Borq sözü azərbaycan dilində

Borq

Yazılış

  • Borq • 97.5309%
  • borq • 2.4691%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kevin Borq
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kristabel Borq
Kristabel Borq (ing. Christabelle Borg; d. 28 aprel, 1992, Mcarr, Malta) və ya sadəcə Kristabel — Malta müğənnisi, bəstəkarı və aparıcısı. O, "Taboo" mahnısı ilə Maltanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Həyatı == Kristabel Borq 28 aprel 1992-ci ildə Malta adasında anadan olmuşdur. O, Los-Ancelesdə yerləşən Dağ Müqəddəs Merinin kollecində təhsil almış və 2014-cü ildə orada təhsilini bitirmişdir. Daha sonra isə Malta Universitetində mühasibat ixtisası üzrə təhsil almışdır. == Musiqi karyerası == Kristabel öz karyerasını yeniyetmə yaşlarından Maltanın Teen Trouble və Teen Traffic televiziya proqramları ilə başlatmışdır. 2014-cü ildə Kristabel ifa etdiyi "Lovetricity" mahnısı Maltanın Avroviziya üçün təşkil olunan milli seçim turunda iştirak etmiş və səkkizinci yeri tutaraq, məğlub olmuşdur. Növbəti ildə yenidən seçim turuna qayıdan ifaçı səsləndirdiyi "Rush" mahnısı ilə finalda ikinci, 2016-cı ildə isə "Kingdom" mahnısı ilə dördüncü yerdə qərarlaşaraq, milli seçim turunda növbəti məğlubiyyətlə üzləşmişdir.
Meqqi Borq
Meqqi Borq (1952, Kospikua[d], Malta – 2004) — Maltalı ictimai və ətraf mühit fəalı. == Bioqrafiya == Meqqi Borq 1952-ci il yanvarın 14-də Maltanın Kospikua şəhərində anadan olub. 10 uşaqlı ailənin böyük uşağı idi. Kospikuada məktəbə getdikdən sonra Qrinpisə qoşulmazdan əvvəl tur bələdçisi, mağaza işçisi və yun sviter dizayneri və istehsalçısı kimi çalışmışdır. Borq gənc yaşda evlənir, lakin evlilik tezliklə dağılır. Bir müddət Naşşaredə və Mostda yaşayır, nəhayət Zebbuqda məskunlaşır. O, təhsilini Malta Universitetində davam etdirib, 1993-cü ildə sosiologiya və ətraf mühitin öyrənilməsi üzrə magistr dərəcəsi alıb. Orta məktəb proqramı üçün ətraf mühitin öyrənilməsi kursu hazırlayır və San Anton Liseyində dərs deməyə başlayır. Onun dərsə yanaşması həm tələbələr, həm də onların valideynləri tərəfindən yüksək qiymətləndirilmişdir. == Ekoloji aktivlik == Meqqi Borq görkəmli Malta ekoloqu idi.
Borq/Makinroy (film, 2017)
Borq/Makinroy(ing. Borg vs McEnroe)- rejissoru Yanus Mets Pedersen olan İsveç bioqrafik filmi. Baş rolları Sverrir Qudnason və Şaya Labaf ifa edir. Filmin premyerası 2017-ci il sentyabrın 7-də Toronto Film Festivalında olmuşdur. == Süjet == Film 1980-ci il Uimbldon tennis turnirinin final oyunu haqqındadır. Həmin final oyununun iştirakçıları isveçli Born Borq və amerikalı Con Makinroy olmuşdur. == Rollarda == Sverrir Qudnason — Born Borq. Şaya Labaf — Con Makinroy Stellan Skarsqard — Lennart Berqelin Tuva Novotnı — Mariana Simonesku Robert Emms — Vitas Qerulaitis == Çəkiliş == Filmin çəkilişi 2016-cı ilin avqustunda Göteborq, Praqa, London və Monakoda başlamışdır. Çəkiliş Borqun böyüdüyü və tennis oynamağa başladığı doğma şəhəri Södertalyedə olmuşdur.Göteborqdakı studiyada gecə klubu "Studiya 54" hazırlanmışdır. Londondakı Uimbldon arenasında olan səhnələr Praqanın "Štvanice" arenasında çəkilmişdir.2016-cı ilin oktyabrında Sverrir Qudnason və Şaya Labafın oynadığı obrazların, yəni Born Borq və Con Makinroyun ilk şəkilləri paylaşıldı.
Borqarnes
Borqarnes (isl. Borgarnes - «Qayalı yarımada») — İslandiyanın Vesturland regionun mərkəzi.
Borqu departamenti
Borqu departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Borqu departamentinin ərazisi 25 856 km2-dır. Borqu departamentinə 8 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Borqu departamentinin əhalisi 1 202 095 nəfərdir.
Kadi Borqes Malinovski
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.
Borqomanero
Borqomanero — İtaliyanın Pyemont vilayətinin Novara əyalətində yerləşən kommuna. Kommunanın əhalisi 2017-ci il yanvarın 1-inə görə 21776 nəfərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2004 •••••••••• 0.67
2006 •••••••••••••••••••• 1.35
2007 •••• 0.21
2009 ••• 0.16
2011 ••• 0.17
2012 •••• 0.26
2013 •••••••••••••••• 1.02
2014 ••••••••••• 0.69
2017 ••• 0.16
2018 ••• 0.15
2020 •• 0.13

Oxşar sözlər

#borq nədir? #borq sözünün mənası #borq nə deməkdir? #borq sözünün izahı #borq sözünün yazılışı #borq necə yazılır? #borq sözünün düzgün yazılışı #borq leksik mənası #borq sözünün sinonimi #borq sözünün yaxın mənalı sözlər #borq sözünün əks mənası #borq sözünün etimologiyası #borq sözünün orfoqrafiyası #borq rusca #borq inglisça #borq fransızca #borq sözünün istifadəsi #sözlük