Bunak sözü azərbaycan dilində

Bunak

Yazılış

  • Bunak • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Viktor Bunak
Viktor Valerianoviç Bunak (rus. Бунак, Виктор Валерианович) (22.9.1891, Moskva – 11.4.1979, Moskva) — Rusiya antropoloqu. == Həyatı == Moskva Universitetini (1912) bitirmiş, Moskva Dövlət Universitetinin professoru (1925–48) olmuşdur. 1922-ci ildə D. N. Anuçinlə birlikdə MDU-nun Antropologiya Elmi Tədqiqat İnstitutunu yaratmış, 1923–30-cu illərdə onun direktoru, 1943–48-ci illərdə SSRİ EA Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin müdiri işləmişdir. Ən iri Rusiya antropoloji ekspedisiyasına (1955–59) rəhbərlik etmişdir. Fiziki antropologiyanın bütün bölmələrinə, o cümlədən insan morfologiyasına, etnik və təkamül antropologiyasına dair fundamental əsərlərin müəllifidir. == Fəaliyyəti == Bunak hamı tərəfindən qəbul edilən göz rəngləri cədvəlini işləyib hazırlamış; konstitusional tiplərin yeni təsnifatını yaratmış; tətbiqi antropologiyanın və standartlaşdırmanın əsasını qoymuşdur. Antropogenez nəzəriyyəsinə dair tədqiqatlarında həmin dövr üçün yeni olan famnogenetik konsepsiyaya əsaslanmışdır. İrqlərin genezisində xronoloji cəhətdən 3 müxtəlif mərhələni ayırmışdır: ən qədim (irqlərin tropik qolu), qədim (cənub qolu) və müasir liyə ən yaxın (qərb və şərq qolları). İrqlərin populyasiya konsepsiyasını qabaqlayaraq, insan irqlərini tarixən formalaşmış dəyişkən statistik kateqoriyalar kimi nəzərdən keçirmişdir.
Bunaken
Bunaken adası (ind. Pulau Bunaken) — Sakit okeanda İndoineziyaya məxsus olan ada. Ada Sulavesidən şimalda, Monado körfəzində yerləşir. Manado şəhərinin bir hissəsini təşkil edir. Burada dayvionq üçün yerlər vardır.
Bunaklar
Bunaklar maraelər (yanlış olaraq marelər) — İndoneziyada və Şərqi Timorun Mərkəzi Timor yaylasında xalq. == Yayılmaları == Sayları 100 min nəfərdir, onlardan 80 min nəfəri Şərqi Timorda yaşayır (1995). Makasailərə, fatalukulara və Timorun qonşu Avstroneziya xalqlarına (atonilərə, tetumlara) qohumdurlar. Bunakların dili papuas dillərinin transyeniqvineya dil ailəsinin Şərqi Timor qrupuna aiddir. == Din == Dindarların bir hissəsi xristiandır, ənənəvi inanclarını saxlayanlar da var. == Kənd təsərrüfatı == Əsas məşğuliyyətləri tropik toxa əkinçiliyidir (qarğıdalı, kökümeyvəlilər və köküyumrular, mərasimlər üçün az miqdarda quru dərələrdə yetişdirilən çəltik). == Sosial quruluşları == Sosial təşkilatlanmanın əsasını ana nəsli (deu) təşkil edir, bir neçə deu qəbilə icmasında birləşir. Üçqəbiləli ittifaq mövcuddur. Nikah bilokaldır. Bayramlarda ifa olunan epik mahnılarda (bei qua –“əcdadların izləri”) Bunakların əcdadlarının dənizin arxasından köçüb gəlməsi motivləri izlənilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.96

Oxşar sözlər

#bunak nədir? #bunak sözünün mənası #bunak nə deməkdir? #bunak sözünün izahı #bunak sözünün yazılışı #bunak necə yazılır? #bunak sözünün düzgün yazılışı #bunak leksik mənası #bunak sözünün sinonimi #bunak sözünün yaxın mənalı sözlər #bunak sözünün əks mənası #bunak sözünün etimologiyası #bunak sözünün orfoqrafiyası #bunak rusca #bunak inglisça #bunak fransızca #bunak sözünün istifadəsi #sözlük