boyunbağı sözü azərbaycan dilində

boyunbağı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boyunbağı • 96.4880%
  • Boyunbağı • 2.7726%
  • BOYUNBAĞI • 0.7394%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boyunbağı
Boyunbağı- Boyun ətrafında geyilən qiymətli mədənlər, qiymətli daşlar və ya sıravi vəsaitlərdən tikilmiş bijüteriya.Boyunbağılar ən sadə halıyla, bir zəncir və ya kəndir üzərinə keçirilmiş daşlardan və ya boyunbağı uclarından meydana gəlirlər.
Yaşıl boyunbağı (film, 1975)
== Məzmun == Kinolentdə Bakının yaşıllaşdırılmasından, bu sahədə aparılan işlərdən söhbət açılır. == Film haqqında == Film Bakı Şəhəri İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir. Filmdə kinoxronika kadrlarından da istifadə olunmuşdur.
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağıdır. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. == Ərəfə == Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. === Ovçular təpəsi yaşayış yeri === Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.94 dəfə / 1 mln.
2003 ••••• 0.79
2004 •• 0.34
2005 ••••••••••••••• 2.70
2006 ••••••••• 1.58
2008 •• 0.24
2009 •••••••• 1.28
2010 •••••••••••• 2.09
2011 •••••••••••••• 2.49
2012 •••••••••••••• 2.41
2013 •••••••••••••••••••• 3.65
2014 ••••••••••• 1.89
2015 ••••••••••••• 2.21
2016 ••••••• 1.21
2017 •••••••••••••••• 2.76
2018 •••••••••••••• 2.55
2019 ••••••••••••• 2.36
2020 ••••••• 1.19

boyunbağı sözünün leksik mənası və izahı

  • 1 is. 1. Zinət üçün qadınların boyunlarından asdıqları muncuq və s. düzümü. [Yusif şah] …qızlarının hər birinə bir gül … və bir üzük və bir boyunbağı və bir dəst libas … ayırdı. M.F.Axundzadə. Qadının yanında yaxşı tanıdığım bir həkim, boynunda isə iri mirvarilərdən diqqəti cəlb edən bir boyunbağı vardı. Ə.Məmmədxanlı. 2. dan. Qalstuk. [Musanın nəvəsi] səhər durdu, üzünü qırxdı, paltarını geyindi, ağ köynəyinin üstündən qara ipək boyunbağısını bağladı. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / boyunbağı

boyunbağı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. BOYUNBAĞI (zinət üçün muncuq və s. düzümü) [Feliçe:] Cavanşir deyirdi ki, bizdə – Azərbaycanda adətdir oğlan sevgilisinə qızıl şey bağışlamalıdır; üzük, boyunbağı, sırğa, bilərzik.. (H.Abbaszadə); GƏRDƏNBƏND Bibixatun: Bu gərdənbəndi boynuna keçirt. Bəh, bəh, nə gözəldir! (Ə.Haqverdiyev); GƏRDƏNLİK Nəbi: Bir ağ gün görmədin mənə gələli; Nə gərdənlik taxdın, nə üzük taxdın (S.Rüstəm); HƏMAİL Ay qız, sənə mailəm; Boynunda həmailəm; Dost payı şirin olar; Hər nə versən qailəm (Bayatı). 2. boyunbağı bax qalstuk

    Azərbaycan dilinin sinonimlər lüğəti / boyunbağı

boyunbağı sözünün rus dilinə tərcüməsi

boyunbağı sözünün inglis dilinə tərcüməsi

boyunbağı sözünün fransız dilinə tərcüməsi

boyunbağı sözünün ləzgi dilinə tərcüməsi

"boyunbağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boyunbağı nədir? #boyunbağı sözünün mənası #boyunbağı nə deməkdir? #boyunbağı sözünün izahı #boyunbağı sözünün yazılışı #boyunbağı necə yazılır? #boyunbağı sözünün düzgün yazılışı #boyunbağı leksik mənası #boyunbağı sözünün sinonimi #boyunbağı sözünün yaxın mənalı sözlər #boyunbağı sözünün əks mənası #boyunbağı sözünün etimologiyası #boyunbağı sözünün orfoqrafiyası #boyunbağı rusca #boyunbağı inglisça #boyunbağı fransızca #boyunbağı sözünün istifadəsi #sözlük