Bouzett sözü azərbaycan dilində

Bouzett

Yazılış

  • Bouzett • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

OBASTAN VİKİ
Bouzett
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/ , bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı. Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir.
#bouzett nədir? #bouzett sözünün mənası #bouzett nə deməkdir? #bouzett sözünün izahı #bouzett sözünün yazılışı #bouzett necə yazılır? #bouzett sözünün düzgün yazılışı #bouzett leksik mənası #bouzett sözünün sinonimi #bouzett sözünün yaxın mənalı sözlər #bouzett sözünün əks mənası #bouzett sözünün etimologiyası #bouzett sözünün orfoqrafiyası #bouzett rusca #bouzett inglisça #bouzett fransızca #bouzett sözünün istifadəsi #sözlük