Bray sözü azərbaycan dilində

Bray

Yazılış

  • Bray • 77.7778%
  • bray • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Brayan Belendorf
Brayan Belendorf (ing. Brian Behlendorf; 30 mart 1973) — texnoloq, proqramçı və Azad proqram təminatı proqramının əsas rəqəmlərindən biri. Apache web serverinin əsas inkişafçısı idi. 2003-cü ildən etibarən Mozilla Fondunun idarə heyətinin üzvüdür.
Brayan Benben
Brayan Benben (ing. Brian Benben, 18 iyun 1956, Vinçester, Virciniya, ABŞ) — ABŞ aktyoru və televiziya işçisidir. == Həyatı == Brayn Benben 1956-cı ildə ABŞ-nin Virciniya ştatında satıcı ailəsində anadan olmuşdur. 1981-ci ildə "Qanqsterlər xronikası" televiziya serialında rol almışdır. Bu serialda gələcək həyat yolda Medelin Stou ilə tanış olur. Serialda Brayan qanqster rolunda, Medlin Stou isə onun həyat yoldaşı rolunda iştirak edirlər. Brayan Benben 1982-ci ildə Medlin Stou ilə evlənir və ondan 1996-cı ildə Mey adında qız övladı dünyaya gəlir. 1990-cı ildə Qaranlıq mələyi filmində Smit rolunu oynayaraq məşhurlaşır. 1998–2000-ci illərdə "Brayn Benbenin şousu" televiziya verilişinin aparıcısı olur. 2007-ci ildə sonuncu dəfə "Şəxsi təcrübə" serialına çəkilir.
Brayan Brobbi
Brayan Ebenezer Adcey Brobbi (1 fevral 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Brobbi Amsterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 7 iyun 2018-ci ildə Brobbi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Brobbi peşəkar futbolçular olan Kevin Lukassen, Derrik Lukassen və Samuel Brobbinin qardaşıdır. Brobbi öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 59-cu dəqiqədə Leo Tethanini əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. Brobbi Ayaks klubunun heyətində meydana çıxan 5-ci Afrikalı futbolçu kimi tarixə düşmüşdür. Brobbi hal-hazırda Mançester Siti və Mançester Yunayted klublarının diqqət mərkəzindədir. == Şəxsi həyatı == Brobbi Amsterdam şəhərində anadan olmuşdur.
Brayan Daffi
Brayan Daffi — (15 iyun 1933[…], London – 31 may 2010[…], Birləşmiş Krallıq) — ingilis fotoqraf. 1960–70-ci illər karyerasının ən parlaq illəri hesab olunur. == Uşaqlıq və gənclik illəri == Brayan Daffi 1933-cü ildə Londonda irlandiyalı bir ailədə dünyada gəlmişdir. II Dünya müharibəsində iki qardaş və bir bacısı ilə birlikdə ailəsində uzaq qalmaq məcburiyyətində qalsa da, bu ayrılıq uzun sürmür. Londonda vəziyyət pisləşdikcə bir neçə dəfə evdən ayrılmalı olmuşdur. Müharibədən sonra liberal məktəbinə getmiş, uşaqların mövcud vəziyyətlərini yaxşılaşdırmağı qarşısına məqsəd qoymuşdur. Daha sonralar Kentiş qəsəbəsindəki məktəbdə təhsil almış, burada opera, balet, məktəb ekskursiyaları kimi bir çox sosial fəaliyyət ilə məşğul olmuşdur. Bu fəaliyyətlərə digər uşaqları da cəlb etməklə onların problemlərini həll etməyə çalışmışdır. Müəllimləri Brayanın yaradıcılıq qabiliyyətini gürüb onu "Saint Martini incəsənət məktəbi"nə (Saint Martin's School of Art) yönləndirdilər. Növbəti illlərdə paltar dizaynı kursunaa getmişdir.
Brayan De Palma
Brayan De Palma (11 sentyabr 1940[…], Nyuark, Nyu Cersi) — görkəmli Amerika kino rejissoru. == Karyerası == Brayan De Palmanın karyerası 1960-cı ildə başlanıb. == Mükafatları == 1969-cu ildə Gümüş Ayı Mükafatı, 2007-ci ildə isə Gümüş Şir Mükafatı. == Filmoqrafiya == Çəkdiyi filmlər arasında "Toxunulmazlar" (1987), "Karlitonun yolu" (1993), "Vəzifə həyatakeçirilməzdir" (1996), "Marsa vəzifə" (2000), "Qara səhləb" (2006).
Brayan Konietzko
Brayan Konietzko (ing. Bryan Konietzko) — amerikan cizgiçi, cizgi rejissoru və produsserı. "Avatar: Aanq haqqında əfsanə" və "Korra əfsanəsi" cizgi serialların müəllifi kimi bilinir. == Həyatı == Brayan Konietzko Corciya ştatında Rozuell orta məktəbini bitirib. 1998-ci ildə Rod Aylend dizayn məktəbində Bakalavr dərəcəsini alıb. Film Roman studiyada personajlar dizaynnan iştəmişdi. Orada "Family Guy" üçün personajları yaradırdı və "King of the Hill" ilə "Mission Hill" layihələrdə direktorun köməkçisi kimi iştəyirdi. Nickelodeon-da isə "Invader Zim" layihədə eskizlərin rəssamı və art direktor kimi iştəyirdi. Brayn bir musigi qrupun üzvüdür. Bu qrupun «Our Ancestor’s Intense Love Affair and At Night» və «Under Artificial Light» albomları var.
Brayan Krenston
Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956, Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Bədbəxt" teleserialında ifa etdiyi Volter Vayt personajı ilə tanınma qazanıb. O, həmçinin 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomunda Hal personajını canlandırıb. Krenston altı "Praymtaym Emmi", iki "Toni" və "Qızıl Qlobus" mükafatı laureatdır. == Həyatı == Brayan Krenston 7 mart 1956-cı ildə Los-Ancelesin Hollivud bölgəsində üç uşaqdan ikincisi olaraq anadan olub. Anası Annalisa "Peqqi" radio aktrisası, atası Cozef Luiz Krenston isə aktyor və keçmiş həvəskar boksçu olub. Atası irland, alman və avstriyalı aşkenazi yəhudisi mənşəli, anası isə alman mühacirlərinin qızı idi. Onun özündən böyük Kayl adlı qardaşı və özündən kiçik Emi adlı bacısı var. Krenston San Fernando vadisində yerləşən Canogna Park məhəlləsində böyüyüb.
Brayan Qrin
Brayan Rendolf Qrin (ing. Brian Randolph Greene; 9 fevral 1963[…], Nyu-York, Nyu-York ştatı) — amerikan nəzəriyyəçi fiziki və riyaziyyatçısı, elmin populyarlaşdırıcısı, ən məşhur sim nəzəriyyəçilərindən biri. Qrin 1990–1995-ci illərdə Kornell Universitetində fizika professoru olub və 1996-cı ildən Kolumbiya Universitetinin professoru və 2008-ci ildə həmtəsisçilərindən biri olan Ümumdünya Elm Festivalının sədridir. Qrin iki müxtəlif Kalabi-Yau çoxobrazlılarına (konifoldu onun orbifoldlarından biri ilə konkret əlaqələndirir) aid güzgü simmetriyası üzərində işləmişdir. O, həmçinin flop-keçidini, topoloji dəyişikliyin xəfif formasını təsvir etmiş, sim nəzəriyyəsində topologiyanın konifold nöqtəsində dəyişə biləcəyini göstərmişdir. Qrin geniş ictimaiyyət üçün kitabları, "Zərif kainat", "Zamanın kənarındakı İkar", "Kosmosun strukturu", "Gizli reallıq" və onlarla əlaqədar PBS xüsusi televiziya proqramları vasitəsilə daha geniş auditoriya tərəfindən tanınmışdır. O, həmçinin Böyük partlayış nəzəriyyəsi teleserialının Bitki bağçasının cücərməsi bölümündə, həmçinin Tezlik və Son Mimzi filmlərində rol alıb. Hal-hazırda Atom alimləri bülleteninin Sponsorlar Şurasının üzvüdür. 2020-ci ilin fevralında onun podkastçı Co Roqana verdiyi müsahibəsinə milyonlarla insan tərəfindən izlənilmiş və ya dinlənilmişdir. == Bioqrafiyası == Brayan Qrin Nyu Yorkda yəhudi ailəsində anadan olmuşdur.
Brayan Sims
Brayan Kendall Sims (ing. Brian K. Sims; 16.9.1978 — Pensilvaniya Nümayəndələr Palatasının 182-ci bölgəsindən olan ABŞ Demokrat Partiyasının üzvü. 2012-ci ildə nümayəndə qismində seçilmiş Brayan Sims, eyni zamanda vəkil və LGBT vətəndaş hüquqlarının müdafiəçisi kimi də aktiv fəaliyyət göstərir. Bundan başqa, Sims Pensilvaniya tarixində qanunverici məclisə seçilmiş ilk açıq homoseksual üzvdür. == Həyatı və karyerası == Sims Vaşinqton şəhərində, iki ordu üzvü olan podpolkovnik ailəsində anadan olmuşdur. Pensilvaniya ştatına 1990-cı ildə köçməzdən öncə, Brayan Sims düz yeddi ayrı ştatda yaşamışdır. Magistratura təhsilini 2000-ci ildə Blommsburq Universitetində tamamlayan Sims, 2001-ci ildən həmin Universitetin nəzdində yaradılmış futbol komandasının ikinci kapitanı olmuş və alim-idmançı kimi məşhurlaşmışdır. Universitetin ikinci kursunda təhsil alarkən, Sims II divizionun ən uzun mövsümü zamanı komanda yoldaşlarına homoseksual olduğunu açıq şəkildə etiraf edir. Bunun nəticəsində o, NCAA (Milli Tələbə İdmanı Assosiasiyası) və regional All-American turnirinin kapitanı kimi, turnir tarixinin yeganə açıq homoseksual kimliyə sahib kollec futbol kapitanı olur. 2004-cü ildə Miçiqan Universitetinin hüquq fakültəsində oxuyarkən, Sims beynəlxalq və müqayisəli hüquq sahəsində Hüquqşünaslıq Doktoru (ing.
Brayan Smit
Brayan Ceykob Smit (ing. Brian Jacob Smith; 12 oktyabr 1981, Dallas) — Amerikalı aktyor. 2005-ci ildə Cinayətə nifrət filmində Trey, hərbi elmi fantastika serialı olan Ulduz qapıları dünyası-da Metyu Skott və Səkkizinci hiss serialında Uill Qorski rolu ilə tanınır. == Həyatı və təhsili == Smit əslən Texasın Allen şəhərindəndir. O ştatın Plana şəhərində yerləşən Collin County Community Kollecində teatr proqramı üzrə təhsil alıb. Kolumbiyada Stephens Kollecində bir il təhsil aldıqdan sonra o, Nyu York şəhərinə gedərək orada Juilliard Məktəbində dörd illik drama dərslərinə qatıldı və burada Nikol Behari ilə sinif yoldaşı oldu (Group 36: 2003–2007). Smit oranı incəsənətlər üzrə bakelavr dərəcəsi ilə bitirdi.
Brayan Tompson
Brayan Tompson (ing. Brian Thompson; 28 avqust 1959, Ellensburq, Vaşinqton) — ABŞ aktyorudur. == Həyatı == Brayan Tompsonr 1963-cü ildə ABŞ-nin paytaxtı Vaşinqton ştatında dünyaya gəlmişdir. Onun anası fin əsilli, atası isə hindu əsillidir. Mərkəzi Vaşinqton Universitetinin "menecment" vəzifəsini bitirmişdir. Həmçinin, Kaliforniya Universitetini bitirərək incəsənət üzrə magistr dərəcəsini almışdır. 1981-ci ildən başlayaraq seriallarda çəkilməyə başlayır. 1984-cü ildə isə ilk dəfə olaraq Terminator filmində epizodik rolu ifa edir. 1986-cı ildə çəkilən Kobra filmində isə əsas qəddar personaj olur. 1990-cı ildə Cəsur ürək filminə çəkilir.
Brayan Treysi
Brayan Treysi (5 yanvar 1944, Şarlottaun) — Kanada əsilli Amerikalı motivasiyalı ictimai natiq və özünü təkmilləşdirmə üzrə müəllif. O, onlarla dilə tərcümə edilmiş səksəndən çox kitabın müəllifidir. Onun məşhur kitabları: Həqiqətən dəyər verdiyini qazan, O qurbağanı ye!, Bəhanələrə yox!, Daxili İntizamın Gücü və Nəailiyyət Psixologiyası. == Həyatı == Brayan Treysi 27 noyabr 1944-cü ildə, Şarlottaunda, Kanadada doğulmuşdur. Heykəltəraşlıq üzrə professor olan atası,Toronto Universitetində işlədiyindən ailə Torontoya köçür. 1952-ci ildə Kaliforniyaya köçürlər və Brayan 16 yaşınadək orada qalır. 1960-cı ildə isə onlar Britaniya Kolumbiyasına, Vankuverə köçürlər və Brayan orada Ali məktəbə daxil olur lakin, təhsilini yarımçıq qoymalı olur. Bir müddət taxta emalı sexində, fabrikdə və tikintidə işlədikdən sonra Norveçin Hanifaks yükdaşıma şirkətində işə düzəlir və gəmi ilə dünya səyahətinə çıxır. Brayan növbəti 7 ili işləyərək və səyahət edərək 80-dən artıq ölkədə olmuşdur. 21 yaşında iki dostu və Land Rover maşını ilə Saxara səhrasını keçərək Qibraltardan Qərbi Afrikaya səyahət etmişdir.
Brayan Şmidt
Brayan Şmidt — Stromlo Rəsədxanası və Tədqiqat Məktəbində professor və Astronomiya və Astrofizika üzrə tədqiqatları ilə tanınan alim. 2011-ci ildə Nobel mükafatına layiq görülmüşdür. == Həyat yolu == 24 Fevral 1967-ci ildə balıqçılıqla məşğul olan bir ailənin yeganə uşağı olaraq dünyaya gəldi. 13 yaşındaykən ailəsi Alyaskaya köçdü. Beş yaşından bəri meteoroloq olmağı dilə gətirmiş, 1993-cü ildə doktorluq dissertasiyasını bitirmiş, sonra isə Robert Kirşnerin Harvard Universitetində idarə etdiyi və II. Tip Supernova'dan 1992-ci ildə istifadə etmişdir. == Töhvələri == Şmidt 1995-ci ildə Stromlo rəsədxanasını keçmədən öncə Astrofizika Harvard Smitsonian mərkəzində 1993-1994-cü illərdə təhsil almağa davam etdi. Kainatın genişlənmə sürəti artıq I.Tip Supernova izləmə yolu ilə elmi araşdırmalar ortaya atdı. 1998-ci ildə Adam Riess ilə işləməyə başladı. Onlar birlikdə kainatın genişlənmə sürətinin getdikcə artdığını kəşf etdilər.
Brayda zolaqlı balina
Brayda zolaqlı balina (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır. == Yayılması == Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir. == Xariçi görünüşü == Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Brayde zolaqlı balina
Brayda zolaqlı balina (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır. == Yayılması == Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir. == Xariçi görünüşü == Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Brayduel
Brayduel (ing. Bridewell Palace) — sərt rejimli, qədim həbsxana. XVII əsrin memuarlarında qeyd olunur ki, Brayduel islah həbsxanası olsa da, əslində onu məşhur edən bu olub ki, oraya düşmək ölümdən pis idi. Bu həbsxananın necə dəhşətli bir yer olmasını Çarlz Dikkens özünün "Oliver Tvistin macəraları" adlı romanında qeyd etmişdir. Bu həbsxana 1864-cü ildə sökülüb.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı.
Brayl əlifbası
Brayl əlifbası — 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba. "Braille"nin gözdən əlillər üçün şriftlərin ixtira etməsinə səbəb müharibə olubmuş. Napoleonun sifarişi ilə Charles Barbier relyefli şrift tərtib edir, ondan ötəri ki, gecə vaxtı əsgərlər pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilsinlər. Lakin bunun praktik cəhətdən öyrənilməsində əngəllər olur. Braille şriftlərlə tanış olduqdan sonra, əsas çatışmamazlığı tapır, "Barbier"in şrifti 12 nöqtə ilə kodlaşdırıldığından hansı simvolun olduğunu müəyyən etməkdə çətinlik yaranır. Beləliklə, sayı 12-dən 6-ya endirilir. Bununla da həmin şriflər dünyanın hər yerində bu günəcən istifadə edirlər. == Əlifba == === Digər simvollar === == Kiril qrafikalı Brayl əlifbası == Brayl əlifbası digər qrafikalı əlifbalar, o cümlədən Kiril qrafikalı dillər üçün də mövcuddur. Rus dili üçün əlifba bu şəkildədir: == Mənbə == Чарт Unicode с глифами для шрифта Брайля (ing.) История возникновения шрифта Брайля Arxivləşdirilib 2010-07-22 at the Wayback Machine Система Брайля — русскоязычный сайт Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine Конвертер текста с русского и английского в азбуку Брайля – поддерживается весь русский и английский алфавиты, цифры и некоторые символы.
Brayn Benben
Brayan Benben (ing. Brian Benben, 18 iyun 1956, Vinçester, Virciniya, ABŞ) — ABŞ aktyoru və televiziya işçisidir. == Həyatı == Brayn Benben 1956-cı ildə ABŞ-nin Virciniya ştatında satıcı ailəsində anadan olmuşdur. 1981-ci ildə "Qanqsterlər xronikası" televiziya serialında rol almışdır. Bu serialda gələcək həyat yolda Medelin Stou ilə tanış olur. Serialda Brayan qanqster rolunda, Medlin Stou isə onun həyat yoldaşı rolunda iştirak edirlər. Brayan Benben 1982-ci ildə Medlin Stou ilə evlənir və ondan 1996-cı ildə Mey adında qız övladı dünyaya gəlir. 1990-cı ildə Qaranlıq mələyi filmində Smit rolunu oynayaraq məşhurlaşır. 1998–2000-ci illərdə "Brayn Benbenin şousu" televiziya verilişinin aparıcısı olur. 2007-ci ildə sonuncu dəfə "Şəxsi təcrübə" serialına çəkilir.
Brayn Hill (futbolçu)
Brayn Hill (31 İyul 1941 – 27 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş İngiltərə futbolçusudur. Hill İngiltərə Futbol Liqasında Bristol Siti FK, Torkay Yunayted və Koventri Siti klublarında çıxış etmişdir.
Brayn Klifford
Brayn Klifford (d. 20 avqust 1956) — İrlandiyalı keçmiş üzgüçü. Brayn Klifford İrlandiyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Brayn Klifford birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 18:09.28 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Braynigerberq
Braynigerberq (alm. Breinigerberg‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yaşayış məntəqəsi. Axen rayonunda Ştolberq şəhərinin 17 bələdiyyə vahidindən biri. 2005-ci ilin sonuna əhalisi 971 nəfərdir. Breinigerberqin ətrafında bir neçə qoruq yerləşib. Bununla yanaşı "Şimali Ayfel" təbii parkının bir hissəsi (Nordeifel) sayılır.
Brays adası
Brays adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Brays adası arxipelaqın mərkəzində yerləşir. Adadan 4 km cənubda Breydi adası (Sidorov boğazı), qərb və şimal qərbdə isə Bliss, Priçett və Bromic adaları yerləşir (Sadko boğazı). == Təsviri == Ada bərabər olmayan uçbucaq formaya malikdir. Terra-Nova burnu ilə cənub qutaracağı arasında məsafə 9 kilometrdir. Mərkəzində 409 metr hündürlüyü olan buzlaq yerləşir. Şimal-qərbində Uyuta buxtası yerləşir. Ada Cekson-Harmsvord ekspedisiyasının katibi (1894–1897) Artur Montefiore Braysın şərəfinə adlandırılmışdır.
Brayson Tiller
Bryson Djuan Tiller (d. 3 yanvar 1993, Luisvill, Kentukki) — Amerika müğənnisi, söz yazıçısı, repperi. 2015-ci ildə ilk albomu olan Trapsoul çıxmışdır.
Brayton
Brayton — İngiltərədə kurort şəhər. == Ümumi məlumat == Braytonda 200 il öncə kiçik balıqçı qəsəbəsi var idi. 1754-cü ildə doktor Riçard Rassel həmin ərazidə dəniz suyunun müalicəvi xüsusiyyətini aşkar etmiş və onu populyarlaşdırmağa başlamışdı. Bir neçə il sonra gənc Uels şahzadəsinin Braytona gəlişi ilə əlaqədar burada şahzadə üçün saray inşa edilmişdir. Həmin saray indiyədək qorunub saxlanılır. Şahzadənin ardınca ingilis zadəganlarının bu yerlərə axım ilə əlaqədar ərazidə dəbdəbəli mülklərin, mehmanxanaların tikintisinə başlanılmışdı. Beləliklə, Brayton Böyük Britaniyanın ən dəbdə olan kurortuna çevrilmişdi. Bu kurort ərazisində çimərlik, otellər, restoranlar müxtəlif əyləncə mərkəzləri fəaliyyət göstərir. Kurortda yeni, hündür mərtəbəli - göydələn otellərin tikintisi aparılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2017 •••••••••••••••••••• 0.16
2018 ••••••••••••••••••• 0.15

"bray" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bray nədir? #bray sözünün mənası #bray nə deməkdir? #bray sözünün izahı #bray sözünün yazılışı #bray necə yazılır? #bray sözünün düzgün yazılışı #bray leksik mənası #bray sözünün sinonimi #bray sözünün yaxın mənalı sözlər #bray sözünün əks mənası #bray sözünün etimologiyası #bray sözünün orfoqrafiyası #bray rusca #bray inglisça #bray fransızca #bray sözünün istifadəsi #sözlük