Bryansk sözü azərbaycan dilində

Bryansk

Yazılış

  • Bryansk • 98.5816%
  • bryansk • 1.4184%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bryansk
Bryansk — Rusiya Federasiyasında şəhər, Bryansk vilayətinin və Bryansk rayonunun inzibati mərkəzi. == Tarixi == Ehtimal ki, şəhər əvvəllər Çaşin kurqan şəhər yerində yerləşmiş (şəhərin meydana gəlməsinin şərti tarixi – 985 il; arxeoloji materiallar 11–15-ci əsrlərə aiddir), buradan isə Pokrov dağındakı şəhər yerinə köçürülmüşdür (arxeoloji materiallar 12 əsrin 2-ci yarısına aiddir). İlk dəfə adı Dobryansk kimi İpatisal naməsində 1147-ci ilin əvvəllərində baş verən hadisələrlə bağlı qeyd olunur. Çerniqov knyazlığının tərkibində olan Bryansk 13-cü əsrin ortalarından Bryansk knyazlığının mərkəzi idi. 1310-cu ildə monqollar tərəfindən dağıdılmışdır. 1356-cı ildə Litva knyazı Olgerd tərəfindən işğal edilmiş, 1357-ci ildən sonra Böyük Litva knyazlığının tərkibinə qatılmışdır. 15-ci əsrin sonlarından Bryansk adlanır. 1500-cü ildə Rusiya-Litva müharibəsinin gedişində rus qoşunları tərəfindən tutulmuş, Moskva barışığına (1503) görə Rus dövlətinə birləşdirilmişdir. 1607-ci ildə bir aydan çox II Yalançı Dmitrinin qoşunlarının mühasirəsinə davam gətirmişdi. 17-ci əsrdən Bryansk yaxınlığında iri Sven yarmarkası fəaliyyət göstərirdi == Coğrafiyası və iqlimi == Orta Rusiya yüksəkliyinin qərb hissəsində, Bolva çayının Desna çayına töküldüyü yerdə yerləşir.
Bryansk vilayəti
Bryansk vilayəti (rus. Брянская область) — Rusiya Federasiyasının subyekti. Rusiyanın Avropa hissəsinin qərbində yerləşir. Mərkəzi federal dairəsinə daxildir. Sahəsi 34,9 min km².-dir. Əhalisi 1242,6 min nəfərdir (2014). 27 rayonu, 16 şəhəri, 25 şəhər tipli qəsəbəsi var. İnzibati mərkəzi Bryansk şəhəridir. == Sənayesi == Sənaye məhsullarının həcmi 32,45 mlrd. rubldur (2004).
Orlov-Bryansk əməliyyatı
Orlov-Bryansk əməliyyatı — 1941–1942-ci illərdə Moskvanın strateji müdafiəsinin gedişində Sovet qoşunları tərəfindən həyata keçirilmiş müdafiə əməliyyatı. 30 sentyabr 1941-ci ildən 23 oktyabr 1941-ci ilədək davam etmişdir. Əməliyyatın gedişində Qızıl Ordu hissələri düşmənin üstün qüvvələri tərəfindən mühasirəyə alınsa da, düşmənə ağır zərbələr vuraraq Quderianın ikinci tank qruplaşmasının (6 oktyabrdan — ikinci tank ordusu) onların hərəhətini dayandırmağa müvəffəq olmuşdur. Sonralar mühasirədən çıxmağa müvəffəq olan hərbi hissələr müdafiə mövqeyinın gücləndirilməsində mühüm rol oynamışlar. Orlov-Bryansk əməliyyatı nəticəsində düşmənin Moskvaya hücumunu iki həftədən artıq bir müddətə ləngitmək mümkün olmuş, bu isə Sovet qoşunlarının komplektləşdirilməsinə, ehtiyat qüvvələrin, o cümlədən Uzaq Şərqdəki qüvvələrin bir hissəsinin Moskva yaxınlığında cəmlənməsinə imkan yaratmışdı. == Tərəflərin qüvvələri == Sovet Ordusunun Bryansk cəşhəsi 50-ci ordu 3-cü ordu 13-cü ordu general-mayor A. N. Yermakovun operativ qruplaşması Birinci qvardiya atıcı korpusu (korpus komandiri D. D. Lelyuşenko) Almanların "Mərkəz" ordu qruplaşması 2-ci ordu 2-ci tank qruplaşması (6 oktyabrdan — 2-ci tank ordusu) == Əməliyyatın həyata keçirilməsi == 1941-ci il sentyabrın sonlarında Bryansk cəbhəsinin qoşunları Bryansk-Kaluqa və Orlov-Yula istiqamətində müdafiə mövqelərini möhkəmləndirdilər. Onların ön müdafiə mövqeyi Snopot, Poçep, Poqar, Qluxov xətti üzrə 290 km uzunluğunda idi. 30 sentyabr 1941-ci ildə almanların "Mərkəz" ordu qruplaşması Şostka rayonundan və Roslavlın cənubundən hücuma keçdi. Günün sonunda 50-ci və 13-cü orduların müdafiə xətti almanlar tərəfindən yarıldı. 1 oktyabr 1941-ci ildə Stalin general D. D. Lelyuşenkonu Baş Ştaba çağırdı və 1-ci qvardiya atıcı korpusunun formalaşdırmaq və bu korpusun qüvvələri ilə Bryansk cəbhəsini yaran və Oryol istiqamətində hücuma keçən Quderianın tank qruplaşmasının hücumunu dayandırmağı əsas vəzifə kimi qarşıya qoydu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.53 dəfə / 1 mln.
2003 ••••• 0.39
2005 ••••••••••••••••• 1.35
2006 •••••• 0.45
2007 •••••• 0.42
2008 •••• 0.24
2009 •••••••••••••••••••• 1.60
2010 •••••••• 0.64
2011 ••• 0.17
2012 ••••••• 0.52
2013 •••••• 0.44
2014 •••••••••••••••• 1.20
2015 ••• 0.17
2017 ••••• 0.33
2018 •••••• 0.45
2019 ••••••• 0.56
2020 •••••••••••• 0.93

Oxşar sözlər

#bryansk nədir? #bryansk sözünün mənası #bryansk nə deməkdir? #bryansk sözünün izahı #bryansk sözünün yazılışı #bryansk necə yazılır? #bryansk sözünün düzgün yazılışı #bryansk leksik mənası #bryansk sözünün sinonimi #bryansk sözünün yaxın mənalı sözlər #bryansk sözünün əks mənası #bryansk sözünün etimologiyası #bryansk sözünün orfoqrafiyası #bryansk rusca #bryansk inglisça #bryansk fransızca #bryansk sözünün istifadəsi #sözlük