Braun sözü azərbaycan dilində

Braun

Yazılış

  • Braun • 98.0583%
  • BRAUN • 1.6644%
  • braun • 0.2774%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
A.Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 — 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. == Elmi əsərləri == 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
Addison Braun
Addison Braun (ing. Addison Brown; 21 fevral 1830, Qərbi Nyubari[d], Massaçusets – 9 aprel 1913, Nyu-York, Nyu-York ştatı) — ABŞ botaniki. == Əsərləri == An illustrated flora of the northern United States: Canada and the British possessions from Newfoundland to the parallel of the southern boundary of Virginia, and from the Atlantic ocean westward to the 102d meridian, three volumes. 1896—1898, yeni nəşr. — 1913. The Elgin Botanical Garden and its Relation to Columbia College and the New Hampshire Grants. 1908. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Addison Brown (ing.) Britton, Nathaniel; Addison Brown. An illustrated flora of the northern United States, Canada and the British Possessions From Newfoundland to the Parallel of the Southern Boundary of Virginia, and from the Atlantic Ocean Westward to the 102d Meridian. Volume III, Apocynacea to Compositae; Dogbane to Thistle.
Aleksandr Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 — 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. == Elmi əsərləri == 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
Braun-Blanq.
Jozias Braun-Blanket (fr. Josias Braun-Blanquet; doğulanda adı alm. Josias Braun‎, 3 avqust 1884, Kur[d] – 20 sentyabr 1980, Monpelye) — XX əsrin görkəmli geobotaniklərindən biridir.
Braun Universiteti
Braun Universiteti (ing. Brown University) — ABŞ-nin Rod-Aylend ştatının paytaxtı Providens şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1763-cü ildə Nyu-Cersi Kollecinin məzunu olmuş keşiş Ceyms Menninq Baptist (xristian məzhəblərindən biri) Kilsələri Assosiasiyası tərəfindən Rod-Aylend ştatına kollec axtarmağa göndərilir. Elə həmin vaxt başda Yel Kollecinin gələcək prezidenti Ezra Stayls olmaqla konqreqasionalistlər (kilsə icmaları birləşməsi) bu məqsədə xidmət edirdilər. Kollec Korporasiyası Cəmiyyətinin ilk toplantısı Rod-Aylend ştatında Nyuportda yerləşən Qədim Ev adlanan binada baş tutur. Yeni kollecin yaradılmasında Rod-Aylend ştatının qubernatorları və gələcəkdə Amerika inqilabçılarından olan Stivens Hopkins və Samuil Uord böyük rol oynayırlar. 3 mart 1764-cü ildə Böyük Britaniya kralı III Georq Rod-Aylend ştatında yeni kollec yaradılması haqqında xartiya imzalayır. Ali məktəbə Rod-Aylend Kolleci adı verilir. Xartiyanı kraldan başqa 60-dan çox şəxs imzalayır, bunların arasında kollecin təşkilatçılıq, maliyyələşmə və idarəolunmasında böyük xidmətləri olan Braun ailəsinin üzvləri (Con, Nikolas və Mozes qardaşları) də olur. Hazırda universitetin adını daşıdığı (1804-cü ildən) Nikolas Braun kollecə böyük miqdarda yardım edir.
Ceyms Braun
Ceyms Braun (ing. James Joseph Brown, 3 may 1933, Cənubi Karolina - 25 dekabr 2006, Atlanta) - ABŞ-lı ifaçı, musiqi sözlərinin müəllifi, soul və funk musiqisi janrılarının yaradıcısıdır. Bir sıra filmlərdə rol almışdır. Məşhur filmləri sırasında olan 1985-ci ildə çəkilmiş "Rokki 4" adlı filmdə epizodik rolda çıxış etmişdir. == həyatı == 20-ci əsr pop-musiqisinin ən tanınmış nümayəndələrindən biri. Yoxsul ailədə doğulmuşdur. 1954-cü ildə The Famous Flames musiqi kollektivinə üzv olan Braun tezliklə onun liderinə çevrildi. Braunun 1956-cı ildə buraxılmış “Please Please Please” sinqli emosional ifa tərzi ilə (sonralar bu “soul” adlandı və ritm-end-blüz çartlarına daxil oldu) seçilirdi. 1960-cı illərin ortaları Braunun musiqi karyerasında qızıl dövr adlanır: onun populyarlığı bütün ölkəni fəth etdi. “İt’s a Man’s, Man’s, Man’s World” balladası, “I Got You (I Feel Good)” mahnısı, “Qremmi” mükafatına layiq görülmüş “Papa’s Got a Brand New Bag” kompozisiyası və s.
Con Braun
Con Braun (ing. John Brown; 9 may 1800[…] – 2 dekabr 1859[…]) — Amerikalı abolisionist. == Fəaliyyəti == Con Braunun quldarlıqa qarşı mübarizəsi 1834-cü ildən başlayır. 1839-cu ildə Braun Nyu-York şəhərinə köçmüşdür. Burada digər bir Abolisionist Gerit Smit ilə tanış olur. Sonralar Braun Gerit Smit tərəfindən hədiyyə olunan ərazilərdə yaşamağa başlamışdır. Con Braunun məşhurlaşmasında 1845-ci ildə Kanzas ştatında baş vermiş hadisələrin rolu böyükdür. Həmin ildə Kanzas ştatında dövlətə məxsus istifadəsiz ərazilərin pulsuz olaraq yerli əhaliyə paylanaçağı xəbəri insanlarda çaşqınlıq yaratmışdır. Qara dərili insanların ağır şərtlərdə yaşadığı Kanzasa gələn Con Braun burada qiyamın təşkil edilməsinə rəhbərlik edir. Braun silahı mübarizəyə 1855-ci ildə başlamışdır.
Alfred Radklif-Braun
Alfrеd Radklif – Brаun (1881-1955)—Böyük Britaniya etnoqrafı, sosial antropoloqu. == Həyatı == Alferd Recinald Radklif Braun (1881-1955) – ingilis sosioloqu və XX əsrin birinci yarısının ən məşhur antropoloqlarından biri Radklif Braun Birminqemdə Kral Edvard orta məktəbində oxumuş, həmin məktəbin təqaüdçüsü olmuşdur. İmtahandan lazımı nəticəni toplayan Braun, Tirinti kollecinə qəbul olur və 1906-cı ildə oranı fərqlənmə ilə bitirir. Əvvəllər təbiətşünaslığı seçsə də, onun tyutoru U. Rauz Ball onu sosial elmlərə yönəltmişdir. 1905-ci ildə o, sinif siyahısında birinci olmaqla bakalavr dərəcisini aldı. Universitetdə oxuyarkən, Redkliff Braun belə qənaətə gəldi ki, sosial elmlərdə təbitərşünaslığın metodlarından istifadə oluna bilər.O bir müddət İngiltərədə işlədikdən sonra, Keyptaun, Sidney, Çikaqo və Oksford universitetlərində kafedra müdiri vəzifəsində çalışmışdır. Radklif Braun həmçinin Çin və Brazilya universitetlərində mühazirələr oxumuş İsgəndiyyədə sosial tədqiqatlar instituna başçılıq etmişdir. Hələ Sidneydə olarkən Avstraliya milli tədqiqat şurası ilə birlikdə “Okeaniya” jurnalını çap etdirmiş, jurnala bir müddət rəhbərlik etmişdir.1937-ci ildə Londona qayıtmış və Oksford universitetində Sosial Antropologiya kafedrasına rəhbərlik etmişdir. 1946-cı ilə qədər bu vəzifəni icra etmiş, 1955 -ci ildə isə vəfat etmişdir.Gənc yaşlarında o Peter Kropotkinin təsirinə düşmüş, anarxist düşüncəyə malik olduğu üçün, öz üzərində çalışmış və natiqlik bacarığı ilə yanaşı yaxşı yazı üslubu da qazanmışdı. Yaşı artdıqca o, bu bacarıqlarından müəllimlik peşəsində istifadə etmişdir.
Braun Maykl Stüart
Braun Maykl Stüart (13 aprel 1941[…], Bruklin, Nyu-York ştatı) — məşhur Amerika həkimi və biokimyaçısı. İrsi hiperkolesterolemiya reseptorunun kəşfi ilə əlaqədar tədqiqat aparmaq üçün Joseph Goldstein ilə birlikdə 1985-ci ildə Tibb və Fiziologiya üzrə Nobel Mükafatını aldı. 1977 ildən Texas Universitetinin Tibb Məktəbi nəzdindəki Genetik Xəstəliklər Mərkəzinin direktorudur. == Həyatı == 13 aprel 1941-ci il tarixində Bruklində anadan olub. 1962-ci ildə Pensilvania Universitetinə qəbul olur və 1966-cı ildə həmin universitetin tibb fakültəsini bitirir. O vaxtdan bəri Southwestern Medical Center-də xolesterol metabolizması sahəsində işləyir. Dünyanın aparıcı bioloji və tibbi jurnallarında çoxsaylı məqalələrin müəllifidir.
Den Braun
Den Braun (ing. Dan Brown, 22 iyun 1964[…], Ekseter[d], Nyu-Hempşir) — amerikan yazıçı, jurnalist və musiqiçisidir. Den Braun əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan Rəqəmsal qala, Mələklər və iblislər, Da Vinçi şifrəsi, Yalan nöqtəsi, İtirilmiş simvol, Cəhənnəm, Başlanğıc (ing. Origin (2017) kimi bestsellerlərin müəllifidir. Onun birinci romanı olan Rəqəmsal qala ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə həsr olunmuşdur. == Həyatı == Den Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Den riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində dərs keçirlər. Anası-Konstansiya Braun həmin təhsil müəasisəsində müsiqi dərsi deyib.
Eduard Braun
Eduard Qranvil Braun (ing. Edward Granville Browne; 7 fevral 1862 – 5 yanvar 1926, Kembric) — Böyük Britaniya şərqşünası, yazıçısı, tərcüməçisi, alimi. == Həyatı == Bəhai dinini qəbul etmişdir. Babın Bəyan kitabını ingilis dilinə tərcümə etmişdir. == Əsərləri == "İran ədəbiyyatı tarixi", 1906 == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Э. Г. Браун. Конспект Персидского Байана A YEAR AMONGST THE PERSIANS — IMPRESSIONS AS TO THE LIFE, CHARACTER, & THOUGHT OF THE PEOPLE OF PERSIA — Received during Twelve Months' Residence in that Country in the Year 1887—1888. The Persian Revolution of 1905—1909 Arxivləşdirilib 2009-01-08 at the Wayback Machine, by Edward G. Browne, with a new introduction by Abbas Amanat in the Persia Observed series by Mage Publishers (1995, 2006) E.G. Browne. Literary History of Persia. (Four volumes, 2,256 pages, and twenty-five years in the writing). 1998.
Eva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münhen, Bavariya Krallığı – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Herbert Braun
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[…] və ya 1912, London – 19 dekabr 2004[…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). == Həyatı == Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur. Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir.
Karl Braun
Karl Ferdinand Braun (alm. Karl Ferdinand Braun;‎ 6 iyun 1850[…], Fulda, Almaniya ittifaqı – 20 aprel 1918[…], Nyu-York, Nyu-York ştatı) – Alman elektrik mühəndisi, ixtiraçı, fizik və Fizika üzrə Nobel mükafatı laureatı. Braun radio və televiziya texnologiyasının inkişafına əhəmiyyətli dərəcədə töhfə vermişdir: O, 1909-cu ilin Fizika üzrə Nobel mükafatını "Radioteleqrafın inkişafında verdikləri töhfələrinə görə" Qulyelmo Markoni ilə bölüşdü. == Bioqrafiya == Braun Almaniyanın Fulda şəhərində anadan olub və Marburq Universitetində təhsil alıb və 1872-ci ildə Berlin Universitetindən doktorluq dərəcəsi alıb. 1874-cü ildə bir təmas nöqtəsi yarımkeçiricinin dəyişən cərəyanı yaratdığını kəşf etdi. 1895-ci ildə Fizika İnstitutunun direktoru və Strasburq Universitetində fizika professoru oldu. 1897-ci ildə ilk elektron-şüa borusu və elektron-şüa borusu osiloskopunu qurdu. Radionun inkişafı dövründə radioteleqrafiya üzərində işləmişdir. 1897-ci ildə Braun radio qabaqcılları sırasına qatıldı. Braun teleqrafiya mövzularında çoxlu elmi məqalə yazmışdı və "Electrician" və digər elmi jurnallara verdiyi çoxlu töhfələr sayəsində tanınmışdı.
Karolin Braun
Karolin Braun (ing. Carolyn Browne; d. 19 oktyabr 1958, Yorkşir, İngiltərə) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı (2007-2011) və Qazaxıstandakı (2013-cü ildən) fövqəladə və səlahiyyətli səfiri.
Kolton Braun
Kolton Braun (8 oktyabr 1991) — ABŞ-lı cüdoçu. Kolton Braun ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kolton Braun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Sudanın nümayəndəsi İslam Monir Suliman ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kolton Braun 1/8 final mərhələsində Fransa təmsilçisi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 0:10 hesabı ilə uduzdu.
Kris Braun
Kristofer Mauris Braun (d. 5 may 1989, Tappahannok, Virciniya) amerikan müğənni, reper, bəstəkar, rəqqas və aktyor. Kris ilk vaxtlar kilsə xorlarına və bir neçə yerli istedad proqramlarına qatılmışdır. 2004-cü ildə ilk albomu olan Chris Brown çıxmışdır. Ammika Harris ilə evliliyindən Aeko Catori Brown adlı oğlu var. Digər bir qızı isə Royalty Browndur.
Maksim Braun
Maksim Braun (16 aprel 1993) — Qazaxıstanlı biatlonçu. Maksim Braun Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim Braun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Braun 27:46.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 85-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mayk Braun
Mayk Braun (ing. Michael E. Brown; 5 iyun 1965, Hantsvill, Alabama) — Erida və bir sıra Neptunxarici cisimi kəşf edən ABŞ-lı astronom. == Həyatı == Mayk Braun 2003-cü ildən Kaliforniya Texnologiya İnstitutunda planetlərlə bağlı sahədə professor kimi fəaliyyət göstərir. Komandası ilə birlikdə Erida kimi Neptunxarici cisimlər kəşf etmişdir. Özünü "Plutonu öldürən insan" kimi qəbul edir, çünki Erida kimi Plutondan böyük Neptunxarici cisimləri kəşf etdikdən sonra, Pluton cırtdan planetlər sırasına daxil edilmişdir. 2010-cu ildə "Plutonu kim öldürdü?" adlı kitabı dərc olunmuşdur. === Gənclik illəri və təhsili === Mayk Braun ABŞ-nin Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Bu şəhərdə yerləşən Virgil Qrissom məktəbinin məzunudur. Prinston Universitetində fizika təhsili almışdır. Prinston Şəhər klubunun üzvüdür.
Qaston Braun
Qaston Alfanso Braun (ing. Gaston Alfonso Browne; 9 fevral 1967, Villa[d]) — Antiqua və Barbudanın hazırkı Baş naziri. == Həyatı == Braun 9 fevral 1967-ci ildə Antiqua və Barbudada Villa məntəqəsində anadan olub. Özünün sözlərinə görə, gənclik həyatı son dərəcə ağır keçib. Uşaq ikən "Gray's Farm"-də kasıb və ahıl ata nənəsi ilə birlikdə yaşayıb. Nənəsinin ölümündən sonra adanın başqa səmtindəki yoxsul bir ərazidə böyüyüb. === Təhsili === Orta təhsilini ümummilli qəbul imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra Villada yerləşən ibtidai məktəbdə, daha sonra Şahzadə Marqaret Məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra Qaston İngiltərədəki "City Banking College"-ə daxil oldu və burada Bank və Maliyyə ixtisası üzrə təhsilini davam etdirmişdir. Daha sonra alaraq Mançester Universitetini magistr dərəcəsi ilə bitirmişdir. === Karyerası === Əmək fəaliyyətinə Antiqua və Barbudadakı "Swiss American Banking Group"-da menecer vəzifəsində başlamışdır.
Qordon Braun
Ceyms Qordon Braun qısaca Qordon Braun (20 fevral 1951[…], Qiffnok) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri və İşçi Partiyasının ümumi başçısıdır. 1997 ilə 2007 illəri arasında Toni Bleyerin hökumətində Maliyyə Nazirliyi etmişdir.
Sara Braun
Sara Braun (31 oktyabr 1963) — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı. == Həyatı == Sara Braun 1963-cü ilin oktyabrın 31-də anadan olub. Braun Bristol Universitetinin psixologiya fakültəsini bitirib. O, 2000-ci ildə Britaniyanın baş naziri Qordon Braunla ailə həyatı qurub. Onların Con və Ceyms Fraser adlı iki övladı var. 2001-ci ildə doğulan ilk övladı Cenifer Con isə dünyasını dəyişib. Braun ədəbiyyatla maraqlanır. O, yazıçı C.K. Rovlinqin yaxın dostudur.
Silviya Braun
Silviya Braun (ing. Sylvia Browne) - amerikalı ekstrasens medium, hipnoterapist və yazıçıdır. == Həyatı == Yəhudi bir ata və protestant bir ananın qızıdır, ancaq özünə qabiliyyətinin nənəsindən (ana tərəf) Ada Kolendən keçdiyini deyir (nənəsi də ekstrasensdir). Anasının bu mövzuları bir "axmaqlıq" olaraq adlandırmasından ötrü nənəsi ilə daha yaxın olmuşdur. Özü reinkarnasiyaya inanır və hər kəsin əslində özündən aslı bir ruhani rəhbəru olduğunu, qabiliyyətli olaraq adlandırılan insanların digər insanlardan tək fərqinin öz ruhani rəhbərləri ilə əlaqə qura bilmələri olduğunu diqqətə çatdırır. O biri dünyada həyat adlı kitabı o biri dünya həyatı ilə əlaqəli ən çox oxunan kitablardan biri olmuşdur.
Yeva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münhen, Bavariya Krallığı – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Kalani Braun
Kalani Braun - 21 mart 1997-ci ildə anadan olub. WNBA-nın Dallas Wings və Maccabi Bnot Ashdod üçün Amerikalı peşəkar basketbolçudur. O, basketbolçu karyerası ərzində bir çox mükafatlar alıb və 2017 və 2018 mövsümlərindən sonra Qadın Basketbol Məşqçiləri Assosiasiyası (WBCA) tərəfindən Ümumamerikalı adına layiq görülüb. == WNBA Karyera == === Dallas Wings === 2 fevral 2023-cü ildə Braun Dallas Wings ilə təlim-məşq toplanışı zamanı müqavilə imzaladı. Braun Wingslə təlim-məşq toplanışından keçdi, lakin onların etdiyi son əsas heyətdə yer ala bilməyən basketbolçulardan biri oldu və o, 2023 Açılış Gecəsi siyahısında yer almadı. O, bir neçə həftə sonra Wings-ə qayıtdı, çünki o, Wings-in komandada zədələri olduğuna görə Çətinlik Müqaviləsi imzaladı. 23 iyun 2023-cü ildə Braun Wingslə Çətinlik Müqaviləsindən azad edildi. Bir gün sonra Wings ilə başqa bir Çətinlik Müqaviləsi ilə qayıtdı. Çətinlik Müqaviləsi sadalanan tərəflərin öhdəliklərini tarazlaşdırmağa kömək etmək üçün müqavilələrə çətinliklə bağlı müddəalar daxil edilir. Vəziyyətlər dəyişirsə və bir tərəf indi qeyri-bərabər öhdəlik götürürsə, çətinlik bəndi müqavilələrin şərtlərinin dəyişdirilməsinə imkan verir.
Aconitum braunii
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonim == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Ageratina luciae-brauniae
Ageratina luciae-brauniae (lat. Ageratina luciae-brauniae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Astragalus brauntonii
Astragalus brauntonii (lat. Astragalus brauntonii) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Başlanğıc (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Benthophiloides brauneri
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Benthophilus brauneri
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Braun Tibb Məktəbi
Alpert Tibb Məktəbi (ing. The Warren Alpert Medical School of Brown University) — Braun Universitetində tibb proqramını həyata keçirən təhsil müəssisəsi == Tarixi == 1811-ci ildə yaradılmışdır.1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır.2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir. Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur. == Fəaliyyəti == Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir.Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir.Burada 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir. Ümumilikdə, tibbi təhsil burada 8 ildir. Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir. == Mərkəz və hospitalları == Alpert Tibb Məktəbinin nəzdində Providens Tibb Mərkəzi və Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları fəaliyyət göstərir.
Brauner kərtənkələsi
Brauner kərtənkələsi (lat. Darevskia brauneri) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Çoxalması == Yumurta qoymaqla çoxalır. 2–6 olmaqla yumurta qoyur. İnkubasiya dövrü 55–60 gün davam edir. == Yayılması == Onlar əsasən Gürcüstanın Qara dəniz sahillərinə yaxın ərazilərdən Rusiyada Kuban çayının sahillərinə qədər olan ərazilərdə yayılmışdır. Gürgüstanın Abxaziya ərazisində, Rusiyada isə Qaraçay-Çərkəz ərazilərində dağlıq ərazilərdə rast gəlinir. 1800 m yüksəkliklərə qədər yayıla bilir.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Brauneria
Exinasea (lat. Echinacea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Exinasea- bu cinsin adı çiçəyinin iynəşəkilli kasa yarpaqlarına görə yunancadan "kirpi" kimi tərcümə olunur. Bu cinsin Atlantik okeanı yaxınlığında və Şimali Amerika rayonlarında bitən 3 növü məlumdur. Yaşıllaşdırmada onların yalnız bir növündən geniş istifadə olunur. Al-qırmızı exinasea (E.purpurea Moench)- hündürlüyü 60 sm-ə çatan gövdəsi zərif tüklərlə örtülmüş çoxillik bitkidir. Dişcikli yarpaqları kökətrafı rozetə yığılmışdır. Səbətləri iridir, diametri 15 sm-ə çatır. Çiçəyin qıraqlarında al-qırmızı, bəzən ağ dilcikli çiçəklər, ortasında isə qızılı-sarı rəngli, boruşəkilli çiçəkləri vardır. Exinaseanın kökləri çox vaxt torpağın üzərinə çıxır və qışda tez donur.
Brauni
Brauni (ing. Chocolate brownie) — şokoladlı pirojna. Xarakterik qəhvəyi rəngdə (ing. brown — «qəhvəyi») olduğu üçün brauni adlandırılmışdır. Düzbucaqlı formada kəsilmiş şokolad piroqu olan brauni amerikan mətbəxinin ənənəvi yeməyidir. == Tərkibi == 4 yumurta 1 st şəkər tozu 150 qr. kərə yağı 150 qr. tünd şokolad 1 xörək qaş. kakao 1 paket vanil 1 paket qabartma tozu 4 xörək qaş. un == Hazırlanması == Qaba yumurtaları qırın və şəkəri əlavə edib, əriyənə qədər çırpın.
Brauning M1917 Pulemyot
M1917 Brauning pulemyotu — Birinci Dünya müharibəsində, İkinci Dünya müharibəsində, Koreya müharibəsində, Vyetnam müharibəsində və Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri tərəfindən istifadə edilən ağır bir pulemyotdur; digər ölkələr tərəfindən də istifadə edilmişdir. Bu, hava soyutma ilə daha asan M1917 Brauning ilə xidmət edən bir bantlı qidalanma və su soyutma ilə xidmət edən ekipaj pulemyotu idi. Batalyon səviyyəsində və tez-tez nəqliyyat vasitələrinə (məsələn, cip kimi) quraşdırılırdı. M1917, bəzi təyyarələrdə, eləcə də torpaq rolunda istifadə edilən, dəqiqədə 450 çekim dövrü sürətinə malik idi. M1917A1 450-dən dəqiqədə 600 atışa qədər bir dövrü sürətinə sahib idi.
Braunit
Braunit — mineral, Mn2+ Mn63+ [O8| SiO4] == Haqqında == Braunit lonqbanit ilə dimorfdur. Mn qismən Fe3+-lə əvəz olunur. Qatışıqları Ba, Ca və Mg. Tetraedr. Kristaları dipiramidal, psevdooktaedrik, prizmatik, pazabənzər. İkiləşmə {112} üzrə. Ayrılma {101} üzrə mü­kəm­məl. Aqreqat: dənəvər. Rəngi poladı-boz, qəhvəyi-qara və qara. Cizgisi qonuru-qara.
Braunson adası
Braunson adası (ing. Brownson Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Etolin adasının cənub-şərq sahillərində yerləşir, ondan dar Kanoe boğazı ilə ayrılır. Uzunluğu təxminən 11 km, eni isə 1,6 ilə 3,2 km arasındadır. Adanın hündürlüyü dəniz səviyyəsindən təxminən 300 m-ə çatır. Braunson adasının cənubunda bir neçə kiçik adacık vardır. Adanın cənub ucunda yerləşən bir neçə qaya yalnız çəkilmə zamanı görünür.
Braunşveyq
Braunşveyq — Almaniyanın Aşağı Saksoniya vilayətinin ikinci ən böyük şəhəri.
Ceyms Braun (BMX sürücüsü)
Ceyms Braun (26 iyun 1989) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Ceyms Braun Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Ceyms Braun 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.897 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.61 dəfə / 1 mln.
2002 ••••••••••••••• 10.28
2003 •••••••••••••• 9.45
2004 •••••• 3.71
2005 •••• 2.70
2006 ••••••• 4.73
2007 ••••••••••••••••• 11.63
2008 •••••••••••••• 9.26
2009 •••••••••••••••••••• 13.76
2010 •••••••••••••• 9.08
2011 ••••••••• 5.66
2012 ••••••• 4.13
2013 •••••••••• 6.86
2014 ••••••• 4.29
2015 ••••• 3.23
2016 •••• 2.26
2017 •••••• 3.58
2018 ••• 1.65
2019 •••• 2.09
2020 •••••• 3.45

"braun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#braun nədir? #braun sözünün mənası #braun nə deməkdir? #braun sözünün izahı #braun sözünün yazılışı #braun necə yazılır? #braun sözünün düzgün yazılışı #braun leksik mənası #braun sözünün sinonimi #braun sözünün yaxın mənalı sözlər #braun sözünün əks mənası #braun sözünün etimologiyası #braun sözünün orfoqrafiyası #braun rusca #braun inglisça #braun fransızca #braun sözünün istifadəsi #sözlük