* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Mühitə görə öz dərisinin rəngini dəyişdirmək qabiliyyətinə malik olan sürünən heyvan. Buqələmun (xameleon) bir kiçik kərtənkələdir. Bu kərtənkələ bir ağacın budağına yapışıb, heç tərpənməyib, onun üstə gələn kiçik həşəratı tutub yeyir. H.Zərdabi. 2. məc. Öz fikrini, görüşünü, münasibətini asanlıqla və tez-tez dəyişən, dondandona girən adam haqqında. Buqələmun kimi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır. A.Şaiq. Səlimi … “bu qorxunc buqələmunlar mühit və həyatı hələ nə qədər zəhərləyəcəkdir!” – deyə düşündü. M.İbrahimov. Bu siyasi buqələmunlardan cümhuriyyət miqyasında neçəsi vardı? Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / buqələmun2 f. və ə. 1) bax hirba (1-ci mənada); 2) bax qələmun (2-ci – 4-cü mənalarda).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / buqələmun1 Alınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb. İkinci adı da üzülən olub (tez-tez rəngini, üzünü dəyişir). Kələr bizdə çox yayılmış söz olub: sukələri –salamandra, qumkələri –kərtənkələ və s. İndi bircə kərtənkələ sözü saxlanılıb. Kələr sözünün mənası “gödək” deməkdir. Kərtənkələ yerinə, “kəltəilan” (gödək ilan) da deyiblər. Deməli, buqələmun sözünün yerinə, qayakələri (və ya üzlən) işlətmək pis olmazdı, bunu H.Zərdabi də məsləhət bilmişdir. O yazırdı ki, buqələmun kərtənkələnin bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / buqələmun1 BUQƏLƏMUN (cildinin rəngini mühitə görə dəyişən heyvan; məcazi mənada “hər dona girən adamda da deyilir) Bu siyasi buqələmunlardan cümhuriyyət miqyasında neçəsi vardır (Ə.Əbülhəsən); XAMELEON Afrikada, Hindistanda və Aralıq dənizi sahillərindəki ölkələrdə yaşayan xameleonlar daha maraqlı heyvanlardır (“Zoologiya”).
Azərbaycan dilinin sinonimlər lüğəti / buqələmun1 хамелеон (пресмыкающееся животное, обитающее на деревьях в южных странах)
Azərbaycanca-rusca lüğət / buqələmun2 сущ. хамелеон: 1. пресмыкающееся, меняющее окраску кожи при перемене цвета в окружающей среде 2. перен. о человеке, легко меняющем свои взгляды, убеждения, своё настроение из мелких корыстных побуждений
Azərbaycanca-rusca lüğət / buqələmun1 I. i. zool. (həm də məc.) chameleon II. s. hameleonic, chameleon-like
Azərbaycanca-ingiliscə lüğət / buqələmun1 is. zool. 1) caméléon m (həm də məc.) ; 2) caméléonesque adj
Azərbaycanca-fransızca lüğət / buqələmun1 [ər.] сущ. 1. хамелеон; 2. пер. кьве ччин алай кас, жуьреба-жуьре жилдера гьахьдай, вичин фикир, акунар, рафтар, жилд фад-фад дегишдай кас.
Azərbaycanca-ləzgicə lüğəti / buqələmun