boşalması sözü azərbaycan dilində

boşalması

Yazılış

  • boşalması • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektrik boşalması
Elektrik boşalması — Dünyada ilk dəfə rus alimləri Mixail Lomonosov (1711‐1765) və Qeorq Vilhelm Rixman (1711‐1753) və onlardan asılı olmadan amerikan alimi Frankel havada elektrik boşalmasını tədqiq etmişlər. 1743‐cü ildə M.V.Lomonosov «Allahın böyüklüyü haqqında axşam düşüncələri» əsərində ildırımın və şimal qütb parıltısının elektrik təbiətli olması ideyasını irəli sürmüşdür. Bir qədər sonra (1752‐ci ildə) Frankel və Lomonosov ildırım maşınının köməyi ilə göstərmişlər ki, ildırım və şimşək – havada güclü elektrik boşalmasıdır. Bununla yanaşı aşkar edilmişdir ki, hətta ildırım olmadıqda da havada elektrik boşalması baş verir. İldırım maşını sadə quruluşa malik olub, yaşayış evində qurulmuş Leyden bankalarından ibarət idi. Bankalardan birinin qapağı naqil vasitəsi ilə açıq havada yerləşdirilmiş metal darağa və ya dəmir milə birləşdirilirdi. Sankt-Peterburq tibbi‐cərrahiyyə akademiyasının akademiki Vasili Vladimiroviç Petrov (1761‐1834) M.V.Lomonosovun elmi işlərini inkişaf etdirərək, 1802‐ci ildə ilk dəfə olaraq (ingilis fiziki Devidən bir neçə il əvvəl) havada iki kömür elektrod arasında qövs boşalması hadisəsini müşahidə etmiş və göstərmişdir ki, havadan elektrik cərəyanı keçərkən elektrik boşalması baş verir. V.V.Petrov öz kəşfini belə təsvir edirdi: «Əgər şüşə masanın üzərinə 2‐3 qırıntı ağac kömürü qoyub, onları naqillər vasitəsi ilə güclü elektrik mənbəyinə qoşsaq və bir‐birinə yaxınlaşdırsaq, həmin kömür qırıntıları arasında parlaq (gözqamaşdırıcı) ağ işıqlanma (alov) yaranacaq və bu alovun təsirindən kömürlər yanacaq». V.V.Petrovun elmi işləri rus dilində dərc olduğuna görə, onlar xarici ölkə alimləri üçün əlçatmaz idi. Rusiyada həmin dövrdə elmi işlərə bir o qədər maraq göstərilmədiyindən həmin işlər tezliklə unudulmuşdu və məhz bu səbəbdən də, sonralar qövs boşalmasının kəşfi ingilis alimi Devinin adına yazılmışdır.
Tac boşalması
Tac boşalması sərbəst boşalmadır. Bu halda elektronların yaratdıgı zərbə ionlaşması bütun aralıqda deyil, yalnız onun elektroda yaxın hissəsində baş verir. Tac boşalmasının sel və strimer forması olur. Bu boşalma gedən aralıqda deşilmə gərginliyinin qiyməti başlangıc gərginlikdən çox olduğu halda baş verir. Tac boşalması EVX-də enerji itkiləri yaradır. Məsələn, ifrat yüksəkgərginlikli xətlərdə pis hava şəraitində tac boşalmasında enerji itkisi 100 – 200 kVt/km və daha çox ola bilər. Bundan başqa, havanın ionlaşma məhsulları izolyasiyaya və metal armatura dağıdıcı təsir göstərir. Tac boşalması həm də radio və televiziya verilişlərinin yayılmasına və qəbulunamaneə törədən akustik səs-küy və yuksəktezlikli elektromaqnit şüalanma (tezlik spektri 0,154 − 100 MHs) mənbəyidir. Tac boşalmasında havanın ionlaşması baş verir və naqilin səthində işarəsi gərginliyinn polyarlığına uyğun olan həcmi yük yaranır. Elektrik sahə quvvələrinin təsiri ilə həcmi yükü təşkil edən ionlar naqildən hərəkət edir.
İnformasiya boşalması
İnformasiya boşalması (ing. underflowing) – iki qurğu, yaxud proses arasında informasiya mübadiləsi zamanı buferə verilənlərin daxilolma sürətinin, onların oradan oxunma sürətindən az olması nəticəsində yaranan hal. Məsələn, CD-R və ya DVD-R diskinə informasiyanın yazılışı zamanı qurğu bütün yazma prosesi boyunca eyni bir sürətlə fırlanmalıdır. Əgər kompüter hər hansı səbəbdən (şəbəkədə olan problem, yaxud verilənlərin götürüldüyü qurğunun yavaş sürətli olması səbəbindən) verilənləri qurğuya tələb olunan sürətlə çatdıra bilmirsə, onda buferin boşalması baş verir və nəticədə diskin yazılışı uğurlu olmur. Bunun aradan qaldırılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar: hazırda çalışan başqa proqramlar olub-olmamasına əmin olmaq, yazılışı aşağı sürətlə aparmaq, kompüteri müvəqqəti olaraq şəbəkədən ayırmaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alovsuz qaz boşalması
Alovsuz qaz boşalması — qaz boşalmasının bir növüdür. Alçaq təzyiqlərdə (10-2-10-3 mm c.süt.) baş verir. Elektrodlar arasındakı gərginlik bir neçə yüz volt olmalıdır. Alovsuz qaz boşalması neon işıqlarda, reklm lampalarında, qaz lazerlərində və eyni zamanda ündüz işığı lampalarında istifadə olunur. Qazın rəngindən asılı olaraq, alovsuz boşalmanın da rəngi müxtəlif cür olur. Məsələn, müxtəlif qazların qarışığı olan hava-moruğu, arqon-göyümtül yaşıl, firuzəyi rəngə çalan işıq verir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2004 ••••••••••••••• 0.67
2006 •••••••••••••••••••• 0.90
2009 •••••••• 0.32
2010 ••••••••••••• 0.54
2011 •• 0.09
2012 •••••••• 0.34
2013 •••••••••• 0.44
2015 •••• 0.17
2016 •••••••••••••••• 0.69
2017 •••• 0.16
2018 •••• 0.15
2019 •••• 0.14
2020 ••• 0.13

"boşalması" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boşalması nədir? #boşalması sözünün mənası #boşalması nə deməkdir? #boşalması sözünün izahı #boşalması sözünün yazılışı #boşalması necə yazılır? #boşalması sözünün düzgün yazılışı #boşalması leksik mənası #boşalması sözünün sinonimi #boşalması sözünün yaxın mənalı sözlər #boşalması sözünün əks mənası #boşalması sözünün etimologiyası #boşalması sözünün orfoqrafiyası #boşalması rusca #boşalması inglisça #boşalması fransızca #boşalması sözünün istifadəsi #sözlük