Brüs sözü azərbaycan dilində

Brüs

Yazılış

  • Brüs • 98.0328%
  • BRÜS • 1.9672%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Brüs Benner
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Brüs Bötler
Brüs Bötler (ing. Bruce Beutler) — yəhudi əsilli amerikan immunoloqu, 2011-ci ildə Jül Hofmanla birgə anadangəlmə immunitetin aktivləşməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1957-ci ildə Çikaqoda Almaniyadan Adolf Hitlerin zülmündən Amerikaya qaçmış yəhudi ailəsində anadan olub. Daha sonra ailəsi Kaliforniyada yaşayır. 1976-cı ilədək Kaliforniya Universitetində biologiya fakültəsində, daha sonra Çikaqo Universitetində tibb fakültəsində oxuyur. 1981-ci ildə tibbi diplomunu alır. 1985-1986-cı illərdə Rokfeller Universitetində yardımçı dosent (assistant professor) kimi, ardından 2000-ci ilədək Texas Universitetinin Dallas Cənub-Qərb Tibbi Mərkəzində və Howard Hughes Tibbi Institutunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2007-ci illərdə Bötler La Hoyadakı (ing. La Jolla, Kaliforniya) Scripps Tədqiqat Institutunda immunologiya bölməsində , 2007-ci ildən bəri genetika bölməsində işləyir. 2011-ci ildən həm də Texas Universitetində Sahib İmmuniteti Genetika Mərkəzinin direktorudur .
Brüs Hamberstoun
H. Brüs Hamberstoun (ing. H. Bruce Humberstone) — ABŞ kino rejissoru. == Həyatı == Brüs Hamberstoun 18 noyabr 1901-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Uşaqlıqdan kino aktyoru kimi çalışmışdır. Ssenari üzrə klerk və bir müddət sonra rejissor assistenti vəzifəsində çalışmışdır. Amerika Kinorejissorlar Gildiyasının əsasını qoyan 28 nəfərdən biridir. Brüs Hamberstoun eləcə də "20th Century Fox" ("20-ci Əsr Foks") kino şirkətində bir neçə səssiz filmdə çalışmışdır. Hamberstoun xüsusi bir janr üzrə ixtisaslaşmamışdı; o, komediya, dram, melodram və s. janrlara müraciət edirdi. B. Hamberstoun Çarli Çanın filmlərində işlədiyinə görə hazırda xüsusilə məşhurdur.
Brüs Li
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Brüs Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Brüs Sprinqstin
Brüs Sprinqstin (ing. Bruce Frederick Joseph Springsteen; 23 sentyabr 1949[…]) — "Boss" ləqəbli ABŞ musiqiçisi, müğənni, mahnı sözü müəllifi və bəstəkar. Sprinqstin 70-ci illərdə əsasən siyasətdən, işçi sinfindən, müharibə qarşıdı görüşlərindən və Nyu-Cersi ştatındakı həyatdan bəhs etdiyi mahnılarıyla məşhurlaşdı və o gündən bəri daha da populyarlaşmağa və gündəmdə qalmağa davam etdi. Asanlıqla tanına bilən səsi və 3 saata yaxın konsertlər verə bilmə qabiliyyəti Sprinqstinin ən bilinən xüsusiyyətlərindəndir. Bu günə kimi 20 Qremmi mükafatına layiq görülən Sprinqstin, filmlər üçün yazdığı mahnılara görə də namizəd olduğu iki Oskar mükafatının birinə layiq görülüb. 120 milyondan çox albom sataraq tarixin ən çox satmış musiqiçiləri siyahısında göstərilir. Rolling Stone jurnalının "Ən böyük 100 sənətkar" siyahısında 23-cü sirada yer almışdı.
Brüs Svidien
Brüs Svidien - Qremmi mükafatlı səs mühəndisi və muiqi prodüseri. Kuinsi Consla birgə işlədiyi layihələrlə tanınıb.
Brüs Ueyn
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Finqerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Finqerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynanın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Brüs Uillis
Volter Brüs Uillis (19 mart 1955[…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır. == Həyatı == Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı.
Brüs İsmey
Brüs İsmey (12 dekabr 1862[…] və ya 1862, Krosbu[d], Mersisayd[d] – 17 oktyabr 1937[…], Meyfer[d], Böyük London) — Vayt Star Layn şirkətinin direktoru. Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Brüs Şnayer
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) Amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Albert Brüs Cekson
Albert Brüs Cekson (ing. Albert Bruce Jackson; 14 fevral 1876 – 14 yanvar 1947) — Böyük Britaniya botaniki.
Frederik Brüs Tomas
Frederik Brüs Tomas (ing. Frederick Bruce Thomas, rus. Фёдор Фёдорович Томас; d. 4.11.1872, Missisipi, ABŞ – ö. 12.6.1928, İstanbul, Türkiyə) — Afroamerikan iş adamı; Türkiyədə ilk gecə klubu və kazinonun qurucusu. == Həyatı == Frederik Brüs Tomas 4 noyabr 1872-ci ildə ABŞ-nin Missisipi ştatının Koahoma qraflığında anadan olmuşdur. Frederikin Yensi (1861), Vilyam (1867), Con (1870) adlarında özündən böyük üç qardaşı və Keyt (1868) adlı bir bacısı var idi. Atası Levis Tomas, anası Hanna Tomas keçmiş qullar idi. Onlar ABŞ-də köləliyin ləğvi edilməsindən 4 il sonra - 1969-cu ildə böyük bir fermaya sahib olmuşdurlar. Lakin anası 35 yaşında ikən Frederiki dünyaya gətirən zaman vəfat etmişdir.
Robert Brüs Merrifild
Robert Brüs Merrifild — kimya üzrə Nobel mükafatçısı. == Həyatı == Amerika bioüzvü kimyaçısı Robert Merrifild 1921-ci ilin iyulun 15-də Texas ştatında, Fort-Uertdə anadan olmuşdur. 1923-cü ildə ailəsi Kaliforniyaya köçür və burada o, doqquz illik məktəbə gedir. Bundan sonra o, iki il Montebello Ali məktəbində oxuyur və oranı 1939-cu ildə bitirir. O, kimya və astronomiya ilə maraqlanır. İki il Pasaden kollecində oxuduqdan sonra Los Ancelesdəki Kaliforniya universitetinə keçir. == Elmi naliyyələri == İki il Pasaden kollecində oxuduqdan sonra Los Ancelesdəki Kaliforniya universitetinə keçir. Kimyaçı diplomu aldıqdan sonra bir il Philip R. Park Research Foundation-da işləyir və heyvanları sintetik aminturşularla qidalandırma eksperimentlərində asistent olur. Bu eksperimentlərdən biri Heyqer (Geiger) eksperimenti idi ki, o, ilk dəfə olaraq göstərdi ki, heyvanların normal inkişafı üçün əvəzolunmaz aminturşuların birgə iştirakı vacibdir. Bundan sonra Merrifild Kaliforniya universitetinin kimya fakültəsinə qayıdır və biokimya professoru Dann ilə pirimidinlərin miqdarı analizi üçün biokimyəvi üsul işləyib hazırlayır.
Brüs Boksleytner
Brüs Boksleytner (ing. Bruce Boxleitner; 12 may 1950[…], Elcin[d], İllinoys) — ABŞ televiziya və kino aktyoru. == Həyatı == 12 may 1950-ci ildə İllinoys ştatının Elcin şəhərində anadan olmuşdur. O, "Babil 5", "Qərb necə qalib gəldi" və "Qorxuluq və xanım Kinq" seriallarında əsas rolları ifa etmişdir. Kenni Rocers ilə "Qumarbaz" trilogiyasında iştirak etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Brüs Boksleytner ilə əlaqəli mediafayllar var.
2016 Brüssel partlayışları
2016 Brüssel partlayışları (ing. 2016 Brussels bombings) — 2016-cı ilin 22 mart tarixində Belçikanın paytaxtı Brüssel şəhərində yerli vaxtla saat 08:00-da və 09:11-də baş vermiş terror aktları.
Brüsk
Brüsk (fr. Brusque, oks. Brusca) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamare kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12039. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 75 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arası) arasında 107 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə bu 62.6%).
Brüssel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Brüssel Vrije Universiteti
Brüssel Vrije Universiteti (nid. Vrije Universiteit Brussel) — Belçika Krallığının Brüssel şəhərində yerləşən tədqiqat universiteti. Ali təhsil müəssisəsi 1834-cü ildə vəkil Piyer Teodor Verhaqen tərəfindən Azad Brüssel Universiteti olaraq təsis edilmişdir. 1970-ci ildə isə sözügedən qurumun bölünməsi nəticəsində meydana çıxmış iki universitetdən biri kimi Vrije Universiteti fəaliyyətini müstəqil davam etdirmişdir. Hazırda, 8 fakültədə bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil alan 19245 tələbəsi vardır. Brüssel şəhərinin tələbə sayına görə ən böyük universitetlərindən biri olmaqla yanaşı, İksel, Jet, Anderlext və Qoyk şəhərlərində yerləşən kampuslara malikdir. Brüssel Universitetlər Assosiyasiyasının üzvü olan ali təhsil müəssisəsinin dərc etdiyi məqalələr ortalama istinad sayına görə Belçikada ilk sırada yerləşir. QS World University Rankings-in 2021-ci il üçün dərc etdiyi siyahıya görə Brüssel Vrije Universiteti dünya sıralamasında 200-cü sırada yerləşir. Bununla yanaşı, Vrije Universiteti Belçika üzrə milli sıralamada ilk beşlikdə mövqe tutmuşdur.Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Brüssel Vrije Universitetinin məzunları sırasında çoxsaylı alim, siyasətçi və incəsənət xadimləri vardır.
Brüssel birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Brüssel fond birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Brüssel konfransı (1937)
Brüssel Konfransı 1937 -ci il - Yaponiyanın Çinə təcavüzü ilə əlaqədar SSRİ, ABŞ, Çin, Belçika, Fransa, Portuqaliya, Niderland, İtaliya, Böyük Britaniya, Danimarka, İsveç, Meksika, Boliviya, Avstraliya, Cənubi Afrika İttifaqı, Kanada, Norveç, Hindistan və Yeni Zelandiya nümayəndələrinin noyabrın 3–24-də Brüsseldə keçirilmiş konfransıdır. Yaponiya və Almaniya Brüssel konfransında iştirakdan imtina etdilər. Konfransda Yaponiyaya qarşı iqtisadi tədbirlərin görülməsinə dair Çinin tələbini yalnız SSRİ müdafiə etdi. Yaponiyanın Vaşinqton konfransı (1921–1922) qərarlarını pozmasını qeyd etməklə kifayətlənən ABŞ, Böyük Britaniya və Fransanın Brüssel konfrasındakı mövqeyi üzündən, Yaponiyanın təcavüzkarlığının qarşısını almaq üçün, əslində, heç bir tədbir görmədi.
Brüsselləşdirmə
Brüsselləşdirmə (frans. bruxellisation, niderl. verbrusseling) — şəhərsalmada tarixi tikililərin kütləvi sökülməsi və əvəzində müasir binaların inşası ilə müşayət olunan şəhərlərin rekonstruksiyasına nizamsız yanaşma. Termin 1960-1970 illərdə Brüsselin tarixi hissəsinin kütləvi uçurulması ilə əlaqədar alman Allgemeine Zeitung qəzetində işlənib.
Brüster qanunu
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir.φB Brüster bucağı adlanır. Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir. Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir. Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır. Xətti rəqs edən elektronlar isə rəqs istiqamətində şüa saçmır.
David Brüster
David Brüster (11.12.1781, Roksbro qraflığı, Cedboro – 10.2.1868, Melroz yaxınlığında Allerbi) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1815), Peterburq Elmlər Akademiyasının əcnəbi fəxri üzvü == Həyatı == Edinburq Universitetində oxumuşdur. 1838– 59-cu illərdə Sent-Andrusda kolleclərin rəhbəri və universitetin professoru, sonra Edinburqda universitet professoru olmuşdur. 1849-cu ildən Britaniya elmlərin inkişafı assosiasiyasının prezidenti idi. == Fəaliyyəti == Əsas elmi əsərləri fiziki və tətbiqi optikaya, elmin tarixinə həsr olunmuşdur. Biroxlu və ikioxlu kristallarda işığın xromatik polyarlaşmasının təsvirini vermişdir (1813– 14). 1815-ci ildə dairəvi pol yarlaşmanı kəşf etmiş və əks olunma (qayıtma) zamanı işığın polyarlaşmasını tədqiq edərək, Brüster qanununu müəyyən etmişdir. Süni anizotrop mühitlərdə şüanın ikiqat sınması hadisəsini kəşf etmişdir. Mayaklar üçün linzalar quraşdırmış, kaleydoskop ixtira etmiş (1816) və stereoskopu təkmilləşdirmişdir. İ. Nyutonun bioqrafiyasının müəllifidir. == İstinadlar == == Xarici keçidlər == The Brewster Kaleidoscope SocietyWorks by David Brewster at Project GutenbergWorks by or about David Brewster at Internet ArchiveBrewster's (1834) "On the colours of natural bodies," Transactions of the Royal Society of Edinburgh, vol.
Le-Brüske
Le-Brüske (fr. Le Brusquet, oks. Lo Brusquet) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04036. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 976 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 671 nəfər (15-64 yaş arasında) 503 nəfər iqtisadi cəhətdən, 168 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 73.5%). Fəal olan 503 nəfərdən 461 nəfəri (239 kişi və 222 qadın), 42 nəfəri işsizdir (21 kişi və 21 qadın).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.19 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 5.12
2004 •• 0.34
2006 0.23
2008 •••••• 1.46
2009 •••••••••• 2.40
2010 •••• 1.00
2011 •••• 0.86
2012 •••• 0.95
2013 ••••••••••••••••••• 4.67
2014 ••••••• 1.72
2015 •• 0.34
2016 ••• 0.69
2017 •••• 0.98
2018 •• 0.45
2019 ••••• 1.11
2020 •• 0.27

Oxşar sözlər

#brüs nədir? #brüs sözünün mənası #brüs nə deməkdir? #brüs sözünün izahı #brüs sözünün yazılışı #brüs necə yazılır? #brüs sözünün düzgün yazılışı #brüs leksik mənası #brüs sözünün sinonimi #brüs sözünün yaxın mənalı sözlər #brüs sözünün əks mənası #brüs sözünün etimologiyası #brüs sözünün orfoqrafiyası #brüs rusca #brüs inglisça #brüs fransızca #brüs sözünün istifadəsi #sözlük