brend sözü azərbaycan dilində

brend

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • brend • 88.5095%
  • Brend • 11.2137%
  • BREND • 0.2769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Brend
Brend (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s."brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır. Burada əsas olan həmin şəxsin təklif etdiyi xidmətin potensial istehlakçılara tanıdılması və izahıdır.
Brend (dəqiqləşdirmə)
Brend — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend (çay) — çay.
Brend (çay)
Brend - (alm. Brend‎) - Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Brend idarəçiliyi
Brend idarəçiliyi — sahibləri və müştəriləri tərəfindən brendin idarə edilməsi (potensial olanlar da daxil olmaqla). Nəzarət, məqsədyönlü müşahidə və obyektə təsir prosesi kimi başa düşülür: hədəf dəyişikliyi / obyekti dəyişdirməkdən imtina. Məqsəd, brend aktivlərini artırmaq, brend potensialını (ing. brand potential) artırmaqdır. Brend idarəçiliyi bir neçə əsas sahəni özündə birləşdirir: brend idarəetmə nəzəriyyəsi; strateji brend idarəçiliyi; korporativ brend idarəçiliyi (ing. portfolio management); brend idarəetmə prosesi - əlavə şirkət mənfəəti əldə etmək üçün bir vasitə kimi brendləşdirmə.Ayrıca, brend idarəçiliyi, müəyyən bir brend və ya marka portfelinə aid bir təşkilatın marketinq fəaliyyətinin planlaşdırılması və ümumi koordinasiyasından ibarətdir. == Tarixi == İqtisadi nəzəriyyənin inkişafının ilkin mərhələsində, eramızdan əvvəl IV əsrə qədər, Qədim dünyada (Misir, Babilistan, Hindistan, Çin və s.) idarəetmə sistemlərinin inkişafı faktı ən qədim işarə sistemlərində öz əksini tapmışdır və onları tematik heroqliflərin daimi bir komplikasiyası şəklində izləmək olar. Təkamül yazma prosesi: sadə (qrafiklərdən) kompozitə (kompleksə). "Nəzarət" mücərrəd mənalı hiyeroglif işarəsi bir neçə minilliklər əvvəl ortaya çıxdı. Tədricən, müəyyən qanunlara uyğun olaraq yeni hiyerogliflər yaradan "nəzarət" təyinedici düyməsinə digər qrafiklər əlavə edildi.
Celine (brend)
Celine (əvvəllər Céline olaraq yazılırdı) 1996-cı ildən LVMH qrupuna məxsus olan fransız geyim və dəbdəbəli dəri mallar brendidir. O, 1945-ci ildə Selin Vipiana (fr. Céline Vipiana) tərəfindən təsis edilmişdir.2015-ci ilin noyabr ayından etibarən qərargah Parisin 2-ci bölgəsində, Vivienne 16 ünvanında, "Fransız Tarixi Abidəsi təsnifatı"-na malik "Hôtel Colbert de Torcy" otelində yerləşir. Severin Merl (fr. Séverine Merle) 2017-ci ilin aprelindən Baş İcraçı Direktordur. 21 yanvar 2018-ci ildə LVMH (fr. Hedi Slimane) Edi Slimen-in Celine-də bədii, yaradıcılıq və imic direktoru vəzifəsini tutacağını elan etdi. == Brendin yaradılması == 1945-ci ildə Selin Vipiana (1915–1997) və əri Riçard sənayedə ilk lüks brendlərdən biri olan Celine adlı uşaq ayaqqabısı biznesini yaratdılar və Parisdə "52 rue Malte" ünvanında ilk butiklərini açdılar.Brend Raymond Peynet tərəfindən yaradılmış qırmızı fil loqosu ilə tanınıb. == Yeni mövqe == 1960-cı ildə brend fəaliyyətlərini idman geyimi anlayışına sahib bir qadın geyim markası olmaq üzrə dəyişməyə qərar verdi. Brend indi çantalar, loafers, əlcəklər və geyimlər kimi müxtəlif dəri məhsulları təklif edir.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. == Mağazaları == Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Bernt Brendemoen
Bernt Brendemoen — görkəmli Norveç türkoloqu, dilçi, ədəbiyyatşünas, tərcüməçi. == Həyatı və fəaliyyəti == Bernt Brendemoen 1949-cu ildə Norveçin paytaxtı Oslo şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə alıb. Oslo Universitetinin yunan və latın (1969–1973) dilləri bölünümü bitirib. İstanbul Universitetində (1974–1976) və Oslo Universitetində (1976–1977) türkologiya üzrə təhsil alıb. 1977-ci ildə Oslo Universitetində Türk dilçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 1977-ci ilin payızında təhsil almaq üçün Qahirəyə getmiş, lakin bu niyyətini gerçəkləşdirə bilməmişdir. Daha sonra 1977–1981-ci illərdə Oslo Universitetində elmi tədqiqatla məşğul olmuşdur. 1982-ci ildə türk dili tərcüməçisi kimi çalışmışdır. 1978–1979-cu illərdə Türkiyənin Qara dəniz sahilindəki Trabzon bölgəsini dialektləri ilə bağlı araşdırmalar aparmışdır.
Brenda Kastillo
Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu. == Həyatı və karyerası == Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir.
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Brenda Şaffer
Brenda Şaffer (1965, ABŞ) — Amerikalı-İsrailli professordur. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor, siyasi xadim. == Bioqrafiyası == Brenda Şaffer 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuşdur. Doktorluq dissertasiyasını Təl-əviv universitetində müdafiə etmiş, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışmışdır. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hal hazırda siyasi elmlər sahəsi üzrə Haifa universitetində və Azərbaycan Diplomatik Akademiyasında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Dr.Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir. Hazırda ABŞ-nin Vaçiqton şəhərindəki Corctaun Universitetinin professorudur. İngilis, türk, rus, Azərbaycan və ivrit dillərini bilir.
Brendan Eyx
Brendan Eyx (ing. Brendan Eich; 4 iyul 1961, Pitsburq, Pensilvaniya) — Amerikalı texnoloq və JavaScript proqramlaşdırma dilinin yaradıcısıdır. Mozilla layihəsini və Mozilla Korporasiyasını qurdu və Mozilla Korporasiyasının baş texniki direktoru və qısa müddətdə baş icraçı vəzifəsini icra etdi. O, Brave Brauzerinin baş direktorudur.
Brendan Freyzer
Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru. == Həyatı == Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir. 1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir.
Brendan Murrey
Brendan Mürrey (ing. Brendan Murray; d. 16 noyabr 1996, Qoluey, İrlandiya) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === 2014-2016: Hometown qrupu === 2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir. === 2017-indiki zaman: Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.
Brendan Şenaxen
Brendan Frederik Şenaxen (23 yanvar 1969) — Kanadalı keçmiş peşəkar buzüstü xokkey oyunçusu və hazırda prezident vəzifəsini icra edir.Əvvəllər Milli Xokkey Liqasında (MXL) oyunçu təhlükəsizliyi direktoru vəzifəsini icra edirdi. == Çıxış etdiyi klublar == New Jersey Devils (1988–1991) St.
Brendon
Brandon (ing. Brandon) — Kanadanın Manitoba əyalətində yerləşən şəhər.
Brendon Hartli
Brendon Hartli (ing. Brendon Hartley, d. 10 noyabr 1989, Palmerstoun-Nort) — Yeni Zelandiyalı avtoyarışçı, Porşe Team-da dözümlülük yarışında iki dəfə dünya çempionu (2015, 2017), "24 Saat Le Man" yarışının qalibi (2017). 2017-ci ildən Toro Rosso ilə Formula 1-ə gəlmişdir. == Karyera == Hartli motorlu idmanla yaxından əlaqəli olan ailədə dünyaya gəldi. Atası Brayan bir çox müsabiqədə, məsələn Formula Atlantikdə yarışırdı. Hartli altı yaşında karyerasına qardaşı Nelsondan sonra kartinqlə başladı. Altı il sonra gənc Yeni Zelandiyalı ilk mövsümünü yeddinci yerdə tamamladı. 2003-cü ildə, 13 yaşında, o Formula-Ford Festivalını qazandı. Formula Toyota Yeni Zelandiya mövsümündən sonra Hartli Avropaya getdi, Formula-Reno Avropa Kubokunda və Formula Reno Şimali Avropa Kubokunda (NEC) yarışdı.
Brendon Li
Brendon Li ing. Brandon Bruce Lee, çin 李國豪, 李国豪, Lǐ Guóháo; 1 fevral 1965, Kaliforniya- 31 mart 1993, Şimali Karolina) — Çin əsilli ABŞ aktyoru, aktyor Brüs Li'nin oğlu. == Həyatı == Brüs Linin oğlu olan Brendon Li, nisbilik qısa sürən karyerası boyunca atasının yolundan getdi və bir çox kung fu və hərəkət filmində rol aldı. Son aktyorluq təcrübəsini isə "The Crow" filmində sərgilədi. Filmin çəkilişləri əsnasında özünə atəş edildiyi bir səhnədə silah ilişdi və Li həqiqətən vuruldu. Onurğasına batan güllə Linin sonu oldu.
Brendon Meyson
Brendon Aleksander Meyson (30 sentyabr 1997-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Uotford klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Uotford === Meyson Uotford akademiyası vasitəsilə inkişaf etmişdir. Meyson klub ilə ilk peşəkar müqaviləsini 2016-17 mövsümündə reallaşdırmışdır. O, Premyer liqada debütünü 1 yanvar 2017-ci ildə Tottenhem Hotspur klubuna qarşı oyunda etmiş və həmin görüşdə Uotford 4-1 hesabı ilə məğlub olmuşdur. O, altı gün sonra İngiltərə Federasiya Kubokunda Barton Albion klubuna qarşı oyunda start on birliyində yer almış və Kristian Kabaseleyə qol ötürməsi vermişdir.2018-ci ilin yanvar ayında Meyson Şotlandiya təmsilçilərindən olan Dandi Yunayted klubuna 2017-18 mövsümünün sonuna qədər icarəyə verilmişdir. O, debütünü 6 yanvar 2018-ci ildə Falkirk klubuna qarşı oyunda etmiş və komandası 6-1 hesabı ilə mğlub olmuşdur.
Brendon Reyd
Brendon Reyd (18 mart 1994) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Brendon Reyd Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Brendon Reyd 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 58.696 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu.
Brendon Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Vomel Brendi Mento
Vomel Brendi Mento (17 iyul 1997) — Vanuatulu atlet. Vomel Brendi Mento Vanuatunu 2015-ci ildə XV Yüngül atletika üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Vomel Brendi Mento birinci dəfə Dünya çempinatına 2015-ci ildə qatıldı. O, Çinin Pekin şəhərində baş tutan XXX Yüngül atletika üzrə Dünya Çempionatında 100 metr məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.17 saniyəlik nəticə ilə 18-ci yeri tutdu və mübarizəni dayandırdı. Bu nəticə onun karyerası boyunca ən yaxşı nəticəsi hesab olunur.
Brendon Karri
Brandon Curry (19 oktyabr 1982, Neşvill) IFBB pro liqasında kişilər arasında açıq bodibildinq bölməsində yarışan amerikalı peşəkar bodibilderdir. O, bodibildinq üzrə 2019-cu ilin Mr. Olympia çempionu olmuşdur. == Bioqrafiya == Həyatı-Karri Tennessi ştatının Nashville şəhərində anadan olmuşdur. O, ilk dəfə altıncı doğum günü üçün Hulk Hogan markalı bir cüt dumbbell aldıqdan sonra çəki məşqləri ilə maraqlanmışdır. Curry daha sonra bir jurnal müsahibəsində onu super qəhrəman hərəkət fiquru G. I.-nin motivasiya etdiyini xatırlamışdır. Joe and the Rocky və Rambo onun bədənini tam əzələ qabiliyyətinə qədər inkişaf etdirmək üçün film'lər çəkmişdir. Uşaqlıqda Karrinin valideynləri onu gimnastika dərslərinə yazdırsalar da, onun, idman'a marağı azalmışdır. Karri Nashvilledəki Hunters Lane Kompleks Liseyində tələbə olarkən güləş, yüngül atletika və futbol'la məşğul olmuşdur. Karri, Tennessi ştatının Murfreesboro şəhərindəki Orta Tennessi Dövlət Universitet'ində oxumuşdur və eynilədə burada idman elmləri üzrə ixtisaslaşmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.84 dəfə / 1 mln.
2004 0.34
2005 0.67
2006 0.45
2007 0.63
2008 •• 2.44
2009 •••• 4.16
2010 ••• 3.54
2011 ••••• 6.09
2012 ••••• 6.02
2013 ••••••• 7.59
2014 ••••••••••••• 15.79
2015 •••••••••••••••••••• 24.67
2016 ••••••••••••••••••• 23.08
2017 •••••••• 9.59
2018 ••••••••••• 12.44
2019 ••••••••• 10.57
2020 ••• 3.05

brend sözünün etimologiyası

"brend" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#brend nədir? #brend sözünün mənası #brend nə deməkdir? #brend sözünün izahı #brend sözünün yazılışı #brend necə yazılır? #brend sözünün düzgün yazılışı #brend leksik mənası #brend sözünün sinonimi #brend sözünün yaxın mənalı sözlər #brend sözünün əks mənası #brend sözünün etimologiyası #brend sözünün orfoqrafiyası #brend rusca #brend inglisça #brend fransızca #brend sözünün istifadəsi #sözlük