Boqo sözü azərbaycan dilində

Boqo

Yazılış

  • Boqo • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandr Boqosyan
Aleksandr Boqosyan (erm. Ալեքսանդր Բողոսյան) - Efiopiya ermənilərindən olan rəssam və incəsənət müəllimi. Rəssamlıq və incəsənət fəaliyyət ilə əsasən Amerika Birləşmiş Ştatlarında olduğu dövrdə məşğul olmuşdur. Afrika qitəsindən çıxmış və ağ-qara mövzularda tablolar çəkmiş rəssamlar arasında ən tanınmışlardandır.
Boqomilçilik
Boqomilçilik — Balkan ölkələrində bidət hərəkatı. X əsrdə ehtimal ki, Makedoniyada yaranmışdır. Adı, hərəkatın ehtimal olunanan rəhbəri keşiş Boqomilin adından götürülmüşdür. Boqomilçilər dövlət hakimiyyətini, feodal istismarını pisləyir, xristian kilsəsini, onun dini ayinlərini rədd edirdi. Boqomilçiliyin dini –fəlsəfi təliminin əsası dünyanın ikiliyi və xeyrin şərlə daimi mübarizəsi haqqındakı təsəvvür idi. Bolqarıstan Bizansa tabe olan dövrdə (XI–XII əsrlər) boqomilçilər bolqar xalqının Bizans zülmünə qarşı qaldırdığı üsyanlarda (1040, 1072) iştirak etmişdilər. Boqomilçilik XI–XII əsrlərdə Bizansda, XII–XIII əsrlərdə Serbiya və Bosniyada yayılmışdır. Boqomilçilik XIV əsrdə təriqətə çevrilmiş və bu şəkildə XVII əsrədək mövcud olmuşdur.
Boqor
== Boqor == Boqor (İndon. Bogor) – İndoneziyanın Qərbi Yava əyalətinin Yava adasında yerləşən şəhər. Şəhərin ərazisi müstəqil inzibati vahid – bələdiyyə (kota) kimi fəaliyyət göstərir. Əhalisi 949 mindən çox (2010-cu ilin iyun ayına olan məlumat), ərazisi – 118,5 kvadrat kilometrdir. Əyalətin şimal-qərbində, ölkənin paytaxtı Cakartanın 60 kilometr cənubunda yerləşir. Mühüm iqtisadi, infrasturktur, elmi, mədəni və turistik mərkəzdir, dağ iqlimili kurort sayılır. Orta əsrlərdə Pakuan-Pacacaran adlandırılıb (indon. Pakuan Pajajaran), Sunda (indon. Kerajaan Sunda) krallığının paytaxtı olub. Holland istilası zamanı Beytenzorq (niderl.
Boqorodiçk
Boqorodiçk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Boqorodsk
Boqorodsk — Rusiya Federasiyasının Nijeqorod vilayətinin tərkinində şəhər.
Boqorodskie dağları
Boqorodskie dağları — Tatarıstanın Ust-Kmski rayonu ərazisində, Volqa çayının sağ sahilində yerləşən yüksəklik. Şimaldan Krasnovidovo, cənubdan Lobaç, şərqdən Volqa çayı, qərbdən Kramolka və Suxaya Ulema çayının vadisi ilə əhatələnir. Bəzi mənbələrdə Boqorodskie dağlarını Yurev dağları kimi qeyd edirlər. Dağlar öz adını Boqorod qəsəbəsindən almışdır. Boqorodskie dağlarında Tenişevo, Kamskoe Uste, Yşelça Antonovka adlı yaşayış məntəqələri yerləşir. Tenişevoda Avropanın ən iri gips şaxtası yerləşir. Boqorodskie dağlarında digər təbiət abidəsi olan Antonov ovraqı, həmcinin Yurevskaya mağarası, Lobaç dağı yerləşir.
Boqos silsiləsi
Boqos silsiləsi (bir sıra mənbələrdə Boqoz kimi qeyd olunur) — Dağıstan Respublikası ərazisində yerləşən dağ silsiləsi. Böyük Qafqaz sistemində Boqos dağ silsiləsinin bir hissəsidir, Baş Qafqaz silsiləsinə perpendikulyardır. == Yerləşməsi == Boqosski silsiləsi Baş Qafqaz silsiləsinin cənub-qərbindən şimal-şərqə doğru və Meçiqala dağından (hündürlüyü 3116) Xapurda aşırımına qədər uzanır. Silsilənin uzunluğu təxminən 72 km-dir.Silsilə Avar və Andi Koysusu çay hövzələrini ayırır.Boqos silsiləsi Dağıstanın altı inzibati vahidindən: Tsunta rayonu, Tlərata rayonu, Tsumada rayonu, Axvax rayonu, Şamil rayonu, Bejtin rayonlarından keçir.Boqos silsiləsinddən keçir: Xema silsiləsi (3809 m-ə qədər) və Kad (4111 m-ə qədər) - şimal-qərbdə. Cənub-şərqdə Keran silsiləsi (3375 m-ə qədər), Tlim (3769 m-ə qədər), Rosoda (3662 m-ə qədər) və Qamçıl (3573 m-ə qədər) silsilələri. == Geologiyası == Boqos massivi Böyük Qafqaz meqantiklinoriumunun şimal-şərq hissəsində yerləşir.Silsilənin strukturunda qalın gil şist və qumdaşı təbəqələri üstünlük təşkil edir.Massiv Dağıstanın əsas eninə qırılmalarından biridir. Boqos dağ silsiləsinin relyefi yamacların böyük sıldırımlığı, qayalılıqları ilə xarakterizə olunur. == Flora və faunası == Bejtinski və Kosobsko-Kelebski qoruqları Boqos silsiləsinin ərazisində yerləşir. Faunası ayı, qarapaça, Dağıstan dağ keçisi, ular, dələ kimi müxtəlif qiymətli növlərlə təmsil olunur.Veronika Borisova, əsasən xerofitik kollar, subalp və alp çəmənlikləri ilə örtülmüş Boqos silsiləsinin qayalı yamaclarında böyüyür. == Təbii abidələri == Boqos silsiləsində qorunmağa ehtiyacı olan təbiət abidələri var: Çox şaxəli Ajuçi şəlaləsi (Tindi kəndinin yaxınlığında).
Boqoslov adası
Boqoslov adası (Rusiya) — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada.
Boqoslov adası (ABŞ)
Boqoslov adası və ya Aqasaquk (aleut. Aĝasaaĝux̂, ing. Bogoslof Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ-yə satılır. Rəsmi olaraq, hazırkı ad 1881-ci ildə yerli əhalinin adaya "Sözlərin tanrısı" və ya "Tanrının sözü" dediyini öyrənərək amerikalılar tərəfindən adaya verilmişdir. Yerli əhalinin xatirələrinə görə, 1787-ci ildə rus dənizçilərinin bu adaya enərək oraya pravoslav xaçı qaldırdıqları və buna görə də ona "İlahi" adını verdikləri göstərilir. == Coğrafiya == Sahəsi ≈0,7 km² (173 akr).
Boqoslov adası (Rusiya)
Boqoslov adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Berinq dənizinə daxil olan Natali, Pyotr və Pavel buxtalarının girəcəyində, Otvesnı burnundan şərqdə yerləşir. Boqoslov adası yerli əhəmiyyətli zoioloji təbiət abidəsidir. onun ərazisində morjlara aid yataq və quş koloniyalarının yuvalama əraziləri vardır. Status 28 dekabr 1983-cü ildə Kamçatka vilayəti Xalq deputatları sovetinin qərarı ilə verilmişdir. Dağlıq ada qayalıqlardan ibarətdir. Sahilləri su üstü və su altı daşlarla doludur. Qərb sahilləri nisbətən hündürdür. Şimal-qərb sahillərində isə gili çimərlik vardır. Ərazisi ot-kol bitkiləri ilə örtülüdür.
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Boqovin gölü
Boqovin gölü (mak. Боговинско Езеро) — Rudako-Planina dağlarında yerləşən göl. Gölün yerləşdiyi ərazi öz növbəsində Şar-Planina dağ massivində qərarlaşır. Buzlaq mənşəlli göldür. Buzlaqların çəkilməsi nəticəsində formalaşmışdır. Makedoniyanın şimal-qərbində Boqovine rayonu Nivi-Selo kəndi ərazisində yerləşir. Yüksək dağ gölüdür. Bu səbəbdən ətrafında əsasən alp çəmənlikləri yayılmışdır. == Xüsusiyyətləri == Göl uzunsov formaya malikdir. Borislaves və Malaya Smreka dağları arasında yerləşir.
Ksente Boqoyev
Ksente Boqoyev (Makedon dili: Ксенте Богоев; d. 20 Noyabr 1919, Strumitsa - ö. 20 Aprel 2008, Skopye) — Yuqoslaviyalı iqtisadçı, professor və 1968-1974-cü illər aralığında Makedoniya Sosialist Respublikasının İcra Şurasının sədri. == Haqqında == Ksente Boqoyev iqtisadiyyat üzrə təhsil almışdır və doktorluq dissertasiyasını Belqradda tamamlamışdır. Skopye Universiteti İqtisad Fakültəsi dekanlığı və daha sonra eyni universitetin Rektorluq vəzifəsini icra etmişdir. 1945-1952 illəri arasında Maliyyə naziri müavini vəzifəsinin icra edən Boqoyev 1977-ci ildə Yuqoslaviya Milli Bankı başçılığı vəzifəsinə gətirilmişdir. Ayrıca 1992-1997 illəri arasında Makedoniya Elm və İncəsənət Akademiyasına rəhbərlik etmişdir.Boqoyev maliyyə, pul nəzəriyyəsi, iqtisadi siyasət kimi sahələrdə 250 elmi məqalə müəllifi olub, mövzuyla əlaqədar bir çox mükafatın da sahibi olmuşdur.
Nikita Boqoslovski
Nikita Vladimiroviç Boqoslovski (rus. Никита Владимирович Богословский; 9 (22) may 1913, Sankt-Peterburq – 4 aprel 2004, Moskva) — Sovet və Rusiya bəstəkarı, dirijor və pianoçu, SSRİ xalq artisti (1983). == Həyatı == Nikita Vladimiroviç Boqoslovski 22 may 1913-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1930-cu ildə Leninqrad konservatoriyasının eksternat sinfinə daxil olmuş və 1934-cü ildə orada A. Qlazunovun sinfini müvəffəqiyyətlə başa vurmuşdur. Onun bəstələdiyi musiqilər bir çox məşhur filmlərdə səslənmişdir. "İki döyüşçü", "Qırıcı təyyarələr", "Aleksandr Parxomenko", "Böyük ömür", "Müxtəlif talelər" kimi ekran əsərləri onların sırasına aid edilə bilər. Onun musiqilər bir çox animasiya və sənədli filmlərdə və müxtəlif tamaşalarda da işlədilmişdir. Boqoslovskinin musiqisində o, bir istedadlı bəstəkar kimi öz şəxsi fikirlərini ifadə edirdi. O, 1983-cü ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüşdü. Bəstəkar Nikita Vladimiroviç Boqoslovski 4 aprel 2004-cü ildə vəfat etmişdir.
Nikolay Boqolyubov
Nikolay Boqolyubov (10 (22) oktyabr 1899 – 9 mart 1980, Moskva) — sovet aktyoru. == Həyatı == Aktyor Yuri Boqolyubovun atasıdır. == Filmoqrafiya == Uzaq sahillərdə (film, 1958) == Mənbə == ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
Vasili Boqoroditski
Vasili Alekseyeviç Boqoroditski (7 (19) aprel 1857, Yoşkar-Ola, Kazan quberniyası – 23 dekabr 1941, Kazan) SSRİ Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Paris Dilçilik Cəmiyyətinin üzvü, Kazan Dilçilik Məktəbinin yaradıcılarından biri. Eksperimental fonetika, dialektologiya, slavyanşünaslıq, türkologiya üzrə ümumi dilçi tədqiqatçı. == Bioqrafiya == 1857-ci ildə Rusiya İmperiyası, Kazan quberniyasının Yoşkar-Ola şəhərində keşiş ailəsində anadan olmuşdur. 1868-ci ildən Kazan Gimnaziyasında, daha sonra (1876–1880-ci illərdə) Kazan Universitetinin tarix-filologiya fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Kazan Tatar Müəllimlər Seminariyasında və Kazan Universitetində dərs demişdir. 1884-cü ildə "Ortaq rus dilində səssiz saitlər", 1888-ci ildə — "Rus qrammatikasının gedişi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Müqayisəli dilçilik, Hind-Avropa dillərinin müqayisəli qrammatikası (1884-cü ildə), Sanskrit və müqayisəli qrammatika (1886-cı ildən) şöbələrində xüsusi köməkçi professor vəzifəsində çalışmışdır. 1884-cü ildə dünyanın ilk təcrübi fonetika laboratoriyasını təsis etmişdir. 1917-ci il Oktyabr inqilabından sonra Vasili Boqoroditski Kazan Şərq Pedaqoji İnstitutunda dərs demişdir. Rus, tatar və digər dillərin (Boqoroditski dünyada ilk olaraq öyrənməyə başlamış şəxslərdən biridir) eksperimental fonetikasında aparılan tədqiqatlarla yanaşı, "Rus qrammatikasının ümumi kursu" (1904), "Ümumi mühazirələr" dərsliklərinə də sahibdir.
Yeqor Boqomolski
Yeqor Boqomolski (3 iyun 2000, Minsk) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin hücumçusu. == Karyerası == === Neftçi === Neftçidə ilk matçına 21 iyul 2022-ci ildə keçirilən Aris-Neftçi matçının 87-ci dəqiqəsində çıxıb. Matç Arisin 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Yuri Boqolyubov
Yuri Boqolyubov (20 oktyabr 1928, Moskva – 7 oktyabr 1975, Moskva) — sovet aktyoru. == Həyatı == Aktyor Nikolay Boqolyubovun oğludur. == Filmoqrafiya == Uzaq sahillərdə (film, 1958) == Mənbə == “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust.
Yuri Boqolyubski
Yuri Andreyeviç (rus. Юрий Андреевич) və ya Giorgi, müasir ədəbiyyatda Yuri Boqolyubski (rus. Юрий Боголюбский; 1160, Vladimir – 1190, Tiflis) — 1172–1175-ci illərdə Novqorod knyazı, Tamaranın əri. Andrey Boqolyubskinin kiçik oğlu olmuşdur. == Həyatı == Andrey Boqolyubskinin kiçik oğlu olmuşdur. Ola bilsin ki, bir sıra salnamələrdə 1169-cu ildə Kiyevə yürüşün iştirakçıları sırasında adı çəkilmişdir. O, Novqorodda hökmranlıq etmək üçün yerli əhalinin xahişi ilə atası tərəfindən azad edilmişdir. O, 1173-cü ildə novqorodlular, rostovlular və suzdallılar ilə birlikdə Kiyevi tutan Smolensk Rostislaviçlərinin yanına getmişdir. 1174-cü ildə Andrey öldürüləndən sonra novqorodlular Suzdal torpağına gedən Giorgini özlərindən uzaqlaşmışdırdılar. Qardaşı Vsevolod onu 1176-cı ildə Vladimirdən qovmuşdur və bundan sonra rus salnamələrində onun haqqında heç bir məlumat verilməmişdir.

"boqo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boqo nədir? #boqo sözünün mənası #boqo nə deməkdir? #boqo sözünün izahı #boqo sözünün yazılışı #boqo necə yazılır? #boqo sözünün düzgün yazılışı #boqo leksik mənası #boqo sözünün sinonimi #boqo sözünün yaxın mənalı sözlər #boqo sözünün əks mənası #boqo sözünün etimologiyası #boqo sözünün orfoqrafiyası #boqo rusca #boqo inglisça #boqo fransızca #boqo sözünün istifadəsi #sözlük