Blaje sözü azərbaycan dilində

Blaje

Yazılış

  • Blaje • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Roko Blajeviç
Roko Blajeviç (xorv. Roko Blažević; 10 mart 2000, Split) — Xorvatiya müğənnisi. O, Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazandıqdan sonra Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. Rokonun müsabiqədə ifa etdiyi mahnı "The Dream" adlanır. == Həyatı == Roko Blajeviç 2000-ci ildə Xorvatiyanın Split şəhərində anadan olmuşdur. Onun anası Mariya Saratliya-Blajeviç də Roko kimi müğənnidir. Atası isə Rokodan fərqli olaraq klapa tərzinə üstünlük verən ifaçıdır. Onun qardaşı da gitara ifa edir. === Musiqi karyerası === 2017-ci ilin iyul ayında Roko Serbiyanın Pinkove Zvezdice musiqi yarışmasında qələbə qazanmışdır. 2018-ci ilin dekabr ayında isə ifaçı Xorvatiyanın Zvijezde yarışmasında ikinci yerə layiq görülmüşdür.
The Dream (Roko Blajeviç mahnısı)
The Dream (azərb. Yuxu‎) — Xorvatiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Roko Blajeviç "The Dream" mahnısı ilə Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazanaraq Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil edən Jak Hudek tərəfindən bəstələnmişdir. Mahnının sözləri Andrea Çuriç və Avroviziya 2014-də Avstriyanın, Avroviziya 2015-də isə Serbiya və Sloveniyanın mahnılarını yazan Çarli Meysona aiddir.
Vasili Blajennı kilsəsi
Qalayanı xəndək kənarında yerləşən Müqəddəs Tanrı anasının şəfaəti kafedralı və yaxud Vasili Blajennı kilsəsi (rus. Собор Покрова Пресвятой Богородицы, что на Рву; Собор Василия Блаженного) — Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir. Böyük İvan Zəng Qülləsi inşa edilənə kimi Moskvanın ən hündür tikilisi olan kilsə, həm də dünyanın ən məşhur memarlıq abidələrindən biridir.İlkin taxta kilsə Müqəddəs Üçlüyə həsr edildiyindən, hazırkı bina XVII əsrə kimi adətən Müqəddəs Üçlük kilsəsi adlandırılırdı; o, həm də "Yerusəlim kilsəsi" kimi tanınmışdır ki, bu da, kapellalardan birinin ithafı, həmçinin, Moskva və bütün Rusiya patriarxının Palm bazar günü Uspenskiy kafedralından bu kilsəyə "təmtəraqlı keçidlə" gəlməsi ilə əlaqədardır.Binanın tonqal alovu kimi səmaya yüksələn quruluşunun Rusiya memarlığında analoqu yoxdur. Dmitri Şvidkovski özünün “Rusiya memarlığı və Qərb” adlı əsərində qeyd edir: Kafedral XVII əsr Rusiya milli memarlığının zirvəsi hesab olunur.SSRİ-də keçirilən dövlət ateizmi siyasətinin tərkib hissəsi kimi kilsə Rusiya Ortodoks cəmiyyətindən alınmış və 1928-ci ildən Dövlət Tarix Muzeyinin tabeliyinə verilmişdir. 1929-cu ildə sekulyarizasiyası tamamilə başa çatmış bina Rusiya Federasiyasının federal mülkiyyətində qalmaqdadır. 1990-cı ildən etibarən kilsə Moskva Kremli və Qırmızı meydanın tərkib hissəsi kimi UNESCO Ümumdünya irsi siyahısına salınmışdır. Qırmızı meydanda mövqeyi və Kremlə yaxın yerləşməsinə görə kilsə bəzən səhvən Moskva Kremlinin tərkib hissəsi kimi qəbul edilir. == Status == Hal-hazırda "Şəfaət kafedralı" — Dövlət tarix muzeyinin filialıdır. Bina Rusiyada UNESCO-nun Ümumdünya Mədəniyyət Mirasları Siyahısına daxildir. Şəfaət kafedralı — Rusiyanın ən tanınan görməli yerlərindən biridir.

Oxşar sözlər

#blaje nədir? #blaje sözünün mənası #blaje nə deməkdir? #blaje sözünün izahı #blaje sözünün yazılışı #blaje necə yazılır? #blaje sözünün düzgün yazılışı #blaje leksik mənası #blaje sözünün sinonimi #blaje sözünün yaxın mənalı sözlər #blaje sözünün əks mənası #blaje sözünün etimologiyası #blaje sözünün orfoqrafiyası #blaje rusca #blaje inglisça #blaje fransızca #blaje sözünün istifadəsi #sözlük