Boinq
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir.
NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir.
== Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri ==
14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.