Brod sözü azərbaycan dilində

Brod

Yazılış

  • Brod • 95.0000%
  • brod • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
238-ci strit (Brodvey-Yeddinci avenyu xətti, IRT)
238-ci strit Nyu-York metropoliteninin Brodvey-Yeddinci avenyu xəttində lokal stansiya. Bronksda 238-ci strit və Brodveyin kəsişməsində yerləşir, 1 qatarı vasitəsilə hər dəfə xidmət göstərilir.
Brodniklər
Brodniklər (bordniklər, prodniklər) — XII–XIII əsrlərdə rus knyazlıqları ilə həmsərhəd olan ərazilərdə yaşayan, Azov dənizi, aşağı Don və Dnestr sahillərinin slavyan əhalisi. Bir versiyaya görə, "brodniki" adı "бродить", yəni sərsərilik mənasını verən slavyan sözündən gəlir. Bu yerlərdə yaşayan ostqotlar və alanlar brodniklərin tərkibinə daxil olmaları ehtimal edilir. Bizanslı Nikita Akominat 1190-cı ildə öz əsərində brodniklərin tavroskiflərin bir qolu olduğunu müdafiə edirdi. Başqa bir versiyaya görə, sərgərdanlar slavyan-roman mənşəli idi.Brodniklər gələcək Moldova knyazlığının ərazisində məskunlaşan valaxların cənub qonşuları idi. Brodniklər Bucakın şimal-qərb hissəsində, müasir Rumıniyanın Vrança və Qalats judetslərinin cənub hissəsində yaşayırdılar. Onların, həmçinin, Dnestr və Dnepr arasındakı sahildə yaşadıqları güman edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рудаков, Василий Егорович. Бродники // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Brodosplit
Brodosplit — Xorvatiyanın ən böyük gəmiqayırma zavodu. Zavod Split şəhəri yaxınlığında, Maryan yarımadasının şimal sahilində, Supaval körfəzində yerləşir. == Tarixi == Şirkət 1922-ci ildə ərazidəki bir neçə gəmiqayırma müəssisəsinin birləşməsi ilə qurulur. 1932-ci ildən bəri indiki yerində yerləşir. 20-ci əsrin ikinci yarısında şirkət sürətlə genişlənməyə başlayır, bunun nəticəsində Xorvatiyanın ən böyük gəmiqayırma zavodlarından birinə çevrilir. Brodosplit 2013-cü ilə qədər əsas səhmdarı Xorvatiya hökuməti olduğu bir səhmdar cəmiyyət idi. Əsas fəaliyyət beynəlxalq bazar üçün geniş çeşidli gəmilərin dizaynı və qurulmasıdır. 2013-cü ildə şirkət özəlləşdirildi, yeni sahibi kütləvi yenidən qurulma və optimallaşdırmaya başlayan Xorvatiyanın DIV şirkəti oldu. Nəticədə işçilərin sayı 4000 nəfərdən 2300 nəfərə endirildi. == Gəmilərin inşası == Broadosplit uzunluğu 280 m-ə qədər, 166 min tona qədər yeraltı gəmilərin inşasına və buraxılmasına qadirdir.
Brodvey (Manhetten)
Brodvey (ing. Broadway) — ABŞ-nin Nyu-York şəhərində Manhetten bölgəzində yerləşən avtomobil yolu. Tarixən ABŞ-dakı musiqili teatr göstəriləri bu küçə üstündə və bu küçəyə açılan ərazilərdə olan teatr zallarında və konsert salonlarında zirvəyə çata bilmişdir. Buna görə də bu küçənin adı ABŞ-dakı musiqi mədəniyyəti ilə uyğunlaşdırılmışdır.
Brodvey Qülləsi
Brodvey Qülləsi (ing. Broadway Tower) - İngiltərənin Vorkesterşer bölgəsində yerləşən tarixi qüllə. Dumansız havada Brodvey qülləsindən ətrafda yerləşən on üç inzibati bölgə aydın şəkildə müşahidə edilir. Qalaya bənzəyən qüllə 1797-ci ildə Ceyms Vatt tərəfindən Ledi Kentrinin şərəfinə inşa edilmişdir. Ledi qüllənin yerləşdiyi təpədə qalanan məşəlin Vorkesterşerdə yerləşən evindən görünüb-görünməməsi ilə maraqlanırdı. Qüllə inşa olduqdan sonra, qüllənin üzərində atəş yandırılır və bu atəş Vorkesterşerin ən ucqar nöqtəsindən belə rahat şəkildə müşahidə edilir. Qüllə uzun müddət Ser Tomas Fillipsin mətbəə binası kimi istifadə edilmişdir. Tanınmış ictiami xadim Uilyam Morris bir müddət qüllədə fəaliyyət göstərmişdir. Brodvey Qülləsi Kostvold yolunun üzərində yerləşir və dəniz səviyyəsindən 312 metr hündürlükdədir. == Xarici keçidlər == Broadway Tower on Odd-stuff!
Brodvey küçəsi
Brodvey (ing. Broadway) — ABŞ-nin Nyu-York şəhərində Manhetten bölgəzində yerləşən avtomobil yolu. Tarixən ABŞ-dakı musiqili teatr göstəriləri bu küçə üstündə və bu küçəyə açılan ərazilərdə olan teatr zallarında və konsert salonlarında zirvəyə çata bilmişdir. Buna görə də bu küçənin adı ABŞ-dakı musiqi mədəniyyəti ilə uyğunlaşdırılmışdır.
Brodvey melodiyası (film)
Brodvey melodiyası (ing. The Broadway Melody) — İlk Hollivud musiqili filmlərindən biridir. 1929-cu ildə buraxılıb. Həmin ilin digər filmləri ilə müqayisədə daha böyük büdcəsi olub. Həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı laureatıdır.
Brodvey melodiyası (film, 1929)
Brodvey melodiyası (ing. The Broadway Melody) — İlk Hollivud musiqili filmlərindən biridir. 1929-cu ildə buraxılıb. Həmin ilin digər filmləri ilə müqayisədə daha böyük büdcəsi olub. Həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı laureatıdır.
Fernan Brodel
Fernan Brodel ( fr. Fernand Braudel ; 24 avqust 1902 — 27 noyabr 1985 ) — fransız tarixçi. O, tarixi prosesin təhlilində iqtisadi və coğrafi amillərin nəzərə alınması təklifi ilə tarix elmində inqilab etmişdir. Sosial elmlərdə tarixi hadisələrin hərtərəfli tədqiqi ilə məşğul olan "Annallar" fransız tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Kapitalist sisteminin mənşəyini araşdıraraq dünya sistemi nəzəriyyəsinin banilərindən biri olmuşdur. == Həyatı == Lotaringiyada Almaniya sərhədi yaxınlığındakı kiçik Lumevil-an-Ornua kəndində riyaziyyat müəllimi ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşmasında kəndli uşaqlığının rolu olmuşdur . 1909-cu ildə Parisin ətrafındakı Meriel qəsəbəsindəki ibtidai məktəbə daxil oldu, burada gələcək aktyor Jan Qabinlə , sonra Parisdəki Volter Liseyində oxudu. Ali təhsilini Sorbonnanın humanitar elmlər fakültəsində almışdır . “O dövrün bütün solçu tələbələri kimi” , onu da Fransız İnqilabı cəlb etdi və dissertasiyasının mövzusu kimi o, doğma diyarına ən yaxın olan Bar-le-Duc şəhərindəki inqilabi hadisələri seçdi.
Gallinula brodkorbi
Adi qamışfərəsi (lat. Gallinula chloropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qamışfərəsi cinsinə aid heyvan növü.
Pyers Brodkorb
Pyers Brodkorb (ing. Pierce Brodkorb; 29 sentyabr 1908 Çikaqo, İllinoys – 18 iyul 1992, Qainesville (Florida)) - Amerika ornitoloqu və paleontoloqu.
İosif Brodski
İosif Brodski (rus. Иосиф Бродский; 24 may 1940[…], Leninqrad – 28 yanvar 1996[…], Bruklin, Nyu-York ştatı) — yəhudi əsilli görkəmli RSFSR və ABŞ şairi, esseist, dramaturq, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987). == Həyatı == Yəhudi əsilli rus-amerikan şairi İosif Aleksandroviç Brodski Leninqradda (indiki Peterburq), fotoqraf ailəsində doğulmuşdu. Uşaqlıq illəri Leninqradın blokadası, müharibədən sonrakı yoxsulluq və ehtiyac dövrünə təsadüf etmişdi. Yeddinci sinifdən sonra məktəbi ataraq zavodda tornaçı şagirdi olmuşdu. Bu bir tərəfdən valideynlərinə maddi kömək etmək arzusu ilə bağlı idi. Digər tərəfdən isə İosif Brodski ayrı-ayrı müəllimlərin timsalında üzləşdiyi antisemitizmə etirazını bu yolla bildirmişdi. Dənizçilik məktəbinə daxil olmaq cəhdləri boşa çıxdıqdan sonra o, matros, qazançı, geoloji ekspedisiyada fəhlə kimi müxtəlif peşələr dəyişmişdi. Bir müddət həkim olmaq fikrinə düşmüş və təcrübə toplamaq üçün Leninqraddakı məşhur Kresti həbsxanasının ölüxanasında işə düzəlmişdi. Ali məktəbdə oxumaq imkanından məhrum olsa da, bütün bu illər ərzində İosif Brodski sərbəst şəkildə, ardıcıllıq və inadla təhsili ilə məşğul olurdu.
İsaak Brodski
İsaak İzraileviç Brodski (rus. Исаак Израилевич Бродский; 25 dekabr 1883 (6 yanvar 1884) – 14 avqust 1939[…], Leninqrad[…]) — rus rəssamı, RSFSR əməkdar incəsənət xadimi (1932). Tanınmış rəssam, SSRİ xalq rəssamı Viktor Oreşnikov onun şagirdi olmuşdur. == Əsərləri == === Peyzaj janrı === "İsti gün" (1908), "Fontan" (1909), "Qış" (1913), "Nağıl" (1910–1911), "İtaliya" (1910–1911). === Portret və kompozisiyalar === "Hacı Zeynalabdin Tağıyevin portreti" (1912), "V.İ.Lenin və Manifestisiya" (1919), L.D.Troskinin portreti (1921) Q. E. Zinovyevanın portreti(1921) M.İ.Kalininin portreti (1921) A.V.Lunçarskinin portreti (1921) "V.İ.Lenin Kremlin fonunda" (1924), "V.İ.Lenin Valkovstroyanın fonunda" (1926), İ.V.Stalinin portreti (1928), K.E.Voroşilovanın portreti (1929, 1931), M.V.Frunzenin portreti (1929), V.İ.Lenin Smolnıda (1930), V.R.Menjinskonun portreti (1932), V.M.Molotovun portreti (1933), S.M.Kirovun portreti (1934), V.V.Kuybışevin portreti (1935), A.A.Jdanovun portreti (1935), L.M.Kaqanoviçin portreti (1935), Q.K.Orconikidzenin portreti (1936) M.Qorkinin portreti (1929). "Kominternin II konqresinin təntənəli açılışı" (1920–1924), "26 Bakı kommisarının güllələnməsi" (1925).
Şandor Brodi
Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863, Eqer – 12 avqust 1924, Budapeşt) — Macarıstan yazıçısı və jurnalisti. == Həyatı == Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələr və romanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur. == Əsərləri == "Regénytárgyak", nağıllar, 1892; "A kétlelkű asszony", roman, 1893; "Az Egri diákok", 1894; "Nyomor", stories, 1884; "Faust orvos", roman, 1888–90; "Don Quixote kisasszony", roman, 1888; "Emberek", hekayələr, 1888; "Színészvér", hekayələr, 1891; "Hófehérke", roman, 1894; "Apró regények", 1895; "Két szőke asszony", roman, 1895; "Éjszaka", hekayələr, 1895; "Rejtelmek", hekayələr, 1895; "Az asszonyi szépség", 1897; "Tündér Ilona", novel, 1898; "Az ezüst kecske", de luxe edition, 1898; "Egy férfi vallomásai", 1899; "Fehér könyv", 1900–01.Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.
Brodvey melodiyası
Brodvey melodiyası (ing. The Broadway Melody) — İlk Hollivud musiqili filmlərindən biridir. 1929-cu ildə buraxılıb. Həmin ilin digər filmləri ilə müqayisədə daha böyük büdcəsi olub. Həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı laureatıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.35
2010 ••••••• 0.45
2011 •• 0.09
2013 ••••••• 0.44
2014 ••• 0.17
2016 ••• 0.17
2018 ••••• 0.30

Oxşar sözlər

#brod nədir? #brod sözünün mənası #brod nə deməkdir? #brod sözünün izahı #brod sözünün yazılışı #brod necə yazılır? #brod sözünün düzgün yazılışı #brod leksik mənası #brod sözünün sinonimi #brod sözünün yaxın mənalı sözlər #brod sözünün əks mənası #brod sözünün etimologiyası #brod sözünün orfoqrafiyası #brod rusca #brod inglisça #brod fransızca #brod sözünün istifadəsi #sözlük