Bram sözü azərbaycan dilində

Bram

Yazılış

  • Bram • 90.0000%
  • bram • 10.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Bram Mulenaar
Bram Mulenar (1961, Lisse, Cənubi Hollandiya – 3 avqust 2023) — Hollandiyalı proqram mühəndisi və aktivisti, vi-törəmə mətn redaktoru olan Vimin yaradıcısı. O, Uqandada QİÇS qurbanlarını dəstəkləyən qeyri-hökumət təşkilatı olan ICCF Holland-ı təbliğ etdi və ianələri təşviq etmək üçün Vim-in populyarlığından istifadə etdi. 2006-cı ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər Google Calendarın Sürix ofisində işləyib. O, vaxtının bir hissəsini Vim-in inkişaf etdirilməsinə sərf edirdi. == Erkən həyat və təhsil == 1985-ci ildə Delft Texnologiya Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. == Vim == Mulenar 1988-ci ildə Amiga kompüteri aldı. O vaxt Amigaya daşınmamış vi ilə tanış olan o, Stivi də daxil olmaqla bir neçə vi klonunu sınaqdan keçirdi. Mulenar Stevie-nin mənbə kodunu götürdü və onu təkmilləşdirdi. Vi ilə uyğunlaşmaq istəyən Mulenar nəhayət bir çox səviyyələri ləğv etmək kimi əlavə funksiyalar əlavə etdi. "Vi IMitation"ın ilk versiyası 1988-ci ildə Fred Fiş tərəfindən hazırlanmış ictimai disk dəstində buraxılmışdır.
Bram Mulenar

Abramis brama
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Brameya (cins)
Bramsı sevirsiz? (roman)
Brahmsı sevirsiz? - Fransa yazıçısı Fransuaza Saqan tərəfindən 1959-cu ildə qələmə alınmış məhəbbət romanı. Romanlarında əsasən varlı adamların şəxsi həyatlarından bəhs edən Fransuaza Saqan bu romanında yetkin qadın və gənc oğlan arasında münasibətləri ələ alır. Romanda Parisdə ona tez-tez xəyanət edən sevgilisi Rocer ilə yaşayan Paulanın ABŞ-lı müştərisinin gənc oğlu Filip ilə yaşadığı münasibətlərdən söz açılır. Paula bu gəncə aşiq olur, amma ağlı başına gələn Rocer Paulanı təzdən qazanmaq üçün mübarizəyə girişir. == Film == Fransuaza Saqanın bu romanı əsasında 1961-ci ildə Anotele Litvak tərəfindən çəkilmişdir. Fransa-ABŞ istehsalı olan bu ağ-qara filmin rollarında İnqrid Berqman, Yves Montand və Antoni Perkins oynamışdılar. Filmin musiqisini Corc Auris bəstələmişdir 1961-ci ildə film Kann Film Festivalında ən yaxşı filmə namizəd olmuş və aktyor Antoni Perkins ən yaxşı aktyor seçilmişdir.
Donato Bramante
Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio; 1444[…] – 11 aprel 1514, Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair. == Həyatı == Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir. == Fəaliyyəti == Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq.
Kristofer brameyası
Kristofer brameyası (lat. Brahmaea christophi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin brameyalar fəsiləsinin brameya cinsinə aid heyvan növü. Relikt olan endemik növdür. Talış avtoxtonudur. Bir çox alim bu kəpənəyi müstəqil növ deyil yarımnöv olaraq qeyd edirlər. Ümumi sayları çox azdır. == Qısa təsviri == İri kəpənəkdir. Qanadları açıq halda 160 mm-dək çatır. Qanadların kənarı dairəvidir, üzərlərində gözşəkilli ləkələr yoxdur. Qanadların əsas rəngi tünd-qəhvəyidir, kənarları boyunca dalğavari xəttlər keçir.
Nikki Brammayer
Nikky Luiza Brammayer (30 dekabr 1986 il anadan olub) - Dreykott, Derbişir İngilis keçmiş professional velosipedçi. O, beş il velosiped sürməyə başladı və müxtəlif fənlər üzrə çempionatlar qazandı. Brammayer UCİ trekində velosiped idmanı üzrə Dünya Çempionatının klassikləri və birlik Oyunları da daxil olmaqla beynəlxalq yarışlarda iştirak edib. O, ilk UCI Dünya Kubokunu 2015-ci ildə Velocross velosiped turu ilə Namure-də qazandı. 2017–ci ilin noyabr ayında Brammayer, ilin sonunda Boels-Dolmans komandasını yalnız velokrossa diqqət yetirmək üçün tərk edəcəyini açıqladı. Gələn ay o və onun həyat yoldaşı Matt Brammayer MUDİİTA cyclo-cross layihəsi yaratdıqlarını elan etdilər, Böyük Britaniyada idmanın iştirakını təşviq etmək üçün nəzərdə tutmuşdur. 2019-cu ilin iyununda Matt Brammayer hamiləliyini və velokrossun gedişini elan edib. Həmin ilin noyabr ayında Brammaierin bir qızı anadan oldu.
Tempietto di Bramante
Tempietto di Bramante (hərfi mənası "Bramantenin məbədciyi", it. Tempietto del Bramante) - İtaliyanın paytaxtı Roma şəhərinin Yanikul təpəsinin ətəklərində yerləşən, öz xarici görünüşünə görə antik Tolos məbədlərini xatırladan və İntibah dövründə inşa edilən kapelladır. Memarlıq mütəxəssisləri tərəfindən, kapella "İntibah dövrünün yüksək arxitekturasının mükəmməl nümunəsi olaraq qiymətləndirilmişdir. Binanın ümumi layihəsi Yüksək Renessans dövrünün əsasını qoymuş və o dövrün ən məşhur nümayəndələrindən birisinə çevrilmiş Donato Bramante tərəfindən tərtib edilmişdir. Kapellanın inşası tamamlandıqdan sonra, onun dahi memarın şərəfinə adlandırılmasına dair qərar qəbul edilmişdir. Kapellanın tikintisi üçün qədim yunan və Roma məbədlərinin memarlıq üslubu əsas götürülmüşdür; burada hissələrin arasında olan mütənasib həndəsi əlaqə dərhal gözə çarpır və diqqəti cəlb edir. == Yerləşməsi == Təvazökar ölçülərə malik olan kapella, hal-hazırda bededikt ordeninə məxsus San-Pyetro-in-Montorio adlanan titulyar kilsə kompleksinin daxili həyətində ucalır. Kompleksin tutduğu sahə Roma şəhərinin XIII rionisi (yəni rayonu) sayılan Trasteverenin eyni adlı meydanında, qədim Porta Aurelia darvazalarından təxminən 400 metr şərq istiqamətində yerləşir. == Tarix == Binanın inşası İspaniya kralı Araqonlu Ferdinandın sifarişi əsasında memar Bramanteyə həvalə edilmişdir (əslən Lombardiya vilayətindən olmuş dahi memar, doğma Milan şəhərinin 1499-cu ildə fransız ordusu tərəfindən işğal olmasından hədsiz kədərlənərək, həmişəlik Romaya köçməyi qərara almışdır). Daha sonralar kapellanı əhatən edən monastır binasında ispan kralının tabeliyində olan ümumi toplantı və səsvermə orqanlarının baş idarələri yerləşdirilmişdir.
Yohans Brams
Yohans Brams (alm. Johannes Brahms‎; 7 may 1833[…], Hamburq, Almaniya ittifaqı[…] – 3 aprel 1897[…], Vyana, Avstriya-Macarıstan[…]) — alman bəstəkarı və pianoçusu, romantizm dövrünün əsas nümayəndələrindən biri. Hambuqda anadan olmuş, sonralar Vyanada, Avstriyada məskunlaşmışdır. == Həyatı == Atası Yohan Yakob Brams vaxtilə Hamburqa Şlezviq-Holşteyndən şəhər musiqiçisi olmaq arzusu ilə gəlmişdir. O bir neçə musiqi aləti üzrə mütəxəssis olmuş, lakin yaşayışını truba və ikili bas alətlərində ifa etməklə təmin etmişdir. Yohan Yakob özündən on yeddi yaş böyük olan Yohanna Henrika Kristiane Nissen adlı dərzi qadınla evlənmişdir. Onlar əvvəlcə şəhər tərsanələri yaxınlığında, Hamburqun Ganveyrtel adlanan hissəsində, daha sonra şəhərin şimal perimetrində yerləşən İçəri Alster bölgəsində, Dammtoval məhəlləsindəki kiçik bir evdə məskunlaşırlar. Oğluna ilk musiqi təhsilini də elə Yohan Yakob verir. Brams yeddi yaşından etibarən Otto Fridrix Villibald Köselldən pianoçuluq sənətini öyrənir. Brams ilkin yaşlarında böyük istedada malik olduğunu nümayiş etdirir, restoran və teatrlarda çıxış etməklə, eləcə də fərdi dərslər verməklə ailəsinin elə də çox olamayan gəlirlərinə öz töhfəsini verməyə başlayır.
İohannes Brams

Brameya
Brameya (lat. Brahmaea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin brameyalar fəsiləsinə aid heyvan cinsi.
Brameyalar
Brameyalar (lat. Brahmaeidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2010 •••••••••••••••• 0.27
2012 ••••• 0.09
2015 •••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.35
2018 ••••••••• 0.15

"bram" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bram nədir? #bram sözünün mənası #bram nə deməkdir? #bram sözünün izahı #bram sözünün yazılışı #bram necə yazılır? #bram sözünün düzgün yazılışı #bram leksik mənası #bram sözünün sinonimi #bram sözünün yaxın mənalı sözlər #bram sözünün əks mənası #bram sözünün etimologiyası #bram sözünün orfoqrafiyası #bram rusca #bram inglisça #bram fransızca #bram sözünün istifadəsi #sözlük