biskvit sözü azərbaycan dilində

biskvit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biskvit • 77.9661%
  • Biskvit • 22.0339%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biskvit
Biskvit — un, şəkər, yağ, su və qatqı maddələrinin qarışdırılıb bişirilməsi ilə əldə edilir. Biskvit növləri; şəkərli, duzlu, kremli, kəpəkli, vitamin və mineral qatqılı, örtməli vs.-dir. Biskvit, sözü Latınca "bis coctus" sözündən gəlməkdədir. Roma sivilizasiyasında üst sinif olan patriarxların aşbazları süd, bal və unla biskvitlər bişirərmişlər. Bişirilən biskvitlərə operalactaria və dulçuya adları verilirdi. Bu biskvitlər üst sinifə təqdim edilərmiş. Tarixə baxdığımızda, 1840-cı illərdə, Fransada inkişaf etdirilən sənaye biskvitlə Türkiyə əvvəl idxalat yoluyla tanış oldu. Daha sonralar kiçik atelyelərdə biskvit çıxarmağı sınayan Türk təşəbbüskarlar da oldu. Lakin Türkiyədə biskvit sənayesinin təməli 1944-cü ildə kiçik bir biskvit emalatxanasında Səbri Ülkər tərəfindən atıldı. Ülkər, 1970-ci illərdə ixracata başladı.
Biskvit tortu
Biskvit tortu — tort növü == Ərzaq == xəmir üçün 2 stəkan un, 6 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan xama, 0,5 çay qaşığı soda. Krem üçün 200 qr yağ, 8 xörək qaşığı qatılaşdırılmış süd götürülür. == Hazırlanma qaydası == Əvvəldə göstərdiyimiz resept üzrə biskvit bişirilir, nahamar yerləri kəsilib qırıntıya çevrilir, özü isə iti bıçaq ilə iki hissəyə bölünür. Biskvitin aşağı qatı dayaz buluda qoyulub, üstünə ya qaşıq, ya da fırça ilə ətirli şirə çəkilir. Ətirli şirə belə hazırlanır; 6 xörək qaşığı şəkər tozunun üstünə 9 xörək qaşığı su tökülür və qaynadılır. Üzünə çıxan köpük yığılır, soyuyandan sonra ona ətir üçün 1 – 2 qaşıq albalı, portağal şirəsi, ya da konyak, likör tökülür. Ətirli şirə ilə isladılmış qata krem çəkilir və ikinci qat onun üstünə qoyulur. İkinci qata da ətirli şirə çəkilib, krem sürtülür və üçüncü qat qoyulur. Ona da şirə və krem çəkilir, qıraqlarına krem çəkilir, tortu kəsəndə əmələ gəlmiş qırıntılar tökülür. Qalan krem xüsusi şprisə yığılır və tortun üstünə zövqdən asılı olaraq, bəzək vurulur.
Bəhrə Biskvit Fabriki
Bəhrə Biskvit Fabriki — “UNİKAL” Yeyinti Məhsulları İstehsalı Müəssisəsi == Məlumat == 1992-ci ildən Azərbaycanda qida sənayesi üzrə şirniyyat sektorunda əsasən biskvit məhsulları istehsalı üzrə fəaliyyətə başlamışdır. 2006-cı ildən isə “UNİKAL” Yeyinti Məhsulları Müəssisəsi “Bəhrə” əmtəə nişanı adı altında biskvit fabriki kimi fəaliyyətə başlamış və ən qısa zamanda Azərbaycan şirniyyat sektorunda “Sağlam qida üçün sağlam məhsul” şüarı ilə sürətlə inkişaf edərək böyük alıcı və istehlakçı kütləsinin rəğbətini qazana bilmişdir . “Bəhrə Biskvit Fabriki hal-hazırda biskvit və digər şirniyyat məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmışdır. Bəhrə Biskvit Fabrikinin satış nümayəndəlikləri Bakı, Sumqayıt şəhərləri, regionlarda isə Gəncə, Şəki, Ağsu, Quba, Masallı, Salyan, Hacıqabul və Naxçıvanda da “Bəhrə” əmtəə nişanı adı altında xalqa xidmət göstərir. Bəhrə Biskvit Fabrikinin məhsullarını Respublikamızın ən ucqar qəsəbə və kəndlərində belə istehlakçılarımız tərəfindən əldə etmək mümkündür. == İstehsal prosesi == Müəssisədə məhsul istehsalı qabaqcıl İtalyan və Alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda hazırlanır. Bəhrə Biskvit Fabriki istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını əsasən Avropa ölkələrindən Türkiyə, Almaniya, İtaliya, Danimarka və Avstriyadan idxal edir. Bununla yanaşı Bəhrə Biskvit Fabriki Avstriyanın çörək-bulka istehsalı göstəricilərinə görə dünya markası olan Backaldrin şirkətinin də Azərbaycanda distribütorudur. Bəhrə Biskvit Fabrikinin istehsal etdiyi məhsullar təmiz, gigyenik normalara cavab verən, insan sağlamlığı üçün tam təhlükəsiz, yüksək keyfiyyətliliyi ilə digər firma və müəssisələrin məhsullarından həm əmtəə görünüşünə və həm də əmtəə bağlamasına görə çox fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxrəlif növ laylı peçenyelər yer tutur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2004 ••••• 0.34
2005 •••••••••••••••••••• 1.35
2006 ••••••• 0.45
2007 •••••••••••••••• 1.06
2009 •••••••• 0.48
2010 •••••••••••••• 0.91
2011 •••••••• 0.51
2012 •••• 0.26
2013 ••••• 0.29
2014 •••••••• 0.51
2015 ••• 0.17
2017 ••••• 0.33
2019 ••• 0.14
2020 •••••••• 0.53

biskvit sözünün leksik mənası və izahı

  • 1 is. [fr.] Un, yumurta, şəkər və s. qatışığından hazırlanmış şirniyyat. Vanilli biskvit. – Söhbət edə-edə bir parça biskvitlə çaylarını içməyə başlarkən, Hacıyev Qulamın yanına qayıtdı. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / biskvit

biskvit sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. бисквит (лёгкий сдобный пирог, пирожное из бисквитного теста) II прил. бисквитный. Bakı biskvit fabriki бакинская бисквитная фабрика, biskvit məmulatları бисквитные изделия

    Azərbaycanca-rusca lüğət / biskvit

biskvit sözünün inglis dilinə tərcüməsi

biskvit sözünün fransız dilinə tərcüməsi

"biskvit" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#biskvit nədir? #biskvit sözünün mənası #biskvit nə deməkdir? #biskvit sözünün izahı #biskvit sözünün yazılışı #biskvit necə yazılır? #biskvit sözünün düzgün yazılışı #biskvit leksik mənası #biskvit sözünün sinonimi #biskvit sözünün yaxın mənalı sözlər #biskvit sözünün əks mənası #biskvit sözünün etimologiyası #biskvit sözünün orfoqrafiyası #biskvit rusca #biskvit inglisça #biskvit fransızca #biskvit sözünün istifadəsi #sözlük