Blou sözü azərbaycan dilində

Blou

Yazılış

  • Blou • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bloupayp
Bloupayp (ingil.Blowpipe [’bləʋpaɪp]) — rəqibin alçaqdan uçan təyyarə və helikopterlərini vurmaq üçün nəzərdə tutulan, Britaniya istehsalı daşınan zenit-raket kompleksi. “Blowpipe” (Dudka - Rusiyada, Belarusda və Ukraynada fleyta ailəsinə məxsus xalq nəfəsli alətlərin ümumi adıdır) - İngiltərənin universal daşınan zenit raket kompleksidir (DZRK), əsasən aşağıdan uçan təyyarə və helikopterləri məhv etmək üçün nəzərdə tutulur. 1972-ci ildə silahlanmaya qəbul edilib. Böyük Britaniyada bu kompleks 1985-ci ilə qədər istismar edilib. 1960-cı illərdə hazırlanan Sovet və ABŞ istehsalı olan DZRK-lardan fərqli olaraq, Britaniya portativ kompleksləri düşmənin zirehsiz və yüngül zirehli texnikalarını, həmçinin müxtəlif üzmə vasitələrini məhv etmək üçün də istifadə edilə edilib. “Blowpipe” kompleksi 3.5 kilometr məsafədə və 2.5 kilometr yüksəklikdə hava hədəflərini, 3.5 kilometr məsafədə isə yerüstü hədəfləri məhv edə bilir. Böyük Britaniyada daşınan silahlar üçün orijinal portativ modellə yanaşı, gəmilərə, pikaplara, zirehli vasitələrə və sualtı gəmilərə yerləşdirilmək üçün nəzərdə tutulan müxtəlif modellər hazırlanıb. Böyük Britaniyada toplam 34000-dən çox “Blowpipe” DZRK istehsal edilib. Britaniya ordusundan başqa kompleks Kanada, Əfqanıstan, Argentina, Malayziya, Çili, Ekvador və digər ölkələrin ordularının silahlanmasında da istifadə edilib. “Blowpipe” portativ raket kompleksi “Shorts Missile Systems” (Belfast, Şimali İrlandiya) tərəfindən hazırlanıb.

Oxşar sözlər

#blou nədir? #blou sözünün mənası #blou nə deməkdir? #blou sözünün izahı #blou sözünün yazılışı #blou necə yazılır? #blou sözünün düzgün yazılışı #blou leksik mənası #blou sözünün sinonimi #blou sözünün yaxın mənalı sözlər #blou sözünün əks mənası #blou sözünün etimologiyası #blou sözünün orfoqrafiyası #blou rusca #blou inglisça #blou fransızca #blou sözünün istifadəsi #sözlük