bonapartlar sözü azərbaycan dilində

bonapartlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bonapartlar • 66.6667%
  • Bonapartlar • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bonapartlar
Bonapartlar (fr. Bonaparte, ital. uonaparte) – fransız imperatorları sülaləsi == Tarixi == Əsasını 1804–1814 və 1815-ci illərdə hakimiyyətdə olmuş I Napoleon qoymuşdur. 1852-ci ildə III Napoleon Bonapartın hakimiyyətini bərpa etmişdir. I Napoleon, Lüsyen Bonapart istisna olmaqla bütün qardaşlarını fransız ordusunun işğal etdiyi və ya fransız işğalları nəticəsində yeni yaranmış dövlətlərə başçı təyin etmişdi: Jozef Bonapart (1768–1844) Neapol kralı və İspaniya kralı; Lui Bonapart (1778–1846) Hollandiya kralı; Jerom Bonapart (1784–1860) – Vestfaliya kralı olmuşdur. I Napoleonun bacıları: Eliza (1777–1820) – Lukka və Pyombino şahzadəsi, Toskana böyük hersoginyası; Polina (1780–1825) – Quastal hersoginyası (İtaliyada) 1806 ildən; Karolina (1782–1839), marşal Müratın (1808–1815-ci illərdə Neapol kralı) arvadı. I Napoleonun Mariya Luiza ilə nikahından olan oğlu, tərəfdarlarının II Napoleon adlandırdıqları Fransua Şarl Jozef Bonapart (1811–1832) Reyxştadt hersoqu olmuş, 1814-cü ildən babası Avstriya imperatoru I Fransın sarayında yaşamışdır; siyasi rol oynamamışdır. I Napoleonun qardaşı oğlu Lui Napoleon Bonapart (1808–1873) 1848-cü ilin dekabrında Fransa respublikasının prezidenti, 1852-ci ilin dekabrında III Napoleon adı ilə Fransa imperatoru olmuşdur. 1870-ci il 4 sentyabr inqilabı nəticəsində III Napoleon taxtdan salınmış və Bonapartlar sülaləsinin hakimiyyətinə son qoyulmuşdur.

Oxşar sözlər

#bonapartlar nədir? #bonapartlar sözünün mənası #bonapartlar nə deməkdir? #bonapartlar sözünün izahı #bonapartlar sözünün yazılışı #bonapartlar necə yazılır? #bonapartlar sözünün düzgün yazılışı #bonapartlar leksik mənası #bonapartlar sözünün sinonimi #bonapartlar sözünün yaxın mənalı sözlər #bonapartlar sözünün əks mənası #bonapartlar sözünün etimologiyası #bonapartlar sözünün orfoqrafiyası #bonapartlar rusca #bonapartlar inglisça #bonapartlar fransızca #bonapartlar sözünün istifadəsi #sözlük