Bozalqanlı sözü azərbaycan dilində

Bozalqanlı

Yazılış

  • Bozalqanlı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bozalqanlı
Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır. == Tarixi == Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal-şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.
Aşıq Hüseyn Bozalqanlı
Hüseyn Məşədi Cəfərqulu oğlu (1868 və ya 1875, Bozalqanlı – 13 noyabr 1941, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == == Kitabları == Aşıq Hüseyn Bozalqanlı. Seçilmiş əsərləri. II cilddə, 1-ci c., Bakı: Vətən, 2015, 316 s. == Mənbə == Aşıqlar. (toplayanı: Hümmət Əlizadə), Bakı, "Azərnəşr", 1938. səh.207–213. Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
Nazim Aslan Bozalqanlı
== Həyatı == Nazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Texnika elmləri namizədi (1990), Dosent (28.10.2016), Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru 2015 və Professoru (2017) Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru 2015, SOCAR-ın Baş ofisinin elm, texnika və nanotexnologiyalar departamentinin rəisi, bir sıra elmi və bədii kitabların müəllifidir. İngilis və rus dillərini bilir. Bir oğlu, bir qızı var. == İstehsalat fəaliyyəti == 1982-ci ildən Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. N. Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (indiki SOCAR) aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən ARDNŞ-nin Baş ofisində "Elm və texnika" şöbəsinin, 2020–ci ildən isə “Elm , texnika və nanotexnologiyalar departamentinin rəisi, paralel olaraq, 1993-cü ildən ictimai əsaslarla Baş ofisin "Həmkarlar İttifaqı Komitəsi"nin sədridir. Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə bir sıra beynəlxalq sertifikatlara malikdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.96 dəfə / 1 mln.
2003 ••••••••••••• 1.18
2004 ••••••••••••••• 1.35
2006 ••• 0.23
2007 •••••••••••••• 1.27
2008 ••••••••••••• 1.22
2009 •••••••••••••••••••• 1.92
2010 ••••••••••••• 1.18
2011 •••••••••••••••• 1.46
2012 •••••••••• 0.95
2013 ••••• 0.44
2014 •••••• 0.51
2015 ••••••••• 0.85
2017 •••• 0.33
2018 •••••••• 0.75
2019 ••••••••••• 0.97
2020 •••••••••••••••• 1.46

Oxşar sözlər

#bozalqanlı nədir? #bozalqanlı sözünün mənası #bozalqanlı nə deməkdir? #bozalqanlı sözünün izahı #bozalqanlı sözünün yazılışı #bozalqanlı necə yazılır? #bozalqanlı sözünün düzgün yazılışı #bozalqanlı leksik mənası #bozalqanlı sözünün sinonimi #bozalqanlı sözünün yaxın mənalı sözlər #bozalqanlı sözünün əks mənası #bozalqanlı sözünün etimologiyası #bozalqanlı sözünün orfoqrafiyası #bozalqanlı rusca #bozalqanlı inglisça #bozalqanlı fransızca #bozalqanlı sözünün istifadəsi #sözlük