Brusilov sözü azərbaycan dilində

Brusilov

Yazılış

  • Brusilov • 87.5000%
  • brusilov • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksey Brusilov
Aleksey Alekseyeviç Brusilov (rus. Алексей Алексеевич Брусилов; 3 avqust 1853, Tiflis – 17 mart 1926[…], Moskva) — rus və sovet hərb xadimi və hərbi pedaqoqu, kavaleriya generalı (6 dekabr 1912-ci ildən), general-adyutant (10 aprel 1915-ci ildən), Rus ordusunun Ali baş komandanı (22 may — 19 iyul 1917), Qırmızı Ordunun baş kavaleriya inspektoru (1923). == Həyatı == Aleksey Brusilov mənşəcə Brusilovlar zadəgan ailəsindəndir. 1853-cü ildə Tiflisdə rus generalı Aleksey Nikolayeviç Brusilovun ailəsində anadan olub (1787-1859). Anası Mariya-Luis Antonovna mənşəcə polyak idi və kollec assessoru A. Nestoyskinin ailəsindən olmuşdur. 27 iyun (9 iyul) 1867-ci ildə Pajeski Korpusuna daxil olmuşdur. 17 iyul 1872-ci ildə korpusu bitirmiş və 15-ci Draqun Tver alayı sıralarına daxil olmuşdur. 1873-1878-ci illərdə - alayın adyutantı olmuş, Qafqazda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirak etmişdir. Türk qalaları Ərdahan və Qarsın ələ keçirilməsində fərqlənmiş, buna görə də 3-cü və 2-ci dərəcə Müqəddəs Stanislav ordeni və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. 1879-1881-ci illərdə eskadron komandiri və alay təlim komandasının rəisi olmuşdur.
Brusilov hucumu
Brusilov yaxud Lutsk sıçrayışı — Birinci dünya müharibəsi zamanı rus qoşunlarının kavaleriya generalı Aleksey Brusilovun komandanlığı və Klembovskinin qərargah rəhbərliyi ilə 22 maydan (4 iyun) iyulun sonuna (avqustun əvvəlinə) qədər Avstriya-Macarıstana qarşı keçirdikləri hücum əməliyyatı. == Hücum hazırlıqları == Antanta qüvvələrinin 1916-cı ilin martında Şantiyidə razılaşdıqları 1916-cı il yay hücumu qərarına uyğun olaraq rus cəbhəsində hücum 15 iyuna, fransız cəbhəsində isə 1 iyula nəzərdə tutmuşdu. 1(14) aprel baş qərargahda (Mogilyov) cəbhə komandanları müşavirəsində təsdiq olunan 1916-cı il kampaniyası planına görə, əsas zərbəni Qərb cəbhəsi qoşunları Vilno istiqamətində endirməli idi (1, 2, 4, 10 və 3-cü ordular). Cənub-Qərb (8, 11, 7 və 9-cu ordular) və Şimal (12, 5 və 6-cı ordular) cəbhələrinə isə yardımçı zərbə tapşırılmışdı. Qərargahın 11(24) aprel direktivinə görə Cənub-Qərb cəbhəsi Rovno rayonundan Lutska hücumla Qərb cəbhəsinə dəstək olmalıydı. Lutska əsas zərbənin endirilməsi Qərb cəbhəsinə ən yaxın olan 8-ci orduya həvalə olunmuşu. Cənub-Qərb cəbhəsinin komandanlığı hücuma hərtərəfli hazırlıq keçirmişdi: xüsusilə rəqibin müdafiəsinin kəşfiyyatına (o cümlədən havadan), hücum üçün mühəndis platsdarmlarının hazırlığına (hərəsi 6–8 paralel tranşeya olmaqla), Avstriya-alman mövqelərinə analoji (2–3 möhkəmləndirilmiş zolaq) sahələrinin qət edilməsində qoşunların hazırlığına, piyadaların artilleriya ilə uzlaşması işinə diqqət yetirilmişdi. == Tərəflərin qüvvələri və mövqeləri == Cənub-qərb cəbhəsi Avstriya-alman 4, 1, 2, Cənub və 7-ci orduları üzərində canlı qüvvədə (448 minə qarşı 573 min süngü) və yüngül toplarda (1301-ə qarşı 1770 top) üstünlüyə malik idi, lakin ağır artilleriyada üç dəfə geri qalırdı (545-ə qarşı 168 top). Qüvvə və vasitələrdə üstünlük orduların sıçrayış yerlərində yaradılırdı: piyadalarda 2–2,5 dəfə, toplarda 1,5–1,7 dəfə. Cəbhənin rezervi 5 piyada diviziyadan (o cümlədən Qərargah tərəfindən əlavə edilmiş 5-ci Sibir korpusu) artıq idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 ••••••••••• 0.09
2011 •••••••••••••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.17
#brusilov nədir? #brusilov sözünün mənası #brusilov nə deməkdir? #brusilov sözünün izahı #brusilov sözünün yazılışı #brusilov necə yazılır? #brusilov sözünün düzgün yazılışı #brusilov leksik mənası #brusilov sözünün sinonimi #brusilov sözünün yaxın mənalı sözlər #brusilov sözünün əks mənası #brusilov sözünün etimologiyası #brusilov sözünün orfoqrafiyası #brusilov rusca #brusilov inglisça #brusilov fransızca #brusilov sözünün istifadəsi #sözlük