blanş sözü azərbaycan dilində

blanş

Yazılış

  • blanş • 66.6667%
  • Blanş • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Blanş (müğənni)
Elli Delvo (fr. Ellie Delvaux; d. 10 iyun 1999, Brüssel, Belçika) və ya səhnə adı ilə Blanş (fr. Blanche) — Belçika müğənnisi və bəstəkarı. O, Belçikanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Elli Delvo 10 iyun 1999-cu ildə Belçikanın paytaxt şəhəri olan Brüsseldə anadan olmuşdur. Elli milliyətcə yəhudidir və fransız, idiş, ivrit və ingilis dillərində sərbəst danışa bilir. O kiçik yaşlarında musiqi ilə maraqlanmış və daha sonra musiqili teatrlarda keçirilən dərslərdə iştirak etmişdir. Elli 16 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir. == Musiqi karyerası == === 2016: The Voice Belgique === 2016-cı ilin yanvar ayında Blanş Belçikanın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir.
Blanş Monye
Blanş Monye (fr. La Séquestrée de Poitiers; 1 mart 1849, Puatye, Vyenna – 13 oktyabr 1913, Blua, Luar və Şer) — Fransanın Puatye şəhərində anası tərəfindən yaşadığı evin kiçik bir otağında 25 il saxlanılmış fransız qadın. Monye 25 il ərzində günəş işığı düşməyən otaqda tək saxlanılmışdır. == Həyatı == Blanş Monye 1849-cu ildə Fransada anadan olmuşdur. 1876-cı ildə Monye Fransa cəmiyyətinə yeni-yeni addımlarını atan gənc xanım kimi tanınırdı. Gənclik illərində özündən yaşça böyük hüquqşünasla münasibət qurması anası tərəfindən xoş qarşılanmamışdır. Anası öz işində uğursuz olan və yaşça böyük bir şəxslə qızının görüşməsini və ailə həyatı qurmasını arzulamırdı. Hadisələr bir gün Monyenin qəfildən yoxa çıxması ilə nəticələnir. Yaxınları və qızı tanıyanlar Monyenin mistik şəkildə itməsinə təəccüblənirlər. Anası və qardaşı gənc qızın yasını saxlayaraq baş vermiş hadisəyə heç bir izah gətirə bilmir.
Lankasterli Blanş
Lankasterli Blanş (ing. Blanche of Lancaster) (d. 25 mart 1342 – ö. 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Həyatı == == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76.
Savoyyalı Blanş
Savoyyalı Blanş (it. Bianca di Savoia) (1472, Kazale-Monferrato[d], Pyemont – 30 mart 1519, Turin) — Savoyya hersoqu I Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Montferat markizi VIII Uilyam, anası isə Milan hersoqu I Françesko Sforzanın qızı Elizabet Sforzadır. 1 aprel 1485-ci ildə Savoyya hersoqu I Çarlzla evləndirildi və bu nikahdan 2 övladı dünyaya gəldi. Ərinin 1490-cı ildə ölümü və 1 yaşlı oğlunun hersoq elan edilməsinin ardından Blanş taxt naibi təyin edildi. Naibliyi dövründə Fransa ilə dost münasibətlər saxlanıldı. Hətta Fransa kralı VIII Çarlza və ordusuna İtaliyanı və Neapolu işğal etdiyi səfəri əsnasında hersoqluğun ərazisindən keçməyə icazə verildi. Ancaq oğlunun 6 yaşında ikən yatağından düşərək ölməsi nəticəsində taxt boş qaldı. Səltənət ərinin əmisi olan Savoyyalı Filippin əlinə keçdi. Ancaq II Filipp taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti mərhum hersoq I Çarlz və Blanşın 9 yaşlı qızı Yolanda ilə evləndirdi.
Blanş (Orlean hersoqinası)
Orleanlı Blanş (fr. Blanche d'Orléans; 1 aprel 1328 – 8 fevral 1393, Vensen) — Fransa kralı IV Çarlzın qızı, ilk Orlean hersoqinası. Eyni zamanda o, Kapetinqlər sülaləsinin son nümayəndəsidir. Blanş, Fransa kralı IV Çarlzın yetkinlik yaşına çatan yeganə qızı və varisi olaraq 1328-ci ildə dünyaya gəldi. Ancaq dünyaya gələndə artıq atası vəfat etmiş, səltənət parçalanmışdı. Belə ki, Navarra taxt-tacına əmisi X Lüdovikin qızı Janna, Fransa taxt-tacına isə atasının əmisi oğlu Valualı Filipp sahiblənmişdi. Beləcə, Kapetinqlər sülaləsinin kişi şəcərəsi sonlanmış, Fransa taxt-tacı onun alt-qolu olan Valua sülaləsinin əlinə keçmişdi. Ancaq Valua sülaləsinin hakimiyyətə gəlməsi bəzi yerli əsilzadələri narazı salmışdı. Bu səbəblə, mərhum kralın yeganə varisi olan qızı Blanşın evliliyi mühüm məsələ idi. Yeni kral VI Filipp 8 yanvar 1345-ci ildə onu öz kiçik oğlu Orlean hersoqu Filipplə evləndirdi.
Burqundiyalı Blanş (Fransa kraliçası)
Burqundiyalı Blanş (fr. Blanche de Bourgogne; təq. 1296, bilinmir – 29 aprel 1326, bilinmir) — Fransa kralı IV Çarlzın ilk xanımı, Fransa və Navarra kraliçası.Atası Burqundiya qrafı IV Otto, anası isə Artes qrafinyası Matildadır. 1307-ci ildə böyük bacısı Janna Fransa kralı IV Filippin böyük oğlu Lüdoviklə evləndirilmişdi. Bu əlaqələri gücləndirmək məqsədilə cəmi bir il sonra - 1308-ci ilin yanvarında Blanş kralın digər oğlu Çarlzla evləndirildi. Cütlüyün 2 övladı dünyaya gəlsə də, bu uşaqlar bir yaşlarında vəfat etdilər. Ancaq 1314-cü ildə Blanş və bacısı Janna, eləcə də kralın digər gəlini Marqarita haqqında skandal şayələr gəzməyə başladı. Tarixə Nesl skandalı olaraq düşən bu hadisənin ardından təqsirli görülən gəlinlər dərhal həbs edildi. Bacısı Jannanın günahsızlığı isbatlansa da, Blanş və Marqarita təqsirli görüldülər və saçları kəsilərək Normandiyadakı Qaylard qalasına ömürboyu həbs edildilər. 3 yanvar 1322-ci ildə IV Çarlzın taxta çıxmasıyla Blanş Fransa və Navarra kraliçası oldu.
Fransalı Blanş (Avstriya hersoqinası)
Fransalı Blanş (fr. Blanche de France; 1278, Paris – 1 mart 1305, Vyana) — Avstriya hersoqu və Bohemiya kralı I Rudolfun xanımı, Avstriya hersoqinası. == Həyatı == Blanş 1278-ci ildə Parisdə dünyaya gəldi. Atası Fransa kralı III Filipp, anası isə onun ikinci xanımı Brabantlı Mariyadır. Dörd uğursuz nişanlılığın ardından Blanş nəhayət beşinci nişanlısı ilə ailə həyatı qurdu. Onun ilk nişanı 1290-cı ilin sentyabrında Namur markizi I Conla baş tutsa da, qısa zaman sonra bu nişan pozuldu. Onun ikinci nişanlısı isə İngiltərə taxtının varisi Eduard oldu. 31 iyul 1291-ci ildə bağlanan sülh ilə cütlüyün nişanlanması qərarlaşdırılsa da, çox keçmədən varisin anası vəfat etdi. Dul qalan İngiltərə kralı I Eduard isə özünə yeni xanım axtarmağa başladı və oğlunun nişan mərasimini müvəqqəti olaraq təxirə saldı. Növbəti 2 il ərzində Blanş artıq yetkinlik yaşına çatmışdı ancaq I Eduard hələ də özünə uyğun bir xanım tapa bilməmişdi.
Fransalı Blanş (Kastiliya infantası)
Fransalı Blanş (fr. Blanche de France; isp. Blanca de Francia; 1253[…] – 1320, Paris) — Fransa kralı IX Lüdovikin qızı, Kastiliya infantası. == Həyatı == Blanş 1253-cü ildə Təl-Əviv yaxınlığında dünyaya gəlib. Atası Fransa kralı IX Lüdovik, anası isə onun xanımı Provanslı Marqaritadır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1269-cu ilin noyabrında Kastiliya kralı X Alfonsonun böyük oğlu və Kastiliya infantı Ferdinand de la Cerda ilə evləndirildi. Cütlüyün bu evlilikdən 2 oğlu dünyaya gəlsə də, çox keçmədən İnfant Ferdinand 1275-ci ildə vəfat etdi. Ənənəyə görə, kralın böyük oğlu vəfat etsə, ondan sonrakı qardaşı deyil, vəfat edən varisin böyük oğul övladı varis elan edilməli idi. Ancaq kralın ikinci oğlu Sanço 1284-cü ildə atasının vəfatı ilə taxtı ələ keçirdi.
Navarralı Blanş (Fransa kraliçası)
Navarralı Blanş (fr. Blanche de Navarre; 1331[…] – 5 oktyabr 1398) — Fransa kralı VI Filippin ikinci xanımı, Fransa kraliçası.Blanş 1331-ci ildə Navarra kralı III Filipp və xanımı II Jannanın üçüncü qızı olaraq dünyaya gəldi. Həm ata, həm də ana şəcərəsi Kapetinqlər sülaləsinə əsaslanırdı. Dövrünün mühüm siyasi şəxsləriylə bir neçə dəfə nişanlansa da, bunlardan heç biri uğurlu olmadı. Nəhayət, 29 yanvar 1350-ci ildə o, Fransa kralı VI Filipplə evləndirildi. Əslində Blanşın kralın oğlu və varisi Conla evlənməsi müzakirə edilsə də, 19 yaşlı qızcığaz özündən 38 yaş böyük olan Fransa kralıyla evləndirildi. Ancaq mərasimdən bir neçə ay sonra yaşlı kral vəfat etdi və o əsnada hamilə olan Blanş dul qaldı. 1351-ci ilin mayında bir qız uşağı dünyaya gətirən Blanş bir daha evlənmədi. Yeganə qızı olan Jannanı Araqon kralı IV Pyotrun oğlu Conla nişanlasa da, qızı toy mərasimindən öncə vəfat etdi. Navarralı Blanş 5 oktyabr 1398-ci ildə vəfat etdi.
Keyt Blanşet
Katerin Eliz "Keyt" Blanşett (ing. Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır. == Həyatı və karyerası == Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir.
Keyt Blanşett
Katerin Eliz "Keyt" Blanşett (ing. Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır. == Həyatı və karyerası == Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir.
Şarl Emil Blanşar
Şarl Emil Blanşar (fr. Charles Émile Blanchard; 7 mart 1819, Paris – 11 fevral 1900, Paris) — Fransa zooloqu və entomoloqu. == Əsərləri == Histoire naturelle des insectes orthoptères, neuroptères, etc. (1840) Histoire des insectes (1845) L’organisation du règne animal (38 Aufsätze, 1851—1864) Zoologie agricole (1854—1856) Diese Arbeit ist bemerkenswert, da sie sehr präzise die Schädlinge darstellt. Das Werk wurde durch seinen Vater bebildert.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2010 •••••••• 0.18
2011 •••• 0.09
2012 •••• 0.09
2013 •••••••••••• 0.29
2014 •••••••••••••••••••• 0.51
2016 ••••••• 0.17
2018 •••••• 0.15
2019 ••••••••••• 0.28
2020 •••••• 0.13

Oxşar sözlər

#blanş nədir? #blanş sözünün mənası #blanş nə deməkdir? #blanş sözünün izahı #blanş sözünün yazılışı #blanş necə yazılır? #blanş sözünün düzgün yazılışı #blanş leksik mənası #blanş sözünün sinonimi #blanş sözünün yaxın mənalı sözlər #blanş sözünün əks mənası #blanş sözünün etimologiyası #blanş sözünün orfoqrafiyası #blanş rusca #blanş inglisça #blanş fransızca #blanş sözünün istifadəsi #sözlük