biznesmen sözü azərbaycan dilində

biznesmen

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biznesmen • 89.6659%
  • Biznesmen • 9.9456%
  • BİZNESMEN • 0.3885%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biznesmen
Sahibkar — xidmət, ticarət və ya istehsal şəklində qazanc əldə etmək məqsədi ilə bir iş sahibi olan şəxs. Sahibkar mənfəət əldə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürüb, bütün gücünü sərf etməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. == Sahibkarlıq fəaliyyəti == Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Artıq bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, habelə xeyriyyəçi missionerlər belə sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin də hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır. Sahibkarlığın inkişafı hazırda yüksək bir mərhələyə gəlib çıxmışdır. İndi sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır. XVIəsrin ortalarından etibarən səhm kapitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı. İlk səhmdar şirkəti beynəlxalq ticarətsferasında yaradılmışdı.
Biznesmen (film, 1989)
Biznesmen qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Ay-Al" Müstəqil Studiyasında istehsal edilmişdir. == Məzmun == Film varlanmış şəxsin həqiqət axtarışı yolunda müxtəlif dinləri qəbul etməsi və bunun nəticəsində mənəvi təcavüzə məruz qalması haqqında söhbət açır.Film SSRİ-də ilk rəsmi milyonçu olan Cənnət Əliyev haqqındadır. Filmdəki kadrların hamısı realdır. Rejissor filmin qəhrəmanını 1985-1989-cu illər ərzində müşahidə etmiş və hadisələri kinolentə köçürmüşdür. Film boyu Cənnət Əliyev öz tərcümeyi-halını müxtəlif məkanlarda nəql edir.
Ceyhun Abbasov (biznesmen)
Ceyhun Həsən oğlu Abbasov (4 iyul 1972, Naxçıvan) — "Avrora Qrup" unun prezidenti , Ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. == Həyat və fəaliyyəti == 1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. == Ailə vəziyyəti == Ailəlidir, iki övladı var. == Biznes fəaliyyəti == Avrora Qrup"un əsas istehsal xətləri Abşeron yarımadasında – Hökməli Sənaye Mərkəzində yerləşir.
Murad Məmmədov (biznesmen)
Murad Məmmədov (tam adı: Murad İzi oğlu Məmmədov; 22 fevral 1951, Qaryagin – 2018, Novxanı, Abşeron rayonu) — Azərbaycan biznesmeni, Sevimli Dad "M&T ltd" şirkətinin təsisçisi və səhmdarı. "Made in Azerbaijan" markasının qida sənayesi üzrə ən yüksək ixtisaslı mütəxəssislərindən biri kimi tanınmışdır. == Həyatı == Murad Məmmədov 22 fevral 1951-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində dünyaya gəlmişdir. 1968-ci ildə kənd orta məktəbini, 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1973-cü ildə əskəri xidməti başa vurduqdan sonra Keşlə Ət Kombinatında əmək fəaliyyətinə başlamış və 1988-ci ilədək həmin kombinatda çalışmışdı. 1978–1983-cü illərdə Stavropol Politexnik İnstitutunda "Ət və ət məhsullarının texnologiyası" ixtisası üzrə ali təhsil almışdır. 1988-ci ildə Xırdalan Ət Kombinatında fəaliyyətə başlamış, 1993-cü ilədək orada sex rəisi vəzifəsində çalışmışdır. 1993-cü ilə yaxın dostu Hacı Turqayla birlikdə "M&T" MMC adlı müəssisə yaratmış və 9 iyul 2018-ci ilədək həmin müəssisədə direktor vəzifəsində çalışmışdır. Bu illər ərzində o, Azərbaycanda ət və ət məhsulları sahəsində yüksək ixtisaslı, bacarıqlı bir mütəxəssis kimi tanınmışdır. == Nəsil şəcərəsi == İnqilabçı Məmmədqulu Məmmədovun qardaşı oğludur.Murad Məmmədovun İki qızı (Fatma, Nigar) və iki nəvəsi (Murad, Elif) var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.08 dəfə / 1 mln.
2003 ••••• 4.33
2004 ••••••• 6.06
2005 ••••••••• 7.42
2006 •••••••• 6.98
2007 •••••••• 6.77
2008 •••• 3.41
2009 •••••• 5.44
2010 ••••••• 5.54
2011 ••••• 4.55
2012 ••••• 3.96
2013 •••••••••••••••••••• 18.23
2014 ••••••••••• 9.44
2015 •••• 2.89
2016 ••• 2.43
2017 ••••• 3.74
2018 ••• 2.10
2019 •• 0.97
2020 •• 1.06

biznesmen sözünün sinonimləri (yaxın mənalı sözlər)

biznesmen sözünün rus dilinə tərcüməsi

biznesmen sözünün inglis dilinə tərcüməsi

biznesmen sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#biznesmen nədir? #biznesmen sözünün mənası #biznesmen nə deməkdir? #biznesmen sözünün izahı #biznesmen sözünün yazılışı #biznesmen necə yazılır? #biznesmen sözünün düzgün yazılışı #biznesmen leksik mənası #biznesmen sözünün sinonimi #biznesmen sözünün yaxın mənalı sözlər #biznesmen sözünün əks mənası #biznesmen sözünün etimologiyası #biznesmen sözünün orfoqrafiyası #biznesmen rusca #biznesmen inglisça #biznesmen fransızca #biznesmen sözünün istifadəsi #sözlük