Bret sözü azərbaycan dilində

Bret

Yazılış

  • Bret • 94.5946%
  • bret • 5.4054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Andre Breton
== Həyatı == Tibb təhsili alarkən I Dünya Müharibəsinin başlamasıyla hərbi xidmətə alındı. Öz istəyiylə II.Ordunun ruh və sinir xəstəlikləri mərkəzinə təyin edildi. O vaxt çox az tanınan Ziqmund Freydin üsullarını klinik olaraq istifadə etmə imkanını tapdı. Bu aralıq tanıdığı nihilist Jak Vachedən çox təsirləndi. Giyom Apolliner ilə tanış oldu. Parisə qayıtdıqdan sonra, 1919-cu ildə Lui Araqon, Filipp və Şoupolt ilə "Littérature" adlı jurnalı qurdu və ilk kitabı Mont da Piéte' ye (Pieta Təpəsi) işıq üzü gördü. Şoupolt ilə birlikdə écriture automatique (avtomatik yayı) üsuluyla Les champs magnetiques (Maqnit Sahələr) adlı xüsusi mətni bu jurnalda yayimladı. Bu üsulun məqsədi şüuraltı bütün xarici təsirlərdən xilas olub, özünü azadca ifadə etmə imkanı yaratmaqdı. 1921-də Vyanaya gedib Freydlə tanış oldu. 1921-də Simone Kan ilə evləndi.
Bretan
Bretan (fr. Bretagne, IPA: [bʁətaɲ]) — Fransanın şimal-qərbində bölgədir. == Tarixi == 1779-cu ildə Bretanda qarın yatalağı xəstəliyi səbəbindən 100 min adam ölmüşdü.
Bretan bölgəsi
Bretan— Breton, günümüzdə Fransa sərhədləri içində qalan, keçmişdə müstəqil krallıq və hersoqluq olan bölgə. Anlayış ayrıca 6 Seltik xalqından biri olan Bretanları təsvir etmək üçün də istifadə edilir. Bretan haqqında məşhur olaraq danışılır. == Coğrafi mövqeyi və əhalisi == Bretan bölgəsi şimalda La-Manş boğazı (İngilislər tərəfindən İngilis kanalı olaraq adlandırılır) və cənubda Biskay körfəzi ilə əhatə olunmuş Fransanın şimal bölgəsindəki böyük bir yarımadadır. Bölgənin sahəsi 34.034 km2-dir. Inzibati olaraq 4 sahəyə bölünür- mərkəzi Rennes olan Ille-et-Vilaine, mərkəzi Saint Brieuc (Bretan dilində Sant-Brieg) côtés-d'Armor, Vannes (Bretan dilində Gwened) və mərkəzi Brest olan Finistere. 2004-ci ilin etibarı ilə Bretanın əhalisi 4.198.500 nəfərdir. Əhalinin 72%-i Bretan bölgəsində, digər 28%-i isə Pays de la Loire bölgəsində yerləşmişdir. 1999 əhali sayımına görə ən böyük yaşayış bölgələri bunlardır: Nantes (Bretan dilində Naoned) (711.120 nəfər), Rennes (Bretan dilində Roazhon) (521.188 nəfər) və Brest (Bretan dilində Leon) (303.484 nəfər). Tarixi olaraq bölgə sərhədləri içində olan Nantes, 1941-ci ildən bu yana Pays de la Loire bölgəsinin və bu bölgəyə bağlı Loire-Atlantique əyalətinin mərkəzidir.
Bretan yarımadası
Bretan yarımadası (fr. Bretagne, bret. Breizh, qallo Bertaèyn) — Fransanın şimal-qərbində, şimaldan La-Manş boğazı, cənubdan Atlantik okeanın Biskay körfəzi suları ilkə yuyulan tarımada. Yarımada tarixi bölgənin və eyni adlı bölgənin əsas hissəsidir. Yarımadanın kiçik bir əraziləri Luara və Aşağı Normandiya bölgələrinə aiddir. Sahəsi təxminən 27 min km²-dir. Uzunluğu 200 km, eni 120 km-ə qədərdir. Bretan yarımadasında Fransanın materik hissəsinin ən qərb nöqtəsi yerləşir (Korsen burnu). Bretan yarımadasının əhəmiyyətli hissəsini Armorikan yaylası təşkil edir. ən yüksək nöqtəsi 391 m-dir (Arre dağı).
Bretanlı Anna
Bretanlı Anna (fr. Anne de Bretagne) (d. 25 yanvar 1477 - ö. 9 yanvar 1514) ― Bretan hersoqinası və Fransa kralının xanımı. Fransa tarixində 2 dəfə Fransa kraliçası olmuş yeganə qadındır. Bundan başqa İtalyan müharibələri əsnasında, Anna 1501-1504-cü illərdə Neapol kraliçası, 1499-1500 və 1500-1512-ci illərdə isə Milan hersoqinası oldu. Uşaqlıq illəri Fransanın Bretan bölgəsi üzərində nüfuz müharibəsi apardığı illərə təsadüf edən Annanın atası II Fransisk Montfort sülaləsinin son kişi namizədi idi. Onun 1488-ci ildə vəfatından sonra Anna yeganə övladı olaraq, hələ 11 yaşında ikən Bretan hersoqinası oldu. Ancaq Fransa təhlükəsi hələ də davam etməkdə idi. Fransa krallığına qarşı müttəfiq axtaran Anna 1490-cı ildə Avstriyalı Maksimilyanla vəkalətən evləndi.
Bretinyi müqaviləsi
Bretinyi müqaviləsi 8 may 1360-cı ildə tərtib edilmiş və 24 oktyabr 1360-cı ildə İngiltərə kralı III Edvard və Fransa kralı II Con arasında imzalanmış müqavilədir. Geriyə nəzər saldıqda, bu, Yüzillik Müharibənin (1337–1453) birinci mərhələsinin sona çatması, eləcə də Avropa qitəsində ingilis gücünün zirvəsi kimi görünür. O, Şartr yaxınlığındakı Bretinyi kəndində imzalanmış və daha sonra 24 oktyabr 1360-cı ildə Kale müqaviləsi kimi təsdiqlənmişdir. == Arxa plan == Puatye döyüşündə (19 sentyabr 1356) əsir götürülən Fransa kralı II Con London müqaviləsini yazmaq üçün İngiltərə kralı III Edvard ilə birlikdə çalışdı. Müqavilə Dofin Çarlz-a onu rədd etməyi tövsiyə edən Fransa Baş Ştatları tərəfindən pisləndi. Cavab olaraq, bir il əvvəl ləğv edilmiş London Müqaviləsində iddia edilən üstünlüklərdən bir neçəsini əldə etmək istəyən Edvard Reymsi mühasirəyə aldı. Mühasirə yanvar ayına qədər davam etdi və təchizat tükəndiyi üçün Edvard Burqundiyaya çəkildi. İngilis ordusu Parisi əbəs yerə mühasirəyə almağa cəhd etdikdən sonra Edvard Şartra yürüş etdi və şərtlərin müzakirəsi aprelin əvvəlində başladı. == Şərtlər == Bretinyi müqaviləsi 1360-cı il mayın 10-da Hôtel de Sensdə Dofin Çarlz və altı ingilis cəngavəri tərəfindən təsdiqləndi 14 iyun 1360-cı ildə İngiltərədə məhbus qalan II İohann və Puatye döyüşündə əsir olan digər fransız əsgərləri Uels şahzadəsi III Edvardın iştirak etdiyi ziyafətdə müqaviləni təsdiq etdi. Müqavilənin yekunlaşması 24 oktyabr 1360-cı ildə Kaledə baş tutacaqdı.
Breton Dili
Bröton dili - Hind-Avropa dillərinin kelt qrupuna daxil olan dil.
Bretonca Vikipediya
Bretonca Vikipediya — Vikipediyanın breton dilində olan bölməsidir.
Bretten
Bretten (alm. Bretten‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 71.12 km2, əhalisi 28095 nəfərdir (2008).
Bretton-Vuds sistemi
Bretton-Vuds sistemi, Bretton-Vuds razılaşması (ing. Bretton Woods system) — 1-24 iyul 1944-cü il tarixlərində keçirilmiş Bretton-Vuds konfransı nəticəsində qurulan pul münasibətləri və ticarət hesablaşmalarının təşkili üçün beynəlxalq sistem. Maliyyə sistemini "qızıl standartına" görə dəyişdirdi. ABŞ-nin New Hampshire əyalətindəki Bretton Woods kurortunun adını daşıyır. Konfrans Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu (BVF) kimi təşkilatların təməlini qoydu. SSRİ müqaviləni imzaladı, lakin təsdiq etməd. 1971-1978-ci illərdə Bretton Woods sistemi sərbəst valyuta ticarəti (valyutaların sərbəst konvertasiyası) əsasında Yamayka pul sistemi ilə əvəz olundu. == Prinsipləri == Qızılın qiyməti bir troy unsiyası üçün (31.1034768 qram) 35 dollar olaraq sərt şəkildə müəyyənləşdirilib. İştirakçı ölkələrin valyutaları üçün əsas valyutaya (ABŞ dollarına) sabit valyuta məzənnələri müəyyən edilmişdir. Mərkəzi banklar, valyuta müdaxilələri yolu ilə milli valyutanın əsas valyutaya qarşı sabit məzənnəsini (± 1%) qoruyurlar.
Bretzel
Bretzel (alm. Breze(l)‎, ing. Pretzel) — diametri 10-15 sm və Alman dilində danışan ölkələrdə (Almaniya, Avstriya, İsveçrə, Cənubi Tirol və Elzas) simmetrik olaraq bükülmüş duzlu və ya şirin olan çörək növüdür. Adı latın sözü olan brachium ("qol"; çarpaz qolların görünüşü üçün) götürülüb. Ənənəvi bretzel forması seçilən simmetrik formada olur, uzun xəmir zolağının ucları bir-birinə bağlanır və sonra xüsusi bir şəkildə özünə doğru bükülür. Lakin bu gün bretzellər müxtəlif formalarda da hazırlanır. Duz bretzellərdə ən çox istifadə edilən ədviyyatdır. Yuyucu soda və ya lye (maye) tamamlayıcılarından biri olaraq, simitlərə Maillard reaksiyası nəticəsində əldə edilən ənənəvi dərini və ləzzəti verir. Digər ədviyyatlara xardal, pendirlər, şəkər, şokolad, darçın, şirin örtük, toxumlar və qoz-fındıq daxildir. Bretzel növlərinə hazırlandıqdan qısa müddət sonra yeyilməli olan yumşaq simitlər və uzun müddət saxlama müddəti olan bərk bişmiş simitlər daxildir.
Bretşneyder hortenziyası
Bretşneyder hortenziyası (lat. Hydrangea bretschneideri) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çinin şimal əyalətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Dağınıq budaqları enli, kürəvi çətir əmələ gətirir. Zoğları tükcüklüdür. Yarpaqları yumurtavari, tünd yaşıl, alt tərəfi tükcüklü, uzunluğu 12 sm-dir. Çiçəkləri əvvəlcə ağ, yayın sonuna yaxın qızarır və çətir çiçək qrupunda toplanır. Çiçək qrupunun diametri 15 sm-ə qədərdir. İyul ayında kütləvi çiçək açır.
Hydrangea bretschneideri
Bretşneyder hortenziyası (lat. Hydrangea bretschneideri) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çinin şimal əyalətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Dağınıq budaqları enli, kürəvi çətir əmələ gətirir. Zoğları tükcüklüdür. Yarpaqları yumurtavari, tünd yaşıl, alt tərəfi tükcüklü, uzunluğu 12 sm-dir. Çiçəkləri əvvəlcə ağ, yayın sonuna yaxın qızarır və çətir çiçək qrupunda toplanır. Çiçək qrupunun diametri 15 sm-ə qədərdir. İyul ayında kütləvi çiçək açır.
Hydrangea bretschneideri var. setchuenensis
Hydrangea heteromalla (lat. Hydrangea heteromalla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Le-Breton
Le-Breton (fr. Le Brethon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03041. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 337 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 194 yaşda (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.0%, 1999-cu ildə 70.0%). Fəal olan 132 nəfərdən 117 nəfəri (60 kişi və 57 qadın), 15 nəfəri işsizdir (6 kişi və 9 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir == Görməli yerləri == Sen-Pyer kilsəsi (XIII əsr) La-Butey ibadətgahı (XI—XII əsrlər) Salu gölməçəsi Menhir == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == "Milli Statistika İnstitutu — Le-Breton" (fransız).
Martin Bretueyt
Martin Kristensen Bretueyt (ing. Martin Christensen Braithwaite 5 iyun 1991[…], Esbyerq) — Danimarka milli komandasının və İspaniyanın Espanyol klubunun hücumçusu. 5 iyun 1991-ci ildə Danimarkada anadan olub.
Pia Bretianu
Pia Bretianu (rum. Pia Brătianu 1841, Pleşoyu[d], Vılça judetsi – 1920, Buxarest) — Rumıniyanın məşhur siyasətçisi İon Bratianunun həyat yoldaşı. == Bioqrafiyası == O, 1841-ci ildə Vılça dairəsində boyar olan, Luka və Evqeniya Pleşoyanu ailəsində Pleşoya adlı ərazidə dünyaya gəlir. Gənc anası 1842-ci ildə ikinci qızının dünyaya gətirir. O, doğuşdan sonrakı qızdırmadan ölür. Kaliopiya və bacısı nənəsi Sultana Kapeleanu tərəfindən böyüdülür. Krayova şəhərindəki internat məktəbində oxuyurlar. Atasının ölümündən sonra 16 yaşında yetim qalır. Onlar mühafizəkar fikirləri olan iki əmisinin - Yanku Kapeleanu və Mateya Vladeskunun himayəsinə alınır. Qızı Kalimanesti şəhərində Schitul Ostrov monastırına, ana Maksimiliyanın himayəsi altında göndərirlər.
Pyrus × bretschneideri
Semyon Bretanitski
Semyon Leontyeviç Bretanitski (rus. Семён Леонтьевич Бретаницкий; 25 noyabr (7 dekabr) 1886, Odessa, Xerson quberniyası[d] – 7 yanvar 1963, Bakı) — Azərbaycan-sovet skripkaçısı və pedaqoqu, professor (1927), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycanda ilk simli kvartetin və fortepiano triosunun təşkilatçısıdır. == Həyatı == Semyon Bretanitski 25 noyabr (7 dekabr) 1886-cı ildə Odessada anadan olmuşdur. 1911-ci ildə Almaniya imperiyasındakı Leypsiq Konservatoriyasını, 1914-cü ildə isə Sankt-Peterburq Konservatoriyasını (Leopold Auerin sinfi) bitirmişdir. Solist kimi çıxış etmiş, simfonik orkestrlərin konsertmeysteri olmuşdur. 1916-cı ildən Bakıda yaşamışdır.1916-cı ildən Rus İmperator Musiqi Cəmiyyəti tərkibindəki musiqi məktəbində müəllimlik edən Semyon Bretanitski Azərbaycan Dövlət Konservatoriyası yarandığı tarixdən, 1921-ci ildən burada dərs demiş, 1927-ci ildə professor adını almış və 1930–1951-ci illərdə Simli alətlər kafedrasının müdiri olmuşdur. Burada skripkadan əlavə, kamança dərsləri də demişdir. Onun tələbələri sırasında V. Ayvazov, Tofiq Bakıxanov, Azər Rzayev, Qriqori Qamburq, Georgi Xocayev, A. Xoculiyan və başqaları olmuşdur.Semyon Bretanitski Azərbaycan bəstəkarlarının bir sıra skripka əsərlərinin ilk ifaçısı olmuşdur. O, Azərbaycanda ilk simli kvartetin (1925) və fortepiano triosunun (1937) təşkilatçısı və iştirakçısıdır.Semyon Bretanitski 7 yanvar 1963-cü ildə Bakıda vəfat etmişdir.
Pyrus bretschneideri
Pyrus bretschneideri (lat. Pyrus bretschneideri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Breton şattlı
Breton şattlı (fr. La Navette Bretonne) (başqa adıyla "Broussard və Cri-cri") Fransada fəaliyyət göstərən aerobatika komandasıdır. Komandanın debütü 1993-cü ilə təsadüf edir. Uçuşlar üçün Max Holste MH.1521 Broussard və ən kiçik 2 mühərrikli təyyarə olan Colomban Cri-cri istifadə olunur. Komandanın fərqliliyi onda ibarətdir ki, Cri-cri özü havalanmır. Aviaşou təyyarənin üstünə quraşdırılmış Cri-Cri ilə havaya qalxması ilə başlayır və ayrılmazdan əvvəl bir neçə fiqur həyata keçirilir. Daha sonra havada Cri-cri ayrılır və birlikdə uçuş həyata keçirirlər. Təyyarənin başqa təyyarə üstündə havaya qalxması daha əvvəl 1939-cu ildə "Short Mayo" və "Short Mercury" təyyarələri ilə həyata keçirilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2010 •••••••••••••••••• 0.45
2011 •••••••••••••• 0.34
2012 •••• 0.09
2014 •••••••••••••••••••• 0.51
2015 •••••••••••••••••••• 0.51

"bret" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bret nədir? #bret sözünün mənası #bret nə deməkdir? #bret sözünün izahı #bret sözünün yazılışı #bret necə yazılır? #bret sözünün düzgün yazılışı #bret leksik mənası #bret sözünün sinonimi #bret sözünün yaxın mənalı sözlər #bret sözünün əks mənası #bret sözünün etimologiyası #bret sözünün orfoqrafiyası #bret rusca #bret inglisça #bret fransızca #bret sözünün istifadəsi #sözlük