bolqarlar sözü azərbaycan dilində

bolqarlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bolqarlar • 79.4118%
  • Bolqarlar • 20.5882%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bolqarlar
Bolqarlar (bolq. българи) — Avropada xalq. Cənubi Slavyan xalqlarından və Bolqarıstanın əsas əhalisi.
Serbiyada bolqarlar
Serbiyada bolqarlar — rəsmi olaraq tanınan milli azlıq statusuna malikdirlər. 2011-ci ildə ölkədəki bolqarların sayı 18 543 nəfərə çatırdı. Əksəriyyəti Bosileqrad və Dimitrovqrad şəhərlərində yaşayır. == Demoqrafik məlumatlar == Bolqarlar 1948-ci ildən bəri Yuqoslaviyada və Serbiyada siyahıyaalmada qeyd olunur. 1948: 59 472 1953: 60 146 (bolqar dilini ana dili hesab edənlər: 59 166) 1961: 58 494 1971: 53 800 (bolqar dilini ana dili hesab edənlər: 49 942) 1981: 33,455 (bolqar dilini ana dili hesab edənlər: 35,269) 1991: 26,698 (bolqar dilini ana dili hesab edənlər: 25 408) 2002: 20,497 (bolqar dilini ana dili hesab edənlər: 16 459) 2011: 18 543 (bolqar dilini ana dili hesab edənlər: 13 337)2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada bolqarlar ölkənin cənub-şərqindəki Bosileqrad və Dimitrovqrad şəhərlərində məskunlaşmışlar. Burada 18.543 etnik bolqar yaşayırdı: 5.839 Bosileqradda (ümumi əhalinin 71,9%), 5 413 bolqar isə Dimitrovqradda yaşayır (əhalinin 53,5%). Bolqarlar pravoslavlığı məzhəbində ediqad edir. Bosileqrad və Dimitrovqradın yerləşdiyi dağlıq bölgələrdə demək olar ki, müsəlman yoxdur. Bolqar keşişlərinin sayının az olması səbəbindən bolqarların bəziləri Serb Pravoslav Kilsəsinə gedir. Həm Bosileqrad və Dimitrovqrad şəhərlərində kilsələr var.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Banat bolqarları
Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir. == Həyat və mədəniyyət == Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar. Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır.
Qazaxıstan bolqarları
Qazaxıstan bolqarları (bolq. Българи в Казахстан, qaz. Қазақстандағы болгарлар) — Qazaxıstan ərazisində yaşıyan çox saylı milli azlıqlardan biri. 1999-cu il siyahıyaalınmasına əsasən Qazaxıstanda 6 915 nəfər özünü bolqar hesab edir. == Tarixi == 1907-ci ildə Qazaxıstanda ilk bolqar köçkünləri meydana gəlir. Onlar Pavlodar vilayətində Razdumovka və Andrianovka, Aqtöbe vilayətində isə Bolqarka kəndlərini qururlar. İkinci Dünya müharibəsi dövründə Bolqarıstan sakinlərinin ikinci dalğası Qazaxıstana gəlir. Bolqarlar Qazaxıstanın hər yerində məskunlaşmışlar, lakin Aktöbe və Pavlodar vilayətində onların payı respublika üzrə orta göstəricidən yüksəkdir. Bolqarıstanın Qazaxıstandakı səfirliyi ilə əlaqəsi olan Qazaxıstanda Bolqarıstan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bolqar diasporunun yaranmasının yüz illiyi ilə Bolqarka kəndində yeni bir məktəb açılır.
İdil Bolqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2003 ••••• 0.39
2004 •••••••••••••••••••• 1.68
2006 ••• 0.23
2007 •••••• 0.42
2008 ••• 0.24
2009 •••••••••••• 0.96
2010 ••• 0.18
2011 ••••• 0.34
2012 •••• 0.26
2013 •••••• 0.44
2014 ••••• 0.34
2016 ••••••••• 0.69
2017 •• 0.16
2019 ••••••• 0.56

"bolqarlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bolqarlar nədir? #bolqarlar sözünün mənası #bolqarlar nə deməkdir? #bolqarlar sözünün izahı #bolqarlar sözünün yazılışı #bolqarlar necə yazılır? #bolqarlar sözünün düzgün yazılışı #bolqarlar leksik mənası #bolqarlar sözünün sinonimi #bolqarlar sözünün yaxın mənalı sözlər #bolqarlar sözünün əks mənası #bolqarlar sözünün etimologiyası #bolqarlar sözünün orfoqrafiyası #bolqarlar rusca #bolqarlar inglisça #bolqarlar fransızca #bolqarlar sözünün istifadəsi #sözlük