* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [fars.] köhn. Avara, sərsəri. Mən bisərüpa ona nə layiq; Kim, hüsnümə ola kimsə aşiq. Füzuli. [Hacı Kamyab:] Hərçi səy eylədim, qardaşım oğlunu avara yoldaşlarından və bisərüpa gəzməyindən çəkindirə bilmədim. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / bisərüpa2 BİSƏR(Ü)PA f. 1) başsız-ayaqsız, başıayağı olmayan; 2) əvvəli və sonu olmayan; 3) m. səfil, sərgərdan, avara.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bisərüpa