bis sözü azərbaycan dilində

bis

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bis • 65.7658%
  • Bis • 18.0180%
  • BİS • 14.4144%
  • BiS • 1.8018%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. == Roma Statutu və ad hoc BMT tribunalları == Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Achillea biserrata
Achillea biserrata (lat. Achillea biserrata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ageratina bishopii
Ageratina bishopii (lat. Ageratina bishopii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Apti Bisultanov
Apti Dibayeviç Bisultanov (çeç. Бисулта́нов, Апти́ Диба́евич; 1 sentyabr 1959) — müasir çeçen şairi, filoloq, dosent. Beynəlxalq PEN klubunun üzvü və Rusiya-Finlandiya PEN klubunun fəxri üzvü. Bisultanov Çeçen İçkeriya Respublikasının sosial məsələlər üzrə keçmiş baş nazirin müavini olub. == Həyatı == Apti Bisultanov 1959-cu ildə Çeçenistanın Urus-Martan rayonunun Göy-Çu kəndində anadan olub. 1983-cü ildə Çeçenistan-İnquş Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, bundan sonra bir il universitetdə müəllim kimi fəaliyyətini davam etdirmişdir. Sonra ədəbi fəaliyyətə başlamışdır. Apti Bisultanov 1982–1984-cü illərdə çeçen uşaqları üçün "Stelagad" (Göy qurşağı) jurnalında çalışıb. 1986-cı ildə "Noh — Tske — Ço" ("Su — Atəş — Ev") adlı ilk şeirlər kitabını nəşr etdirib (məcmuənin adı "çeçenlər ölkəsi" mənasını verən "Noxçiço" sözü ilə uzlaşır). 1988-ci ildə Bisultanov Qroznıdakı Çeçen Kitab Nəşriyyatının redaktoru təyin edilib.
Astragalus bisulcatus
Astragalus bisulcatus (lat. Astragalus bisulcatus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Azərbaycan–Qvineya-Bisau münasibətləri
Azərbaycan–Qvineya-Bisau münasibətləri — Azərbaycan Respublikası ilə Qvineya-Bisau Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 27-də qurulmuşdur.
Banska-Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa

Banska Bistritsa bölgəsi
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Banska Bistritsa diyarı

Bisau
Bisau (port. Bissau) — Qvineya-Bisaunun paytaxtı və əsas sənaye mərkəzi. Əhalisi 2007-ci ilin hesablamalarına görə 407 424 nəfərdir. Atlantik okeanı sahilində liman şəhəridir. Şəhərin əsası 1687-ci ildə portuqallar tərəfindən qul ticarəti mərkəzi kimi qoyulmuşdur. 1942-1973-cü illərdə Portuqal Qvineyasının paytaxtı olmuşdur.
Bisavad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Bischofiaceae
Fillantkimilər (lat. Phyllanthaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təsnifatı == Antidesmatoideae yarımfəsiləsi — 22 cinsi varTriba Antidesmateae — 9 cinsi varYarımtriba Antidesmatinae Yarımtriba Hieronyminae Yarımtriba Hymenocardiinae Yarımtriba Leptonematinae Yarımtriba MartretiinaeTriba Bischofieae —1 cinsi var Bischofia Blume Triba Jablonskieae — 2 cinsi var Triba Scepeae — 8 cinsi var Triba Spondiantheae — 1 cinsi var Spondianthus Engl.
Biseksual
Biseksuallıq və ya biseksualizm — həm kişi , həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Bu termin cinsiyyətindən və gender kimliyindən asılı olmayaraq insanlara romantik və ya cinsi cazibə bəsləmək mənasında da istifadə edilə bilər. Buna panseksuallıq da deyilir.Biseksuallıq termini əsasən kişilərə və qadınlara qarşı bəslənən romantik və ya seksual hissləri ifadə etmək üçün istifadə olunur. Bu anlayış heteroseksuallıq və homoseksuallıq ilə birlikdə cinsi oriyentasiyanın üç əsas təsnifatından biridir. Biseksual kimlik hər iki cins üçün eyni cinsi cazibəyə bərabər olmaq məcburiyyətində deyil. Ümumiyyətlə, bir cinsdən digərinə nisbətən fərqli, lakin müstəsna olmayan cinsi seçimləri olan insanlar da özlərini biseksual hesab edirlər.Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonal və ekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər və bunu seçim kimi qiymətləndirmirlər. Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər. Xüsusilə kişilər üçün cinsi oriyentasiyanın bioloji səbəblərini dəstəkləyən daha çox dəlil var.Məlum tarix boyunca biseksuallıq müxtəlif insan cəmiyyətlərində və heyvanlar aləmində müşahidə edilmişdir. Buna baxmayaraq, biseksuallıq termini heteroseksuallıq və homoseksuallıq kimi XIX əsrdə ortaya çıxmışdır.
Biseksuallıq

Biseps
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir.Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. == Yerləşməsi == Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Bisernye adaları
Bisernye adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın cənub-şərqində, Salm adası sahillərində yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Xüsusi seçilən yüksəklik yoxdur. Qrupa daxil olan adaların uzunluğu 100 metri keçmir. Qrupun şərqi ilə qərbi arasında məsafə 2.5 km-dir. Qrupa daxil olan ən böyük adanın üzəri daşlıqlardan ibarətdir.
Bishopanthus
Bishopanthus (lat. Bishopanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Bishopanthus soliceps H.Rob. — Peruda bitən yeganə növ.
Bishopanthus soliceps
Bishopanthus (lat. Bishopanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Bishopanthus soliceps H.Rob. — Peruda bitən yeganə növ.
Bishopiella
Bishopiella (lat. Bishopiella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Bishopiella elegans R.M.King & H.Rob. - Braziliyada bitən yeganə növ.
Bishopiella elegans
Bishopiella (lat. Bishopiella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Bishopiella elegans R.M.King & H.Rob. - Braziliyada bitən yeganə növ.
Biszyaşan adası
Biszyaşan adası (çin. 笔架山) — Çinin şimal-şərqində, Lyaodun körfəzində yerləşən ada. İnzibati baxımdan Lyaonin vilayəti, Szinçjou şəhər dairəsinə daxildir. Ada adlanması şərti xüsusiyyət daşıyır. Belə ki, çəkilmələr zamanı eni 100 metr, uzunluğu 1,6 km olan dayazlıqla materikə birləşir. == Coğrafiyası == Adanın maksimal hündürlüyü 78,3 metrdir. Zirvə sıldırımlıdır. Üzəri meşə ilə örtülüdür. Adanın sahəsi 1,2 km²-dir. == Görməli yerləri == Şimalına gözəl mənzərə açılır.
Bisütun
Bisütun— İranın Kirmanşah ostanının Hərsin şəhristanının Bisütun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,075 nəfər və 527 ailədən ibarət idi.
Bisütun kitabəsi
Bisütun kitabəsi — İranın müasir Kirmanşah şəhəri yaxınlığında yerləşən Bisütun qayası nın üzərində Əhəməni şahı I Daranın əmri ilə tərtib olunmuş relyefli kitabə. Onların köməkliyi ilə Dara üsyançılar üzərində öz qələbələrini, özgə ölkələrin istilası və tabe etdirilməsini əbədiləşdirmək istəyirdi. Üç dildə həkk edilən kitabə (qədim fars, Babil və Elam dillərində) min sətirə qədər idi və mixi işarələrlə qazılmışdı. == Haqqında == 1306 sətirlik kitabənin 515 sətri qədim fars, 141 sətri akkad (babil), 650 sətri isə elam dilində yazılmışdı. E.ə. 522-ci ildə Əhəmənilər dövlətində hakimiyyətə gələn I Dara hakimiyyət uğrunda mübarizədə doqquz rəqibini məğlub etmış, möhtəşəm bir imperatorluq qurmuşdu. I Dara bu uğurlarını əbədiləşdirmək üçün qərara gəlir ki, sağ ikən özünə abidə qoysun. Elə bir abidə ki, hakimiyyət uğrunda apardığı mübarizə, rəqibləri üzərində çaldığı qələbələr orada öz təcəssümünü tapsın. Abidə üçün münasib yer Kirmanşah vadisi boyunca ensiz dağ silsiləsi seçilir. Həmədandan Babilistana gedən karvan yolunun başlanğıcında yerləşən dağ silsiləsi ikibaşlı əjdaha kimi şaxələnir.
Bisəvad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.37 dəfə / 1 mln.
2003 ••••••••• 0.39
2007 •••••••••••••••••• 0.85
2008 ••••••••••• 0.49
2009 •••••••••••••••••••• 0.96
2010 •••••••••• 0.45
2011 •••••••• 0.34
2012 ••••••••••• 0.52
2013 ••••••• 0.29
2016 •••• 0.17
2017 •••• 0.16
2018 ••••••• 0.30
2019 •••••••••••• 0.56
2020 •••••••••••• 0.53

bis sözünün leksik mənası və izahı

  • 1 [lat.] İkinci dəfə, bir də təkrar (teatrda, konsertdə və s.-də artistə öz çıxışını təkrar etdirmək üçün tamaşaçıların işlətdiyi nida).

    Azərbaycan dilinin izahlı lüğəti / bis

bis sözünün inglis dilinə tərcüməsi

bis sözünün fransız dilinə tərcüməsi

"bis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bis nədir? #bis sözünün mənası #bis nə deməkdir? #bis sözünün izahı #bis sözünün yazılışı #bis necə yazılır? #bis sözünün düzgün yazılışı #bis leksik mənası #bis sözünün sinonimi #bis sözünün yaxın mənalı sözlər #bis sözünün əks mənası #bis sözünün etimologiyası #bis sözünün orfoqrafiyası #bis rusca #bis inglisça #bis fransızca #bis sözünün istifadəsi #sözlük