Buludların üzərində ölüm
Buludların üzərində ölüm romanı Aqata Kristinin 1935-ci ildə qələmə almış olduğu detektiv əsərdir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası.
== Personajlar ==
Erkül Puaro, həvəskar detektiv
Ceyms Cepp, Skotland Yardın şef inspektoru, Erkül Puaronun dostu.
Monsiyer Furne, Paris polisi
Henri Mitçell, böyük bələdçi
Albert Devis, bələdçi
Mari Morisot, sələmçi zəngin qadın
Anne Koridor, onun qızı
Dr. Brayant, burun-boğaz-qulaq həkimi
Ceyn Qrey, bərbər köməkçisi
Norman Qeyl, diş həkimi
Qrafinya Siseli Xorbari, Graf Xorbarinin arvadı
Graf Stefan Xorbari, Qrafinya Siseli Xorbarinin əri
Venesiya Kerr, bir ingilis lordunun qızı, Graf Xorbarinin qonşusu və məşuqəsi.