu - Pyrethrum parthenifolium Willd. Hündürlüyü 4-80 sm, gövdəsi düzduran, yuxarı hissədə qalxanvari budaqlanmış, çılpaq və ya dağınıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Aşağı yarpaqları uzun saplaqlıdır, görünüşünə görə yarpaq ayası yumurtaşəkilli, lələkvari bölünmüş, seqmentləri yumurtaşəkilliuzunsovdur, sivriləşmişdir, qismən dərinlələkvari bölünmüşdür. == Çiçək == Səbətləri çoxsaylıdır, qısa və uzun saplaqdadır, gövdənin yuxarı hissəsində qalxanvari çiçək qrupunda toplanmışdır. Dilcikli çiçəkləri ağ rəngdədir, uzunluğu 6-8 mmdir. == Meyvə == Toxumlarının uzunluğu 1,5 mm-dir, çox qısa, az dişli tacı vardır. == Çiçəkləməsi == İyun-Avqust == Meyvə verməsi == Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Orta, bəzən yuxarı dağ qurşağında. == Yaşayış mühiti == Rütubətli və qaranlıq yerlərdə, çay sahilində, kolluqlar arasında, otlu yamaclarda rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman bitkisidir.
Sinerariyarpaq birəotu
Dalmat birəotu, Sinerariyarpaq birəotu (lat. Pyrethrum cinerarifolium) - birəotu cinsinə aid bitki növü.
Su birəsi
Adi subirəsi (lat. Daphnia pulex) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ. == Morfoloji quruluşu == Dişi fərdin uzunluğu 1,4–4,0, erkəyinki isə 0,9–1,5 mm -dir. Dişi fərdin çanağı oval formada olub, yan tilləri yoxdur, quyruq iynəsi qismən uzundur. Çanağın arxa hissəsi və quyruq iynəsi tikanlı çıxıntılarla örtülmü.dür. Baş qıs lateral til ilə təchiz olunmuşdur. Baş zirehi çanağa söykənir və çıxıq əmələ gətirir. Rostrum uzanmış və itidir. Ön antenaları qısa olub, rostrumun qurtaracağına çatır.
Çəhrayı birəotu
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
Ətrəngi birəotu
Ətrəngi birəotu (Elmi adı - Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 25-80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10-15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir.
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.59 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 27.41
2003 •••••• 7.87
2004 •••••• 7.75
2005 ••••••• 9.45
2006 ••••• 6.08
2007 •••• 5.29
2008 ••• 3.17
2009 ••••••••• 12.00
2010 ••••••••• 11.53
2011 ••••••• 8.49
2012 •••• 4.47
2013 •••••••• 10.94
2014 ••••• 6.52
2015 1.02
2016 •••• 4.34
2017 ••• 4.06
2018 ••• 3.75
2019 •• 2.64
2020 ••••• 6.37

birə sözünün leksik mənası və izahı

  • 1 Adətən birə-bir, birə-iki və s. şəklində işlənərək, ikinci rəqəm kəmiyyətin əslində olduğundan neçə dəfə artırıldığını göstərir. [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq; onun qazancı ilə toyunu edərsən! M.F.Axundzadə. [Mirzə Dadaş:] Allah qoysa, mən ondan birə-beş alacağam. N.Vəzirov. Hər gün döyüşlərdə vurduq birə-yüz; Dağlara səs salır hücum borusu. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / birə
  • 2 is. İnsan və heyvanları sancıb əziyyət verən çox sıçraq cücü. Köhnə məscid hücrələrində birə əlindən tərpənmək olmazdı. H.Sarabski. Laçın … tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birələr onun üstünə daraşdı. M.Hüseyn. ◊ Kürkünə birə düşmək – təşvişə düşmək, qorxuya düşmək.

    Azərbaycan dilinin izahlı lüğəti / birə

birə sözünün etimologiyası

  • 1 Mənbələrdə bürgə şəklində əks etdirilib. Burmaq feili ilə bağlıdır. Birəni məhv etmək üçün hökmən barmaqların arasında burublar. Ad da buradandır. Paxlalalı bitkilərin (noxud və s.) ümumi adı burcaq olub. Bu da bürümək sözü ilə bağlıdır. Onların üstü xüsusi pərdə (qabıq) ilə örtülü (bükülü) olduğu üçün belə adlandırılıb. Böyrək sözü də üstüörtülü anlamı ilə bağlıdır. Bu tip sözlər çoxdur. Mənbələrdə bu sözlə yanaşı, eyni mənada səgirtkiş (səgirtmək “sıçramaq” demək olub) kəl­mə­si də işlədilib. Özbəklər buna “burqa” (burma), türkmənlər isə “bürə” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / birə

birə sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. блоха (мелкое паразитическое, кровососущее прыгающее насекомое) II прил. блошиный ◊ kürkünə birə düşüb kimin кто-то очень беспокоится, что-то кого-то очень беспокоит

    Azərbaycanca-rusca lüğət / birə

birə sözünün inglis dilinə tərcüməsi

birə sözünün fransız dilinə tərcüməsi

birə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. зоол. чӀут; // чӀутран; ** kürkünə birə düşmək кӀуртуна чӀут гьатун, теспачавал акатун, кичӀ акатун.

    Azərbaycanca-ləzgicə lüğəti / birə

birə sözünün türk dilinə tərcüməsi

"birə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#birə nədir? #birə sözünün mənası #birə nə deməkdir? #birə sözünün izahı #birə sözünün yazılışı #birə necə yazılır? #birə sözünün düzgün yazılışı #birə leksik mənası #birə sözünün sinonimi #birə sözünün yaxın mənalı sözlər #birə sözünün əks mənası #birə sözünün etimologiyası #birə sözünün orfoqrafiyası #birə rusca #birə inglisça #birə fransızca #birə sözünün istifadəsi #sözlük