bolşevizm sözü azərbaycan dilində

bolşevizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bolşevizm • 92.0635%
  • Bolşevizm • 7.9365%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bolşevizm
Bolşevizm — "əksəriyyətdən yana" mənasını verən rusca siyasi termini ifadə edən siyasi ideologiya. 1903-cü ildə təşkil edilən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının İkinci Konqresində Vladimir Lenin və Yuli Martov arasında yeni qurulmaqda olan partiyanın üzvlük tərifi üzərində başlayan fikir ayrılığı nəticəsində fraksiyalara bölünmədən sonra tərəflərdən Lenin tərəfdarı qrup. Qurultayda Lenin tərəfdarları çox olduğu üçün rusca əksəriyyət mənasını verən "Bolşevik" olaraq, azlıqdakı Martov tərəfdarları isə "Menşevik" olaraq adlandırıldı. Qurultaydan sonra iki fraksya arasında birləşmə cəhdləri olsa da birləşmə reallaşmadı və 1912-ci ildə qəti ayrı-seçkilik yaşandı. Bolşeviklər Oktyabr inqilabı ilə iqtidarı ələ aldılar və SSRİ-ni təsis etdilər. == Haqqında == Bolşeviklər, kütləvi fəhlə inqilabında çar rejimini devirəcək mərkəzləşmiş və intizamlı bir partiya təşkil etməyə çalışdılar. Bolşeviklər, rus fəhlələrini üsyana apara biləcək kütləvi və sinfi öncüllü mübariz fəhlələr partiyası yaratmağa çalışdılar. Bolşevik partiyası lider partiya olmasa da, demokratik mərkəzçilik çərçivəsində mərkəzi komitədə təcəssüm olunan partiya rəhbərliyi ilə sıx əlaqədə idi. Menşeviklər tərəfindən tətbiq olunan partiya üzvlüyü daha çevik idi və digər siyasi partiyalarla daha asan əməkdaşlıq edirdilər. Bolşeviklər isə liberal partiyalarla əməkdaşlıq etmir, əksinə digər sosialist partiyalarla müəyyən ittifaqlara girdi.
Mədəni bolşevizm
Kulturbolşevizm və ya mədəni bolşevizm (alm. Kulturbolschewismus‎) — alman mədəniyyətində alman milli ruhuna zərərli və nasional sosializm ideologiyasına uyğun olaraq alman dövlətinə düşmən hesab edilən cərəyanları bolşevizmin və Oktyabr inqilabının təxribatçı təsiri ilə əlaqələndirən termin. == Mənşəyi və əhatə dairəsi == 1920-ci illərdə Almaniyanın sağçı burjua dairələrində yaranmış və 1929-cu ildə dünya iqtisadi böhranının başlaması ilə alman cəmiyyətində geniş yayılmışdır. Bu, nasistlər tərəfindən 1933-cü ildən hakimiyyətə gəldikdən sonra bədii avanqard və modernizmi yatırmaq, sonradan bu cür sənətkarları təqib etmək üçün fəal şəkildə istifadə olunmuşdur. "Baubolschewismus" (tikintidə bolşevizm), "Kunstbolschewismus" (incəsənətdə bolşevizm) terminləri də istifadə edilmişdir. Təsviri incəsənətdə bunun sinonimi "Entartete Kunst" (degeneratuv incəsənət), musiqidə isə "Entartete Musik" (degenerativ musiqi) termini idi. 1930–1950-ci illərdə SSRİ-də, daha sonra isə 1950-ci illərdə müharibədən sonra formalaşmış sosialist ölkələrində oxşar rolu " burjua formalizmi" termini oynamışdır. == İstinadlar == == Ədəbiyyat == Castoriadis, C., Crossroads in the Labyrinth, Harvester Press, 1984, ISBN 978-0-85527-538-9 Williams, R. C. Chapter 5: Bolshevism in the West: From Leninist Totalitarians to Cultural Revolutionaries // Russia Imagined: Art, Culture and National Identity, 1840-1995. Peter Lang. 1997.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 0.39
2006 •••••••••• 0.23
2007 ••••••••••••••••••• 0.42
2010 •••••••••••••••••••• 0.45
2011 ••••••••••••••••••• 0.43
2012 •••• 0.09
2014 •••••••• 0.17
2015 ••••••••••••••• 0.34
2018 •••••••••••••• 0.30
2020 •••••••••••• 0.27

bolşevizm sözünün leksik mənası və izahı

  • 1 [rus.] V.İ.Lenin tərəfindən hazırlanaraq rus və beynəlxalq miqyasda fəhlə sinfinin mübarizəsi təcrübəsinə əsaslanan proletar inqilabı hərəkatı haqqında nəzəriyyə və taktika.

    Azərbaycan dilinin izahlı lüğəti / bolşevizm

bolşevizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. истор. большевизм (крайне радикальное течение политической теории и практики, возникшее в начале XX в. в России; сверг законную власть и установил диктатуру в 1917 г.)

    Azərbaycanca-rusca lüğət / bolşevizm

bolşevizm sözünün inglis dilinə tərcüməsi

bolşevizm sözünün fransız dilinə tərcüməsi

bolşevizm sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#bolşevizm nədir? #bolşevizm sözünün mənası #bolşevizm nə deməkdir? #bolşevizm sözünün izahı #bolşevizm sözünün yazılışı #bolşevizm necə yazılır? #bolşevizm sözünün düzgün yazılışı #bolşevizm leksik mənası #bolşevizm sözünün sinonimi #bolşevizm sözünün yaxın mənalı sözlər #bolşevizm sözünün əks mənası #bolşevizm sözünün etimologiyası #bolşevizm sözünün orfoqrafiyası #bolşevizm rusca #bolşevizm inglisça #bolşevizm fransızca #bolşevizm sözünün istifadəsi #sözlük