Boqd sözü azərbaycan dilində

Boqd

Yazılış

  • Boqd • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anatoli Boqdanov
Anatoli Boqdanov (1896 – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında xidmətçi. Anatoli Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Boqdan (Baltas)
Boqdan (rus. Богданово, başq. Боғҙан) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Boqdan kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 23 km., kənd sovetliyindən (Starotimkino): 3 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (56%) və tatarlar (44%) üstünlük təşkil edir.
Boqdan Boqdanoviç
Boqdan Boqdanoviç (18 avqust 1992, Belqrad) — hal-hazırda MBA komandalarından Sakramento Kinqzdə oynayan Serb professional basketbolçu. Həmçinin Serbiya milli basketbol komandasında da forma geyinir. Onun boyu 1.97 metrdir. 2014 MBA Seçmələrində 1. tur 27. Sıradan Foniks Sans tərəfindən seçilib. 2016–2017 Avroliqada Fənərbaxça ilə çempionluq sevinci yaşayıb. 2017-ci ilin iyulundan Sakramento Kinqzdə forma geyinməyə başlayıb. == Peşəkar karyerası == === Partizan Belqrad === Boqdanoviç ilk peşəkar müqaviləsini 18 yaşında – 2010-cu ilin sentyabrında Serb komandası Partizan BK ilə imzalayıb. 2012–2013 sezonu onun komandası ilə keçirdiyi ilk Avroliqa sezonu idi.
Boqdan Kuzmanov
Boqdan Kuzmanov (ing. Bogdan Antonov Kuzmanov; 19 aprel 1934, Sofiya, Bolqarıstan krallığı – 22 dekabr 1991, Sofiya) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boqdan Kuzmanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.Papaver degenii növünü təsnif etmişdir. == Əsərləri == Kuzmanov B., Kožuharov S., Ivanova H. Biometric studies on the genus Betula in Bulgaria // Fragmenta Floristica et Geobotanica. — 1966. — Vol. 12, № 4. — P. 329—336. Митрев А. А., Попова С. М. Атлас на лечебните растения в България / под ред. на Б. А. Кузманов.
Boqdan Kuzmenko
Boqdan Stanislavoviç Kuzmenko (rus. Богдан Станиславович Кузьменко; 21 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan "Çertanovo-2 Moskva" klubunda qapıçı kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Kuzmenko öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə "Çertanovo-2 Moskva" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Boqdan Xmelnitski
Boqdan Xmelnitski (ukr. Богдан Зиновій Михайлович Хмельницький; 27 dekabr 1595 (6 yanvar 1596) – 27 iyul (6 avqust) 1657, Çigirin) — Kazak Hetmanlığının rəhbəri. == Həyatı == Polşa tarixçisi Osip Senkovskinin "Collectanea z dziejopisów tureckich" (1824-cü il) əsərində qəribə bir qravür vardır. Qravürdə getman Boris Xmelnitski tatar xanı ilə birlikdə namaz qılır. Bu illüstrasiyanı Vasili Smirnovun "Krım xanlığının tarixi" əsərinin səhifələrində də görmək olar. Bu qəribə illüstrasiyanın öz izahı vardır. Tarixçilərə çoxdan məlumdur ki, XVII əsr türk salnaməçisi Mustafa Naimin "Hüseynin gül bağçası Şərq və Qərb hadisələri işığında" əsərində Xmelnitskinin İslamı qəbul etməsi barədə fraqment vardır. Bunun da tarixi 1648–1654-cü illər Böyük azadlıq müharibəsindən çox-çox əvvələ, XVII əsrin əvvəllərinə gedib çıxır. 1620-ci ilin oktyabrında hələ gənc olan Xmelnitski öz atası Mixail ilə birlikdə Podolda, Tsetsoroy kəndi yaxınlığında polyak-osmanlı döyüşündə iştirak etmişdi. Bu döyüşdə atasının tatarlar tərəfindən öldürülməsinin şahidi olan Boqdan qəzəblə düşmən qılınclarının üzərinə atılır və əsir düşür.
Boqdan Xmelnitski ordeni
Boqdan Xmelnitski ordeni — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni.
Boqdanoviç
Boqdanoviç — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Boqdanovka
Boqdanovka, Noraşen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Maksim Boqdanoviç
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır. == Bioqrafiya == Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.
Rifkət Boqdanov
Rifkət İbrahimoviç Boqdanov (rus. Рифка́т Ибраги́мович Богда́нов, d. 13 iyun 1950, Mamıkovo, Tatar MSSR — ö. 3 noyabr 2013, Moskva, Rusiya Federasiyası) — Tatar əsilli SSRİ və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Skobeltsyn Nüvə Fizika İnstitutunun Nüvə Reaksiyalar Şöbəsinin aparıcı tədqiqatçısı. Rifkət Boqdanov, uzun bir xəstəlikdən sonra 3 noyabr 2013 tarixində, gecə vaxtdı Moskvada vəfat etmişdir. == Elmi fəaliyyət == Boqdanovun əsas fəaliyyəti, diferensial tənliklər, qeyri-xətti dinamik sistemlər, bifurkasiya nəzəriyyəsi və diferensial geometriya sahəsində olmuşdur. == Biblioqrafiya == Версальная деформация особой точки векторного поля на плоскости в случае нулевых собственных чисел. // Тр. семинара им. И. Г. Петровского, вып.
Solomon Boqdanov
Solomon Boqdanov (1888 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü. Solomon Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Svetlana Boqdanova
Svetlana Boqdanova (d. 3 sentyabr 1976) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Boqdanova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Valeri Boqdanov
Valeri Boqdanov (tam adı: Valeri Zakiroviç Boqdanov; 24 mart 1958, Kirovabad, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur.Gəncədə 18 saylı tam orta məktəbi bitirmiş, daha sonra isə Rostov Dəmiryol İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra, bir müddət Gəncədə dəmiryolu sahəsində çalışmış, daha sonra Milli Təhlükəsizlik orqanlarında işə düzəlmişdir. Milis leytenantı idi. Ailəli olmuş, qızı Valeriya atasının ölümündən sonra, 1990-cı ilin mart ayında anadan olmuşdur. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-da səhər tezdən işə çağırılmışdır. Yanvarın 20-də səhər saat 5.30-da evə gələrək həyat yoldaşına bir azdan evə qayıdacağını, indi isə tapşırıq dalınca getdiklərini demişdir. Səhər saat 7:15 dəqiqədə kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov olan maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır.
Yakob Boqdani
Yakob Boqdani (mac. Bogdány Jakab; slovak. Jakub Bogdan; 6 may 1658, Preşov – 11 noyabr 1724, London) ― daha çox natürmort və ekzotik quş rəsmləri ilə tanınan Macarıstan və Britaniya rəssamı. == Həyatı == Boqdani Macarıstan krallığın şimalındaki Şaroş judetsin Eperyeş (indiki Slovakiyanın Preşov şəhəri) şəhərində anadan olmuşdur. O, 1684-cü ildə Amsterdama gəldi və 1688-ci ildə London şəhərinə köçənə qədər orada yaşayıb işləyirdi. O, Amsterdamda Niderlandda təhsil alan macarıstanlı həkkak və tipoqraf Mikloş Totfalusi Kis ilə tanış oldu. Londonda yaşadığı dövr ərzində o, kraliça Anna Stüartın sarayında natürmort və quş rəssamı olaraq müvəffəqiyyət qazandı və onun bir neçə əsəri Kral kolleksiyasına daxil oldu. Onun baş himayədarlarından biri Malboro hersoqunun qardaşı admiral Corc Çörçill idi, onun Böyük Vindzor parkındaki məşhur aviarisini Boqdani bəzi rəsm əsərlərinin mövzusu kimi istifadə etmişdir.Boqdani Elizabet Hemminqslə evlənmişdir və onların iki uşağı dünyaya gəlmişdir. Onlardan biri məşhur Britaniya dövlət xadimi Uilyam, digər isə rəssam Tobias Stranoverə ərə gedən Elizabet oldu. O, quş rəssamı Marmadük Kradokun yaradıcılığına təsir göstərmişdir.
İlya Boqdesko
İlya Trofimoviç Boqdesko (rus. Илья́ Трофи́мович Богде́ско) — moldav sovet qrafiki. SSRİ Rəssamlıq Akademiyasının üzvü (1975). SSRİ xalq rəssamı (1963). == Həyat və yaradıcılığı == İlya Boqdesko 20 aprel 1923-cü ildə Ukrayna SSRin Rıbnitsa şəhərinin Botuşanı kəndində anadan olub. 1951-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1953-cü ildən Moldovada işləmişdir. N.V.Qoqolun "Soroçintsı yarmarkası" (1951), A.S.Puşkinin "Qaraçılar" (1951), Fyodr Dostoyevskinin "Cinayət və cəza" (1972 əsərlərinə və moldav xalq balladası "Maoritsa"ya (1966), Migel de Servantesin "Don Kixot" əsərinə sisilə illüstrasiyalar çəkmişdir (1984—2004). Boqdesko həmçinin "Vətənim" adlı rəngli linoqravür seriyasının (1961—1963), "Ptolomey" (1969), "Söhbət" (1973) linoqravürlərinin, "Konstansa balıqçıları" (1980), "Buludlarda" (1984), "Varlı adaxlı" (1984, "Tacir" (1985) və s. rəngkarlıq əsərlərinin və monumental divar rəsmlərinin müəllifidir.
İvan Boqdanov
İvan Vasili oğlu Boqdanov (2 may 1924, Novosaratovka, Gədəbəy rayonu – 10 noyabr 2002, Aşqabad) — İşçi-kəndli Qırmızı ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı qəhrəmanı (1944). == Bioqrafiyası == İvan Boqdanov 2 may 1924-cü ildə Gədəbəy rayonu Novosaratovka kəndində kəndli ailəsində anadan olmuşdur. Natamam orta təhsil aldıqdan sonra Türkmənistan SSR-nin Aşqabad vilayətindəki kolxozda traktorçu işləmişdir. 1942-ci ildə işçi-kəndli Qırmızı Orduya hərbi xidmətə çağırılmışdır. 1943-cü ilin may ayından Böyük Vətən Müharibəsində ön cəbhədə xidmətə başlamışdır. Belorusiya SSR-nin azad olunmasında igidliyi ilə seçilmişdir. 28 iyun 1944-cü ildə döyüşdə ağır yaralanmışdır, amma döyüş ərazisini tərk etməmişdir. SSRİ Ali Sovetinin rəyasət heyətinin 18 noyabr 1944-cü il qərarına əsasən ona Sovet ittifaqı qəhrəmanı, Lenin orderni və Qızıl ulduz medalı verilmişdir. Ağır yaralandıqdan sonra Boqdanov ordudan tərxis edilmişdir. Aşqabad şəhərində yaşamışdır.
"Boqdan Xmelnitski" ordeni
Boqdan Xmelnitski ordeni — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni.

"boqd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boqd nədir? #boqd sözünün mənası #boqd nə deməkdir? #boqd sözünün izahı #boqd sözünün yazılışı #boqd necə yazılır? #boqd sözünün düzgün yazılışı #boqd leksik mənası #boqd sözünün sinonimi #boqd sözünün yaxın mənalı sözlər #boqd sözünün əks mənası #boqd sözünün etimologiyası #boqd sözünün orfoqrafiyası #boqd rusca #boqd inglisça #boqd fransızca #boqd sözünün istifadəsi #sözlük