bitmə sözü azərbaycan dilində

bitmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bitmə • 97.2851%
  • Bitmə • 2.7149%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-cu illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
Acılar bitməz (film, 2009)
Acılar bitməz filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnnda istehsal edilmişdir. Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Amaliya Pənahova, Hülya Korel, Məlahət Abbasova, Qənirə Aslanova, Halil Ergün, Sədayə Mustafayeva, Məmmədəli Balayev, Əhəd Hacıyev,Pərvanə Qurbanova və Yaşar Nuri ifa edirlər. == Məzmun == Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Mehribanın ailəsi onların evlənmələrinə qarşıdırlar. Uzun mücadilədən sonra çarəsiz qalan cütlük birlikdə Türkiyəyə qaçmaq qərarına gəlirlər. Türkiyədə bir müddət yaşadıqdan sonra onlar yenə son ümidlə Bakıya qayıdırlar. Lakin yenə Mehribanın anası Məlahət (Amaliya Pənahova) onları ayırır, Sərxanı isə döyürlər. Psixoloji uçurum yaşayan Sərxan ölkəni tərk edib Rusiyaya işləməyə gedir.
Belə bitməsin (teleserial, 2012)
Belə bitməsin (türk. Böyle Bitmesin) — 21 sentyabr 2012-ci il tarixindən TRT 1 telekanalında yayımlanan Türkiyə istehsalı teleserial. At Yapım tərəfindən yaradılmışdır. Baş rollarda Nərgiz Öztürk, Camal Toqdaş və Yeliz Kuvancıdır. Serialda dağılmaq üzrə olan ailələrin nələr yaşadıqları təsvir olunur.
Bitməyən ömür (film, 2013)
Bitməyən ömür — texniki elmlər namizədi, pedaqoq, xeyriyyəçi, "H. Z. Tağıyev" mükafatı laureatı Lətif Əsədovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli-bioqrafik film. == Film haqqında == Film 2013-cü ildə Lətif Əsədovun vəfatının ildönümü ilə əlaqədar çəkilmişdir. Filmdə Lətif Əsədovun elmi rəhbəri, Respublikanın əməkdar ixtiraçısı, əməkdar kənd təsərrüfatı işçisi, texniki elmlər doktoru, professor Ziyad Abbasov Lətif müəllimin alim kimi nüfuzundan söz açmışdır. Əməkdar həkim, tibb elmləri doktoru, professor Qələndər Canbaxışov onun hər hansı bir məsələyə tez-tələsik cavab verməməsindən – daha dərin düşünərək fəlsəfi cavab verməsindən, xalq artisti Teymur Mustafayev, dosent Yusif Aslanov və Səyyad Quliyev isə Lətif Əsədovun bir dost kimi qayğıkeşliyindən, diqqətcil olmasından danışmışlar. "Bitməyən ömür" adlanan filmdə söz sərrafı şair Sərraf Şiruyə və tədqiqatçı Araz Yaquboğlu Lətif Əsədovun xeyirxahlıqlarından, səxavətindən, şəxsi hesabına çap etdirdiyi kitablardan, onun mənsub olduğu "Hacı Hüseynlilər"in nəsil şəcərəsindən, doğulduğu Daşkənd kəndinin tarixindən dolğun məlumatlar vermişlər. Filmdə çəkilənlərdən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev və Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov isə onun idmana və idmançılara qayğısından, yarışlara etdiyi sponsurluğundan danışmışlar. Filmdə həmçinin Lətif Əsədovun doğmaları — həyat yoldaşı Rəfiqə Əsədova, oğlu Vüqar Əsədli və gəlini Arzu Əsədli də unudulmaz xatirələrini televiziya tamaşaçıları ilə bölüşürlər. "Bitməyən ömür" adlı filmin nümayişi zamanı Lətif Əsədovun ailə albomundakı foto şəkillərdən də istifadə olunmuşdur. Kadrlarda Lətif Əsədovun qızı Aytən, nəvələri Lətif və Aylin də göstərilir. 2013-cü il avqustun 20-də filmin "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində DVD diskləri 500 nüsxə istehsal edilmişdir.
Bitməyən ömür (kitab)
Bitməyən ömür — texniki elmlər namizədi Lətif Əsədovun həyat və fəaliyyəti haqqında kitab. == Kitab haqqında == Kitab "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunmuşdur. Kitab 500 nüsxə olmaqla 70x100, 1\16 formatında, bərk cilddə və təbaşirli kağızdan istehsal edilmişdir. Kitab 400 səhifə yazı və 96 səhifə rəngli şəkil olmaqla cəmi 496 səhifədir. Kitaba Lətif Əsədov haqqında kitabla eyni adlı "Bitməyən ömür" adlı filmin DVD diskləri də əlavə edilmişdir. Kitab cəmi 52 il ömür yaşamış tanınmış xeyriyyəçi, texniki elmlər namizədi Lətif Hacı Frunze oğlu Əsədovun həyat və fəaliyyətinə həsr olunub. Kitabda Lətif Əsədov haqqında xalq artisti Teymur Mustafayev, elm adamlarından — Ziyad Abbasov, Yusif Aslanov, Qələndər Canbaxışov, Ələmdar Cəfərov, İlham Mirzəyev, qələm sahiblərindən — Sərraf Şiruyə, Mübariz Əliyev, Tacir Səmimi, Zakir Şəhriyaz, Aşıq Ədalət Dəlidağlı, Qılman İman, Sənubər Fəziqızı, dostlarından Murad Muradov, Bakir Əzizov, Ələddin Əliyev, Cəsarət Əhmədov və digərlərinin xatirələri öz əksini tapmışdır. Kitabda Lətif Əsədova ithaf edilmiş və 2008-ci ildə işıq üzü görən Sərraf Şiruyənin “Göyçədən gələn səslər” adlı irihəcmli poeması da oxuculara təqdim olunur. == Mənbə == Araz Yaquboğlu, "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. – 400 səhifə.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2008 ••• 0.24
2010 •• 0.09
2011 ••••• 0.43
2012 ••• 0.26
2013 •••••••••••••••••••• 1.75
2014 •••••••• 0.69
2015 ••••••••••••••••••• 1.70
2016 •••• 0.35
2017 •••• 0.33
2018 •• 0.15
2019 •••••••••••••••••••• 1.81
2020 ••••••••••• 0.93

bitmə sözünün leksik mənası və izahı

bitmə sözünün sinonimləri (yaxın mənalı sözlər)

bitmə sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. от глаг. bitmək 1. произрастание. Bitmə xarakteri бот. характер произрастания 2 сущ. от глаг. bitmək 2

    Azərbaycanca-rusca lüğət / bitmə

"bitmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bitmə nədir? #bitmə sözünün mənası #bitmə nə deməkdir? #bitmə sözünün izahı #bitmə sözünün yazılışı #bitmə necə yazılır? #bitmə sözünün düzgün yazılışı #bitmə leksik mənası #bitmə sözünün sinonimi #bitmə sözünün yaxın mənalı sözlər #bitmə sözünün əks mənası #bitmə sözünün etimologiyası #bitmə sözünün orfoqrafiyası #bitmə rusca #bitmə inglisça #bitmə fransızca #bitmə sözünün istifadəsi #sözlük