boyalı sözü azərbaycan dilində

boyalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boyalı • 86.5772%
  • Boyalı • 13.4228%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boyalı səhləb
Boyalı səhləb (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Boyalı Qablar mədəniyyəti
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2006 ••••• 0.23
2009 •••• 0.16
2010 •••••••••• 0.45
2011 •••••••••••••••••••• 0.94
2012 ••••••••••• 0.52
2013 •••• 0.15
2014 ••••••••••••••• 0.69
2015 •••• 0.17
2017 ••••••••••• 0.49
2018 •••• 0.15
2019 ••••••••• 0.42
2020 •••••• 0.27

boyalı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Boyanmış, rənglənmiş, rəngli; boya sürtülmüş. Boyalı kağız. – [Kişinin] qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah bu füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar ifadə edirdi. Çəmənzəminli. Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əliayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov. // Üzünə boya (kirşan və s.) sürtmüş, üzünü boyamış. Boyalı qadın. 2. məc. Zahirən aldadıcı, süni. [Qətibə:] Ancaq mən sevgilərin bu qədər aldadıcı və boyalı olduğunu bilmirdim. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / boyalı

boyalı sözünün sinonimləri (yaxın mənalı sözlər)

boyalı sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. крашеный. Boyalı dodaqlar крашеные губы, boyalı saçlar крашеные волосы 2. красочный

    Azərbaycanca-rusca lüğət / boyalı

boyalı sözünün inglis dilinə tərcüməsi

boyalı sözünün fransız dilinə tərcüməsi

boyalı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. ранг алай, ранг янавай; ранг гуьцӀнавай; boyalı kağız ранг алай кагъаз; // ччиниз ранг (кишран ва мс.) янавай (мес. дишегьли); // шир янвай, шир алай (мес. рак); 2. пер. винелай цӀалцӀам аквадай, тӀебии тушир, алцурар жедай.

    Azərbaycanca-ləzgicə lüğəti / boyalı

"boyalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boyalı nədir? #boyalı sözünün mənası #boyalı nə deməkdir? #boyalı sözünün izahı #boyalı sözünün yazılışı #boyalı necə yazılır? #boyalı sözünün düzgün yazılışı #boyalı leksik mənası #boyalı sözünün sinonimi #boyalı sözünün yaxın mənalı sözlər #boyalı sözünün əks mənası #boyalı sözünün etimologiyası #boyalı sözünün orfoqrafiyası #boyalı rusca #boyalı inglisça #boyalı fransızca #boyalı sözünün istifadəsi #sözlük