boy-baş sözü azərbaycan dilində

boy-baş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boy-baş • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. == İnkişaf etdirilməsi == Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə “Gonbul Adam” adlı dünyanın üçüncü atom bombası atılmışdır. == Xirosimanın bombalanması == Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Tulu (boy)
Tulu—Qədim türk boyu. == Tarixi == Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi)Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Əfşarlar (boy)
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır.
Karlik boy
Karlik boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
My Boy
"My Boy" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı onun ilk mini-albomu "Don't Smile at Me"dən altıncı sinqldır. 28 iyul 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı Aylişin qəlbini qıran oğlanlar haqqındadır.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Game Boy Color
Game Boy Color Nintendonun davamçısı olan Game Boyun, oktyabrın 21-i 1998 ildə ilk dəfə Yaponiyada çıxan versiyasıdır. Bunun Game Boy Pocket-dən əsas fərqi, ekranı rəngli, qalın və hündür olmasıdır. Baxmayaraq ki, bu versiyada da 8-bitlik processor ilə işləyir ancaq ilkin sistemdən daha kiçikdir.
Toy boy (mahnı)
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Baş hərf
Baş hərf — digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərf. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Baş miqyas
== Baş miqyas == Baş miqyas-coğrafiya xəritələrində sıfır təhrifli xətt və nöqtələrin miqyasına deyilir. Xəritənin qalan hissələrində miqyaslar xüsusi miqyas adlanır. Dünya və yarımkürələr xəritəsində baş miqyas ekvator xəttinin miqyasıdır.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Baş pontifik
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.

Oxşar sözlər

#boy-baş nədir? #boy-baş sözünün mənası #boy-baş nə deməkdir? #boy-baş sözünün izahı #boy-baş sözünün yazılışı #boy-baş necə yazılır? #boy-baş sözünün düzgün yazılışı #boy-baş leksik mənası #boy-baş sözünün sinonimi #boy-baş sözünün yaxın mənalı sözlər #boy-baş sözünün əks mənası #boy-baş sözünün etimologiyası #boy-baş sözünün orfoqrafiyası #boy-baş rusca #boy-baş inglisça #boy-baş fransızca #boy-baş sözünün istifadəsi #sözlük