boranı sözü azərbaycan dilində

boranı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boranı • 70.5882%
  • Boranı • 29.4118%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boranı
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Adi boranı
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.
Boranıkənd
Boranıkənd — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Boranıkənd Salyan rayonunun Şorsulu inzibati ərazi vahidində kənd. Bala Kür (AquŞa) çayının sahilində, Salyan düzündədir. Tədqiqatçıların fikrincə, toponim baranı (etn.) val kənd sözlərindən düzəlib, etnotoponim hesab olunur.Yaşayış məntəqəsini qaraqoyunluların baranilar tayfasına mənsub ailələrin saldığı güman edilir. Oykonimi boranı (tərəvəz novu) və kənd sözlərinin birləşməsi kimi "boranı əkilən, yetişdirilən kənd" mənasında da izah edirlər. == Foto məlumatlar == Boranıkənd kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Din == Kənddə Boranıkənd kənd məscidi dini icması fəaliyyət göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.36 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.79
2004 ••••••••••• 0.67
2006 ••••••••••••••• 0.90
2007 ••••••••••• 0.63
2008 •••••••• 0.49
2009 ••• 0.16
2011 •••••••••••••• 0.86
2012 •••••• 0.34
2013 ••••••• 0.44
2019 •••••••••••••••••••• 1.25
2020 ••• 0.13

boranı sözünün leksik mənası və izahı

  • 1 is. 1. bot. Qabaq növü. Ağ boranı. Sarı boranı. – [Pası] evin qabağında olan çiçəkli tənbəkilərə, saralıb qızaran boranılara baxmağa gedərkən, Cəbi Gülsənəmin yanına qaçdı. S.Rəhimov. 2. aşp. Boranıdan bişirilən yemək.

    Azərbaycan dilinin izahlı lüğəti / boranı

boranı sözünün rus dilinə tərcüməsi

  • 1 1. бораны (тушеные с маслом овощи или зелень); 2. тыква;

    Azərbaycanca-rusca lüğət / boranı
  • 2 сущ. 1. съедобный сорт тыквы. Ağ boranı белая тыква 2. название кушанья, приготовленного из тыквы; разг. тыквенник

    Azərbaycanca-rusca lüğət / boranı

boranı sözünün inglis dilinə tərcüməsi

boranı sözünün ləzgi dilinə tərcüməsi

boranı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı, Gəncə, Ordubad, Şərur) göyərti və yumurtadan hazırlanan xörək adı. – Ana, büyün nahara bir yaxşı boranı bişir, ətdən zəhləm gedif (Gəncə); – Burda maşın <xırda lobya> yağda qızarılmasına boranı diyərıx (Ordubad)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"boranı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boranı nədir? #boranı sözünün mənası #boranı nə deməkdir? #boranı sözünün izahı #boranı sözünün yazılışı #boranı necə yazılır? #boranı sözünün düzgün yazılışı #boranı leksik mənası #boranı sözünün sinonimi #boranı sözünün yaxın mənalı sözlər #boranı sözünün əks mənası #boranı sözünün etimologiyası #boranı sözünün orfoqrafiyası #boranı rusca #boranı inglisça #boranı fransızca #boranı sözünün istifadəsi #sözlük