bitkiləri sözü azərbaycan dilində

bitkiləri

Yazılış

  • bitkiləri • 98.4515%
  • Bitkiləri • 1.2388%
  • BİTKİLƏRİ • 0.3097%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərman bitkiləri
Dərman bitkiləri — qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir.
Sitrus bitkiləri
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Su bitkiləri
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.
Boyaq bitkiləri
Boyaq bitkiləri — kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M. Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-ini təşkil edir. Boyaçılıq sənayəsi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazı, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Onlayn Dünya Bitkiləri
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Tsikada bitkiləri
Saqovnikler və ya Tsikada bitkiləri (lat. Cycadales) — saqovniklər sinfinə aid bitki sırası. Çılpaqtoxumlu (Gymnocpermae) qıjı və ya palmaları xatırladan bitkilər sırası. Qıjıya oxşayan nümayəndələrinin azacıq genişlənmiş, tropik iqlimi göstərən, qalın qabıqlı gövdəsi vardır. Digər qrupun nümayəndələrinin düz gövdəsinin başında iri lələkşəkilli yarpaqları olur. Çox xırda formalarının boyu 3 sm-dən böyük olmur. Fossil halında tsikada bitkiləri, əsasən yarpaqları məlumdur. Sonuncular bütöv və ya müxtəlif dərəcədə seqmentləşmiş olur. Tsikada bitkiləri orta triasda meydana gəlmiş, yurada inkişaf dövrü keçirmişdir. Tropik və subtropik vilayətlərdə müxtəlif növləri geniş yayılmış, lakin bitki örtüyündə onların rolu get-gedə azalmışdır.
Çoxsahəli Pambıq Əkini Sahələrində Balanslaşdırılmış Yem Bitkiləri (1984)
Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
Yabanı qida bitkiləri
Yabanı qida bitkiləri – insanın təsərrüfat fəaliyyəti ilə bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. Respublikamızda 4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. K. S. Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 4230 ton hesablanmışdır.
Şuşa Dərman Bitkiləri Muzeyi
Şuşa Dərman Bitkiləri Muzeyi və ya Yaşıl aptek-muzey — Azərbaycanın Şuşa şəhərində yerləşmiş aptek-muzey. Dərman bitkilərinə həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır. Dərman Bitkiləri Muzeyi 29 iyul 1984-cü ildə Şuşa şəhərində Vaqif poeziya bayramında açılmışdır. Muzey Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş Təzə məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa prosesi zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə orijinal halına qaytarılmış, tavanları təbii bitki boyaları ilə rənglənmişdir. Muzeyin direktoru Əmirşah Məmmədov olmuşdur. Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağtərxunu, adaçiçəyi, darçın, dağnanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən dərman bitkiləri muzeydə dağ bağçası təəssüratı oyadırdı. Muzeydəki dərman bitkilərinin hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında yetişmiş bitkilər idi. Muzeyin bir bölməsi keçmiş təbabətdə istifadə edilən alətlərə həsr olunmuşdu.
Dərman bitkilərin əlifba göstəricisi
== A ==
Dərman bitkilərinin siyahısı
== A ==
Çiçəkli bitkilərin cinsləri(L)
Çiçəkli bitkilərin cinsləri (A)
Çiçəkli bitkilərin cinsləri (B)
Çiçəkli bitkilərin cinsləri (C)
Çiçəkli bitkilərin cinsləri (D)
Çiçəkli bitkilərin cinsləri (E)
Çiçəkli bitkilərin cinsləri (F)
Çiçəkli bitkilərin cinsləri (G)
Çiçəkli bitkilərin cinsləri (H)
Çiçəkli bitkilərin cinsləri (I)
Çiçəkli bitkilərin cinsləri (J)
Çiçəkli bitkilərin cinsləri (K)
Çiçəkli bitkilərin cinsləri (M)
Çiçəkli bitkilərin cinsləri (N)
Çiçəkli bitkilərin cinsləri (O)
Çiçəkli bitkilərin cinsləri (P)

"bitkiləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bitkiləri nədir? #bitkiləri sözünün mənası #bitkiləri nə deməkdir? #bitkiləri sözünün izahı #bitkiləri sözünün yazılışı #bitkiləri necə yazılır? #bitkiləri sözünün düzgün yazılışı #bitkiləri leksik mənası #bitkiləri sözünün sinonimi #bitkiləri sözünün yaxın mənalı sözlər #bitkiləri sözünün əks mənası #bitkiləri sözünün etimologiyası #bitkiləri sözünün orfoqrafiyası #bitkiləri rusca #bitkiləri inglisça #bitkiləri fransızca #bitkiləri sözünün istifadəsi #sözlük