Boston sözü azərbaycan dilində

Boston

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Boston • 98.3592%
  • boston • 1.4680%
  • BOSTON • 0.1727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Boston Celtics
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Kolleci
Boston Kolleci (ing. Boston College) — ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən özəl universitet. == Reytinqi == U.S. News & World Report nəşri tərəfindən hazırlanan «America’s Best Colleges 2008: National Universities» siyahısında 35-ci yeri tutur.
Boston Seltiks
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Universiteti
Boston Universiteti (ing. Boston University) — ABŞ-nin Massaçusets ştatının paytaxtı Boston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == Boston Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir ştatının Konkord şəhərində fəaliyyət göstərən konqreqasiya cəmiyyəti (kilsə icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi Bibliya İnstitutu Konkord şəhərində 20 il fəaliyyət göstərir. 1867-ci ildə institut Massaçusets ştatının Boston şəhərində Piknik-strit 23-ə köçür və burada Boston İlahiyyat İnstitutu adı altında fəaliyyət göstərir. 1869-cu ildə Massaçusets ştatının Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi Bibliya Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin — İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük rolu olur. Hazırda universitetdə onların adlarını daşıyan yataqxanalar fəaliyyət göstərir.
Boston marafonu
Boston marafonu (ing. Boston Marathon) - Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan yürüş marafonu. Marafon eyni zamanda ABŞ üçün mühüm olan günlərdən biri Vətənpərvərlər günün şərəfinə keçirilməkdədir. İlk dəfə Boston marafonu 1897-ci ildə keçirilib. 1897-ci ildən marafonun təşkili məsələləri ilə Boston Atletika Assosiasiyası məşğul olmaqdadır. Ümumiyyətlə bu kütləvi yarış Massaçusets ştatı ərzisində keçirilən əsas idman bayramlarından biri hesab olunur. Hər il ortalama 500 mindən çox tamaşaçı tərəfindən canlı izlənilən marafon New England tarixi bölgəsində baş tutan ən böyük idman tədbiridir. İlk dəfə (1897) 18 marafonçu ilə keçirilən yarışa 2015-ci ildə 30.251 nəfər qeydiyyatdan keçmişdir. 1996-cı ildə Boston marafonu dünyanın ən böyük iştirakçılı marafonu seçilmişdir. Belə ki, həmin il 38.708 nəfərin qeydiyyatdan keçdiyi, 36.748 nəfərin yarışa qoşulduğu və 35.868 nəfərin isə finiş xəttinə çatdığı yarış dünya rekordu sıralamasına daxil olmuşdur.
Boston Consulting Group
Boston Consulting Group — 1960-cı illərdə yaradılmış şirkət. BCG matrisin əsasını 2 hipotez təşkil edir: Seqmentinin lideri olan şirkət istehsal xərclərində rəqabət üstünlüyünə malikdir, bu isə bazarda ən yüksək rentabelliyə malik olmaq deməkdir. Sürətlə böyüyən seqmentlərdə effektiv fəaliyyət göstərmək üçün şirkət məhsulun yüksək səviyyədə istehsalına sərmayə yatırmalıdır və ya aşağı templər ilə bazarda mövcud olan məhsulun inkişaf xərclərini azaltmalıdır.Bir cümlə ilə modeli ərz etsək: BCG matrisi hesab edir ki, müəssisə uzunmüddətli karlı inkişafını təmin etmək, yeni seqmentdə güclənə bilmək üçün uğurlu biznes sahəsindən gələn gəlirləri cəmləməli və yetkin inkişafda olan biznes sahələrinə sərmayə yatırmalırdır. BCG modelinin əsas mənası şirkətin məhsul çeşidlərinin inkişfında prioritetləri və gələcək investisiyalar üçün əsas sahələri müəyyən etməkdir. Metod bu suala cavab verməkdə köməkçi olacaqdır: “Bu cür məhsul və ya xidmətlərə edilən investisiyalar gəlir gətirəcəkmi?” BCG modelində hansı məhsulları təhlil etmək olar? Şirkətin ayrı istiqamətli fəaliyyət sahələri. Məsələn: Sığorta və qazlı içkilər; Şirkətin ayrı qruplardan olan, amma eyni bazar iştirakçısı olan. Məsələn: Həyat sığortası və avtomobil sığortası; Şirkətin eyni mal qrupundan olan məhsullar. Məsələn: avtomobilin KASKO və İcbari sığortası.Matrisin əsas xüsusiyyətləri BCG matrisin qurulması hər bir məhsul qruppası üzrə 3 göstəriciyə əsaslanır: bazar payının şirkətin məhsuluna nisbəti bazarın inkişaf tempi və satış həcmi təhlil olunan məhsul qruppasının gəlirləriBazar həcminə nisbətdə hesablanma Təhlil edilən seqmentdə aparıcı bazar iştirakçısı olan rəqibin bazar payı ilə şirkətin həmin seqmentə aid olan bazar payına bölməklə hesablanır. Bazarın nisbi payı matrisin üfüqi oxunda yerləşdirilir və şirkətin məhsullarının rəqabət qabiliyyətinin göstəricisidir.
Boston Çay Qonaqlığı
Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır. == Haqqında == Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi. Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aksizin özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır.
İncəsənət Muzeyi (Boston)
İncəsənət Muzeyi Bostonda (ing. The Museum of Fine Arts; qıs. MFA) — ABŞın ən böyük sənət muzeylərindən biri. 1870-ci ildə əsası qoyulub. Naqoya, Yaponiya da filialı yerləşir. Muzeyin ən böyük kolleksiyası Şimali və Cənubi Amerikada ikincidir, muzey direktoru isə Malkolm Rodjersdir (ing. Malcolm Rogers). == Muzeyin binası == Muzey 1876-cı ildə Con Sturqis tərəfindən hazırlanan Kapli meydanında neoqotik binasında açılmışdır. Kolleksiya Boston ateney kolleksiyasına əsaslanırdı. Muzeyin memarı Qay Louell tərəfindən inşa edilən Huntinqton prospektindəki (ing.
Boston marafonu terror hücumu
Boston marafonu terror hücumu (ing. Boston Marathon bombings) — Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan Boston marafonuna 2013-cü ilin 15 aprel tarixində yerli vaxtla saat 14:49 da təşkil edilmiş bombalı terror hücumu. Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 264 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən üç gün sonra terror hücumunu törətməkdə şübhəli bilinən iki şəxsin şəkilləri əraziyə yaxın olan müşahidə kameralı vasitəsi ilə təyin edilərək Federal Təhqiqat Bürosu tərəfindən mətbuatda paylaşılmışdır. Hadisəni törətdikdən sonra qaçmağa çalışan şübhəlilər 18 aprel tarixində Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşını öldürmüşdür. Şübhəlilərin hərəkət dairəsini daraldan federal polis sübh vaxtına qədər davam edən xüsusi əməliyyat nəticəsində Boston marafonu terror hücumunu törətməkdə şübhəli bilinən şəxslərdən birini atışma əsnasında ağır yaralamışdır. Ağır yaralanan Tamerlan Tsarnayev adlı çeçen əsilli şəxs xəstəxanaya aparılarkən ölmüşdür. Hadisənin bir digər şübhəlisi öldürülən Tamerlan Tsarnayevin kiçik qardaşı Cövhər Tsarnayev bir müddət gizlənməyi bacarmış, ancaq Massaçusets ştatının Votertaun şəhərinin ətrafında federal polis tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində yaralı olaraq ələ keçirilmişdir.
Təsviri sənət muzeyi (Boston)
İncəsənət Muzeyi Bostonda (ing. The Museum of Fine Arts; qıs. MFA) — ABŞın ən böyük sənət muzeylərindən biri. 1870-ci ildə əsası qoyulub. Naqoya, Yaponiya da filialı yerləşir. Muzeyin ən böyük kolleksiyası Şimali və Cənubi Amerikada ikincidir, muzey direktoru isə Malkolm Rodjersdir (ing. Malcolm Rogers). == Muzeyin binası == Muzey 1876-cı ildə Con Sturqis tərəfindən hazırlanan Kapli meydanında neoqotik binasında açılmışdır. Kolleksiya Boston ateney kolleksiyasına əsaslanırdı. Muzeyin memarı Qay Louell tərəfindən inşa edilən Huntinqton prospektindəki (ing.
Bostonit
Bostonit [ ABŞ -da Boston şəhəri adına görə] - dayka, damar tipli maqmatik süxurdur. Tərkibcə mikroklin-pertit, bəzən anortoklaz, yaxud ortoklaz, az miqdarda biotit və amfiboldan ibarətdir. Bostonit quruluşu ilə səciyyələnir. Tərkibində porfir ayrılmaları olduqda bostonitli porfir, kvars olduqda isə kvarslı bostonit adlanır. Bostonit damarları adətən qələvi süxurlarla (qələvi siyenitlər və başqa) əlaqədardır. == Bostonit quruluşu == Bostonit quruluşu siyenitli sxizolitlərin (bostonit tipli damar süxurları, bostonitli porfir) əsas kütləsinin quruluşu; şaxəli qələvi çöl şpatı leystlərinin flüidal və ya qeyri-müntəzəm yerləşməsi ilə səciyyələnir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.20 dəfə / 1 mln.
2003 0.39
2004 •••• 3.37
2005 •••• 3.37
2006 •••• 3.15
2007 •• 1.48
2008 •• 1.71
2009 ••• 2.72
2010 ••• 2.90
2011 ••••• 4.46
2012 •••• 3.87
2013 •••••••••••••••••••• 20.42
2014 •••••• 5.83
2015 •• 1.87
2016 ••• 2.08
2017 •• 1.79
2018 ••••• 4.34
2019 •••• 3.34
2020 •••• 3.18

boston sözünün leksik mənası və izahı

boston sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. бостон (сорт шерстяной ткани) II прил. бостоновый. Boston kostyum бостоновый костюм

    Azərbaycanca-rusca lüğət / boston

boston sözünün inglis dilinə tərcüməsi

boston sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#boston nədir? #boston sözünün mənası #boston nə deməkdir? #boston sözünün izahı #boston sözünün yazılışı #boston necə yazılır? #boston sözünün düzgün yazılışı #boston leksik mənası #boston sözünün sinonimi #boston sözünün yaxın mənalı sözlər #boston sözünün əks mənası #boston sözünün etimologiyası #boston sözünün orfoqrafiyası #boston rusca #boston inglisça #boston fransızca #boston sözünün istifadəsi #sözlük