bozaqgülü sözü azərbaycan dilində

bozaqgülü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bozaqgülü • 80.0000%
  • Bozaqgülü • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bozaqgülü
Bozaqgülü (lat. Phlomis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Bioloji xüsusiyyətləri == Bütöv lanset və oval yarpaqlı, ziqomorflu çiçəkli çoxillik bitki. Çiçəkləri gövdənin yuxarı hissəsində yerləşir. Yayın ortasında çiçəkləyir. Avropa, Asiya və Afrikada çöl,dağ ətəyi və çəmənliklərdə bitir.
Qafqaz bozaqgülü
Phlomis orientalis (lat. Phlomis orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Tikanlı bozaqgülü
Tikanlı bozaqgülü (lat. Phlomis herba-venti subsp. pungens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 30-60 sm, sıx ulduzvari tüklü bitkidir. Yarpaqları saplaqlı, aşağıdakılar uzunsov lansetvari, dilimli, gövdə yarpaqları nazik lansetvari, qıraqları xırda mişarvaridilimli, üstdən çılpaq və ya seyrək tüklü, altdan boz, qısa və sıx ulduzvari tüklüdür. Çiçəkləri kəsik-kəsik 4-6 çiçəkli köbələrdə toplanmışdır, kasacığı boruvari, bizvari, qeyri-bərabər uzun əyilmiş dişcikli, sıx boz tüklüdür. Tacı 15-20 mm uzunluqda, bənövşəyi və ya çəhrayıdır. Toxumları 5 mm uzunluqda, uzunsov, çılpaq qara-qonur rəngdədir. == Yayılması == BQ şərqi, BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustanın rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Kolluqlarda, quru, daşlı və gilli yamaclarda, qayalarda, bağlarda, quru çay vadilərində bitir.
Lənkəran bozaqgülü
Lənkəran bozaqgülü (lat. Phlomis herba-venti subsp. lenkoranica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri 5-6,5 sm hündürlükdədir. Alt[yarpaqlar saplaqlı, enli-yumurtavari, dişicikli, 11 sm uzunluqda, 3,5 sm enində, gövdə yarpaqları üst yarpaqlara oxşayır, üst tərəfdə yaşıl, alt tərəfdə ağımtıldır, ulduzabənzər tükcüklərlə örtülmüşdür. Üst yarpaqlar tamkənarlıdır. Dəstəciklər 2-3, 6-8 çiçəklidir; çiçəkaltlıqları 7-8 mm uzunluqdadır, bizvari, 3 və 8 mm uzunluqda olan dişciklidir. Tac çəhrayı, üst tərəfdən kəsilmiş dodaqlı, aşağı tərəfdə enli-yumurtavari, qısa-lansetvari yan-dilimlidir.
Rassel bozaqgülü
Rassel bozaqgülü (lat. Phlomis russeliana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Bozaqgülünəbənzər sığırquyruğu
Bozaqgülünəbənzər sığırquyruğu (lat. Verbascum phlomoides) — sığırquyruğu cinsinə aid bitki növü.

bozaqgülü sözünün leksik mənası və izahı

bozaqgülü sözünün rus dilinə tərcüməsi

bozaqgülü sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#bozaqgülü nədir? #bozaqgülü sözünün mənası #bozaqgülü nə deməkdir? #bozaqgülü sözünün izahı #bozaqgülü sözünün yazılışı #bozaqgülü necə yazılır? #bozaqgülü sözünün düzgün yazılışı #bozaqgülü leksik mənası #bozaqgülü sözünün sinonimi #bozaqgülü sözünün yaxın mənalı sözlər #bozaqgülü sözünün əks mənası #bozaqgülü sözünün etimologiyası #bozaqgülü sözünün orfoqrafiyası #bozaqgülü rusca #bozaqgülü inglisça #bozaqgülü fransızca #bozaqgülü sözünün istifadəsi #sözlük