* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf dan. 1. Bütünlüklə, hamısı birdən. 2. Birlikdə, bir yerdə, yoldaşlı.
Azərbaycan dilinin izahlı lüğəti / birədi1 Qərb dialektlərində “birgə” (birlikdə) mənasında işlədilən bu sözün mənşəyi 2 ehtimal əsasında yozula bilər: 1) birəiki kəlməsinin dəyişmiş formasıdır; 2) birəkü sözünün variantıdır. Mənbələrdə bu qəlib üzrə yaranmış beşəkü (пятеро) sözü də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / birədi1 I. s.: ~ satış wholesale; ~ satan wholesaler II. z. 1. wholesale; ~ satmaq to sell* wholesale; ~ almaq to buy* wholesale; 2. (birdəfəlik) once and for all; ~ getmək to go* once and for all
Azərbaycanca-ingiliscə lüğət / birədi(Çənbərək, Qazax, Tovuz) birlikdə, bir yerdə – Məni də gözdüyün, birədi gedəx’ (Qazax); – Buyişi birədi görün, qutarsın gessin (Çənbərək); – Elə vaxt olordu kin, birədi əkerdix’, elə vaxt olordu kin, ayrı-ayrı əkerdix’ (Tovuz)
Azərbaycan dilinin dialektoloji lüğəti.