bulaqotu sözü azərbaycan dilində

bulaqotu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bulaqotu • 57.1429%
  • Bulaqotu • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bulaqotu
Bulaqotu (lat. Veronica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Anaqallisəbənzər bulaqotu (lat. Veronica anagalloides Guss.) Dərman bulaqotu (lat. Veronica officinalis L.)Gülçülükdə bulaqotunun aşağıdakı növlərindən istifadə olunur: İri bulaqotu (V. teucriu) hündürlüyü 45 sm-ə çatan, göy və ya ağ çiçəkləri olan bitkidir. Virciniya bulaqotunun (V. virginica) hündürlüyü 150 sm-ə, daraqşəkilli bulaqotunun (V. pectinata) hündürlüyü isə 90 sm-ə çatır, çəhrayı və mavi rəngli çiçək açır, sünbülşəkilli bulaqotu (V. spicata) isə mavi, ağ və rəngli çiçəkləri olan bitkidir. Bulaqotunun çoxillik kolları çoxsaylı birillik bitkilərdən ibarətdir. Bulaqotunu kolun pöhrələri ilə və qələmlə çoxaltmaq olar. Bunun üçün yazda kəsilən cavan zoğlardan istifadə edilir.
Anaqallisəbənzər bulaqotu
Anaqallisəbənzər bulaqotu (lat. Veronica anagalloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Balaca bulaqotu
Balaca bulaqotu (lat. Veronica minuta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır, nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir.
Dərman bulaqotu
Dərman bulaqotu (lat. Veronica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Sinonimlər == Cardia officinalis (L.) Dulac Veronica officinalis var. officinalis Veronica officinalis f.
Gözəl bulaqotu
Gözəl bulaqotu (lat. Veronica amoena) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır.
Saplaqlı bulaqotu
Hündürlüyü 40 sm-ə qədər, gövdəsi kök hissədən başlayaraq çoxsaylı olub, əyilib qalxandır, yaşıl rəngli, bəzən iki cərgəli qısa qıvrım tüklü olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qısa saplaqlıdır, yumurtaşəkilli,nadir halda uzunsovdur, iri dişli və yaxud kəsilmiş şəkildədir, uzunluğu 1,5-3 (4) sm-dir,hər iki tərəfdən, əsasən alt tərəfdən tüklüdür. == Çiçək == Salxımları qoltuqda yerləşmiş,uzuntəhərdir. Tac ağımtıl olub, qırmızımtıl və ya tutqun mavi rəngli damarı vardır. == Meyvə == Qutucuq 4-5 mm uzunluqdadır, qısa tüklü və ya çılpaqdır, köndələn-ovaldır, az yumulmuş, demək olar ki, bitişikdir, kasacığa bərabər və ya ondan qısadır. Toxumları hər yuvada 2-3 ədəd olmaqla yerləşmiş,yumurtaşəkillidir, uzunluğu 1,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyun-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQşərq, BQ qərb, KQ şimal (nadir halda). Orta dağ qurşağında, subalp qurşağına qədər(1800 m-ə qədər d.s.y.) == Yaşayış mühiti == Meşələrdə və kolluqlarda,subalp çəmənlərində, çaqıl daşlı çay yataqlarında, qayalarda və daşlı töküntülü yerlərdə rast gəlinir.
Şərqiqafqaz bulaqotu
Şərqiqafqaz bulaqotu (lat. Veronica albanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Yayılması == Bu növün arealı Cənubi Qafqazın şərq hissəsini təşkil edir. Əsasən Abşeron yarımadası və Xəzər dənizi sahillərində yerləşən düzənliklərdə yayılmışdır. Növ quru eniş sahələrində. 140-300 metr yüksəkliklərdə bitir. == Botanik xüsusiyyətləri == Budaqları düzdür və 5-8 sm olur. Gülləri az çiçəklidir. Tumları 1,5 mm uzunluğa, oval, demək olar ki örtüksüz və yumşaq xüsusiyyətə malikdir. == İstinadlar == == Ədəbiyyat == Флора СССР. В 30 т.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15
2018 •••••••••••••••••••• 0.15

bulaqotu sözünün leksik mənası və izahı

bulaqotu sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. бот. жеруха (лекарственное растение сем. крестоцветных, растущее во влажных местах)

    Azərbaycanca-rusca lüğət / bulaqotu

bulaqotu sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#bulaqotu nədir? #bulaqotu sözünün mənası #bulaqotu nə deməkdir? #bulaqotu sözünün izahı #bulaqotu sözünün yazılışı #bulaqotu necə yazılır? #bulaqotu sözünün düzgün yazılışı #bulaqotu leksik mənası #bulaqotu sözünün sinonimi #bulaqotu sözünün yaxın mənalı sözlər #bulaqotu sözünün əks mənası #bulaqotu sözünün etimologiyası #bulaqotu sözünün orfoqrafiyası #bulaqotu rusca #bulaqotu inglisça #bulaqotu fransızca #bulaqotu sözünün istifadəsi #sözlük