briqadalar sözü azərbaycan dilində

briqadalar

Yazılış

  • briqadalar • 96.5580%
  • Briqadalar • 3.0797%
  • BRİQADALAR • 0.3623%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kürdüstan Briqadaları
Kürdüstan Briqadaları, Kürdüstanda Əl-Qaidə və ya Əl-Qaidənin Kürd Briqadaları (ƏQKB) kimi də tanınır — İraq və İranda silahlı islamçı təşkilat. Əl-Qaidənin kürd qoludur. Əsasən İran–İraq sərhədinin şimalında fəaliyyət göstərir Şimali İraqda Kürdüstan Regional Hökumətinə bir neçə dəfə hücumlar təşkil etmişdir. Qrup ABŞ Dövlət Departamenti tərəfindən 1 yanvar 2012-ci ildə terror təşkilatı kimi təsnif edilmişdir. == Formalaşması == Kürdüstan Briqadaları 2001-ci ildə Əl-Qaidənin rəsmi qruplaşması kimi Həmrin dağlarında yaradılıb. Onun əsasını keçmiş Ənsar əl-İslam silahlıları qoyub. Lakin Kürdüstan Briqadalarının yaradılması 2007-ci ilin martında Əl-Qaidə tərəfindən yayımlanan “Dağlara Qayıdış” adlı video ilə elan edilib. 2007-ci ildən 2010-cu ilə qədər onlar hakimiyyət orqanlarına qarşı çoxsaylı hücumlarla Kürdüstan Regional Hökumətinə qarşı üsyan qaldırdılar. Onlar İran Kürdüstanında da fəaliyyət göstərirdilər. Qrup nisbətən kiçik hesab olunur, lakin onun İranın Mərivan və Sənəndəc şəhərlərində düşərgələri var.
Rusiyanın veb-briqadaları
Rusiyanın veb briqadaları (rus.
Rusiyanın veb briqadaları
Rusiyanın veb briqadaları (rus.
Türkman Briqadaları (Xalq Səfərbərlik Birlikləri)
Türkman Briqadaları (türk. Türkmen Tugayları, ərəb. الحشد التركماني‎) — İraq Silahlı Qüvvələrinin Xalq Səfərbərlik Birliklərinin parçası olan və İraq türkmanlarından ibarət hərbi briqada. Hərbi briqada 2014-cü ildə təsis edilmişdir. Komandiri Səid Yılmaz Nəcardır. Qrupun komandiri Səid Yılmaz Nəcər Türkiyəyönlü qrup İraq Türkmən Cəbhəsinin vahid türkmən milislərinin yaradılması təkliflərini rədd edib. Nəcar bu təklifi rədd etməsinin səbəbini qrupun həm şiə, həm də sünni türkmənlərdən ibarət olması, İraq Türkmən Cəbhəsinin isə sırf sünni olması ilə əlaqələndirib. 25 sentyabr 2016-cı il tarixində 16-cı briqada Türkman Briqadalarının Həvicə hücum əməliyyatında iştirak edəcəklərini açıqlamışdır.
Azərbaycanın Komando Briqadaları
Azərbaycan komandosu — Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı silahlı birləşmələri. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarından başlanılmışdır. == Hərbi hissələri == === Xocavənd Briqadası === Azərbaycanda Komando Briqadasının birinci hərbi hissəsinin açılışı 24.12.2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutdu. Hərbi hissənin açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, müdafiə naziri Z. Həsənov və 2-ci Ordu Korpusunun Komandiri M. Bərxudarov qatıldı. Mərasimdən əvvəl müdafiə naziri Z. Həsənov İlham Əliyevə raport verdi. Daha sonra İlham Əliyev hərbçiləri salamladı və Azərbaycanın Dövlət Himni səsləndirildi. Şəxsi heyət qarşısında çıxışı zamanı İlham Əliyev "Komando Briqadasının yaradılmasının bizim üçün yeni addım olduğunu və bu briqadaların istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlarını." bildirdi. Daha sonra Azərbaycan Prezidentinin Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında 01.10.2021-ci il tarixli təqdimatı oxundu. Briqada Komandiri Elşən Sanayev döyüş bayrağını İlham Əliyevdən aldı.
Livan Müqavimət Briqadaları
Livan Müqavimət Briqadaları (ərəb. سرايا المقاومة اللبنانية‎, Sərayə əl-Müqavəmə əl-Lübnaniyə) — "Hizbullah"a bağlı Livan qeyri-məzhəbli hərbiləşdirilmiş qrup. Qeyri-qanuni milislər Livan milliyətçiliyinə və İsrail əleyhinə güclü inanclara sadiq qalan sünni və şiə müsəlmanlar, xristianlar və druzlardan ibarətdir. Onlar "Hizbullah" tərəfindən maliyyələşdirilir, öyrədilir, silahlandırılır və formalaşdırılır. Qrupun ölçüsü, tərkibi və gücü aydın deyil. Qrup 1997-ci ildə İsraillə mübarizə məqsədilə yaradılmışdır, lakin o vaxtdan İŞİD kimi sünni ekstremistlərlə mübarizə aparmaq üçün fəaliyyətini genişləndirmişdir.

"briqadalar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#briqadalar nədir? #briqadalar sözünün mənası #briqadalar nə deməkdir? #briqadalar sözünün izahı #briqadalar sözünün yazılışı #briqadalar necə yazılır? #briqadalar sözünün düzgün yazılışı #briqadalar leksik mənası #briqadalar sözünün sinonimi #briqadalar sözünün yaxın mənalı sözlər #briqadalar sözünün əks mənası #briqadalar sözünün etimologiyası #briqadalar sözünün orfoqrafiyası #briqadalar rusca #briqadalar inglisça #briqadalar fransızca #briqadalar sözünün istifadəsi #sözlük